Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1853/2025 11.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahdan doğulmuş övladları xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 300 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bir neçə müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladı ilə maraqlanmamış, təlim-tərbiyəsi ilə məşğul olmamış, özü isə işləmədiyindən uşaqların saxlanılmasında çətinlik çəkmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, tərəflər arasında mediasiya prosesində uşağın saxlanılması üçün cavabdehdən aliment tutulması barədə barışıq sazişi bağlandığına görə iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. AZ-İV 485779 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə Cəsur adlı uşaqları anadan olmuşdur. xx.xx.2025-ci il tarixli MŞG/1/MT007-2025-02596 nömrəli barışıq sazişindən görünür ki, mediasiya prosesi zamanı tərəflər birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment və əlavə müalicə xərcləri ilə birlikdə cəmi 360 manat pulun ata Cavabdeh əmək haqqından tutulub ana İddiaçı aid bank kart hesabına göndərildikdən sonra, əgər gələcəkdə ata Cavabdeh maaşı artırılarsa 360 manat məbləğin üzərinə əlavə olunması barədə qarşılıqlı razılıq əldə edərək barışıq sazişi bağlamışdırlar. Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə görə barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, tərəflər arasında mediasiya prosesində uşağın saxlanılması üçün alimentlə bağlı barışıq sazişi bağlanmışdır və tərəflər üçün məcburidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair məhkəmədə iddia icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya barışıq sazişi könüllü icra olunmadığı təqdirdə barışıq sazişinin təsdiqi ilə bağlı məhkəməyə ərizə vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1853/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1853/2025
11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver