Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1859/2024 16.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi və pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-273/2013 saylı 25 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 14 fevral 2003-cü ildə 10 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; 26 mart 2005-ci ildə doğulmuş X3 və 01 noyabr 2006-cı ildə doğulmuş X4 nikah pozulduqdan sonra anaları Cavabdeh yanında qalması; xx.xx.2013-cü ildən başlayaraq, İddiaçı 26 mart 2005-ci ildə doğulmuş X5 və 01 noyabr 2006-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi həcmində alimentin tutulması və xx.xx.2023-cü il tarixdən hesablanmaqla X1 üçün artıq ödənilmiş məbləğin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırda birgə nikahdan olan uşaqlardan biri yetkinlik yaşına çatsa da, lakin onun əmək haqqından tutulmalar həyata keçirilir və nəticədə o, tələbkara əlavə pul ödəmişdir. Hesab edir ki, 2(043)-273/2013 saylı 25 fevral 2013-cü il tarixli ica vərəqəsinin icrasınin icrası xx.xx.2005-ci il tarixdə doğulmuş İddiaçı ilə bağlı hissədə dayandırılmalıdır, digər uşaqla bağlı hissədə isə əmək haqqının ¼ hissəsinə yönləndirilməlidir. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə, xx.xx.2005-ci il təvəllüdlü Fəqan Hüseynlinin və xx.xx.2006-cı il təvəllüdlü Fidan Hüseynlinin yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay İddiaçı qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Fəqan Hüseynli xx.xx.2023-cü ildə yetkinlik yaşına çatsa da, onun saxlanılması üçün İddiaçı qazancının bir hissəsi aliment qismində tutularaq Cavabdeh ödənilməkdədir. Belə olan halda, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Fidan Hüseynlinin yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancın (başqa gəlirlərin) qazancının 1/4 hissəsi miqdarında alimentin tutulması barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, Fəqan Hüseynlinin yetkinlik yaşına çatdığı xx.xx.2023-cü il tarixdən sonrakı dövr üzrə cavabdehin xeyrinə pulun tutulması nəticəsində varlanma sonralar aradan qalxmış əsasa söykənir, buna görə varlanmış şəxs olan cavabdeh əldə etdiklərini məhrum olan iddiaçının tələbi ilə ona qaytarmalıdır. Bundan başqa, varlanma tələbini istisna edən hallar müəyyən olunmur. Beləliklə, Fəqan Hüseynli xx.xx.2023-cü ildə yetkinlik yaşına çatdığı tarixdən sonra onun saxlanılması üçün İddiaçı qazancından aliment qismində tutulan məbləğ Cavabdeh alınaraq iddiaçıya geri ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçıdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.2-ci maddəsində qeyd edilmişdir ki, qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş materiallarının araşdırılması zamanı müəyyən etmişdir ki, iddiaçı tərəfindən mediasiya xərci qismində 50 manat ödənilsə də, qiymətləndirilməyən iddia ərizəsinin verilməsi zamanı 50 manat dövlət rüsumu ödənilməmişdir. Hazırkı iş üzrə tələbin bir hissəsi alimentin tutulması üsulunun dəyişdirilməsinə dair irəli sürülsə də, digər hissəsi əsassız varlanma nəticəsində əldə edilmiş pulun tutulmasına dairdir və ilk hissəyə dair cavabdeh dövlət rüsumunun tutulmasından azad hesab edilə bilsə də, ikinci hissəyə dair azad olunma müəyyən olunmur. Buna görə iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun yarısı iddiaçıdan, digər yarısı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-273/2013 saylı, 25 fevral 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2006-cı il təvəllüdlü X2 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment İddiaçı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh ödənilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla X1 üçün tutulan alimentin məbləği Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan 50 (əlli) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh, 25 (iyirmi beş) manat hissəsi İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1859/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1859/2024
16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver