Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1849/2025 08.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə Ağayeva (Kazımzadə) Afaq Vidadi qızının birgə nikahından xx.xx.2015-ci ildə anadan olmuş X8 adında yetkinlik yaşına çatmayan bir uşaq vardır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 nikahları xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, X13 və Cavabdeh qeyri rəsmi nikahdan doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat aliment pulunun müəyyən edilməsinə və X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat aliment pulunun hər ayın 1-i tarixindən 5i tarixinə kimi Cavabdeh tərəfindən X2 göndərilməsinə razılaşmışlar. İş materiallarında olan Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh birgə nikahdan xx.xx.2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün öz aralarında Məhkəmə tərəfindən müəyyən olunmuş 160 manat aliment pulunun əmək haqqından tutulmamasına və könüllü olaraq ata Cavabdeh xx.xx.2024-cü il tarixi ilə xx.xx.2024-cü il tarixi (arasında) daxil olmaqla hər ay 200 manat aliment pulunu ana İddiaçı aid Bank kartına göndərməsi üçün razılıq əldə etmiş və öz üzərlərinə öhdəlik götürmüşlər. İş materiallarında olan X9 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, İddiaçı mediasiyaya müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan uşaqlarının saxlanması üçün ödənilməli olan aylıq alımentin Cavabdeh aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilməsi barədə Cavabdeh təklif göndərmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət X14 Hüquqi Şəxsin dövlət qulluqçusu-böyük məsləhətçi vəzifəsində işləyir və onun əmək haqqı 864 manatdır. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq ümumi qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 20 may 2015-ci il tarixində oğlu X8 dünyaya gəlmişdir. Lakin sonradan onların şəxsi münasibətləri pisləşmiş və ayrılmaq qərarına gəlmişlər. Nikahları pozulan zaman oğlu onun yanında saxlanılmışdır. Bildirmək istəyir ki, artıq xeyli vaxtdır ayrı yaşasalar da, cavabdeh uşağın necə saxlanılması barədə maraqlanmır. Halbuki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh hazırda X10 işləyir və yüksək məbləğdə əmək haqqı alır. Yəni cavabdehin kifayət qədər qazancı olsa da, bunun müqabilində öz övladı üçün aliment ödəmək istəmir. Cavabdehin uşağın saxlanılmasında ona maddi köməklik göstərmədiyinə görə çox böyük çətinlik çəkir. Ona görə də məcbur olub cavabdehdən alimentin tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iştirak etmiş və bildirmişdir ki, iddiaçı göstərib ki, o, boşandıqdan sonra uşağın saxlanılması barədə maraqlanmır. Onlar 2016-cı ildən rəsmi boşansalar da, İddiaçı 2015-ci ilin may ayından Samux rayon Məhkəməsinin qərarı ilə aliment alır. İddiaçı tərəf o vaxtdan bəri 3 dəfə məhkəmə yolu ilə alimentin artırılmasına nail olub. Sonuncu dəfə 2024-cü ilin noyabrın 1-də Gəncə şəhər 1 saylı Mediasiya təşkilatında alimentin artırılması barədə razılığa gəlmişlər. O vaxtdan bəri hər ay vaxtlı vaxtında cavabdeh şəxsin kart hesabına iki yüz(200) manat pulu ödəmişdir. İddiaçı həmçinin göstərib ki, o, işlədiyi müəssisədə yüksək əmək haqqı alsa da, uşağın saxlanılması üçün ona maddi yardım etmir. İddiaçı da həmçinin çalışdığı Musiqi məktəbində yüksək əmək haqqı alır. O, 10 ilə yaxındır hər ay vaxtlı-vaxtında aliment borcunu ödəməklə barabər, Gəncə şəhər məhkəməsinin müvafiq qərarı ilə hər həftənin şənbə günü oğlu ilə vaxt keçirən zaman onun ehtiyaclarını ödəməyə çalışmışdır. Bundan başqa Toğrulun 1 yaşından etibarən könüllü tibbi sığorta ilə sığortalamışdır. O, 2020-ci ildə el adəti ilə ailə həyatı qurmuşdur. Lakin iddiaçı tərəfin kütləvi zəng, təhdid və təhqirləri ucbatından 2022-ci ildə həmin xanımla da ayrılmışlar. Həmin ailə münasibətindən 2021-ci ildə X11 dünyaya gəlmişdir. O, həmin uşağın saxlanılması üçün də aliment ödəyir. Bundan başqa 468 manat kredit ödəyir və bacısı X12 tək qadın olduğu üçün onun kommunal odənişlərinin ödənilməsinə də köməklik edir. Odur ki, iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə tərəfləri dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə işin halları kimi müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2015-ci ildə anadan olmuş X8 adında yetkinlik yaşına çatmayan bir uşaq vardır. Tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci ildə anadan olmuş X1 Afaq Vidadi qızının himayəsində qalmışdır. Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə İddiaçı və Cavabdeh birgə nikahdan xx.xx.2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün öz aralarında Məhkəmə tərəfindən müəyyən olunmuş 160 manat aliment pulunun əmək haqqından tutulmamasına və könüllü olaraq ata Cavabdeh xx.xx.2024-cü il tarixi ilə xx.xx.2024-cü il tarixi (arasında) daxil olmaqla hər ay 200 manat aliment pulunu ana İddiaçı aid Bank kartına göndərməsi üçün razılıq əldə etmiş və öz üzərlərinə öhdəlik götürmüşlər. Bundan sonra İddiaçı xx.xx.2025-ci il tarixdə əmək haqqına görə alimentin təyin edilməsi barədə yenidən mediasiya təşkilatına müraciət edərək Cavabdeh təklif ünvanlamış, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və İddiaçı xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı cavabdehin barışıq sazişi ilə ödəməli olduğu alimentin uşağın saxlanması üçün yetərli olmadığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasına dair tələbi əsaslı sayılmalı və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsainə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Göründüyü kimi, qanunvericilik uşağın yanında yaşadığı valideynə hüquq vermişdir ki, uşağın saxlanması üçün aliment ödəməyə borclu olan valideyndən alimentin sabit pul məbləğində yaxud da ki, onun aylıq qazancınının müəyyən hissəsi kimi tutulmasını özü müəyyən etsin. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması qanunvericiliyin tələblərinə uyğundur. Cavabdehin etiraz dəlilləri iddianın rədd edilməsinə əsas vermir. Çünki, cavabdehin başqa qadınla ikinci nikahından doğulmuş uşağa görə məhkəmə qətnaməsi ilə aliment ödəməsi halı mövcud deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 20 may 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə Kazımzadə (Ağayeva) Afaq Vidadi qızının birgə nikahından 20 may 2015-ci il tarixdə anadan olmuş X8 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi tutularaq İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-1849/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1849/2025
08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver