Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1882/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İsmayılova (Əhmədova) Tacirə Evdar qızına qarşı «aliment öhdəliklərinə xitam verilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İsmayılova (Əhmədova) Tacirə Evdar qızına qarşı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-1113/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh İsmayılova (Əhmədova) Tacirə Edvar qızı ilə nikahlarını qeydə aldırmadan el adəti ilə ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən xx.xx.2015-ci il tarixdə Əsnad adlı qızları anadan olmuşdur .Bir müddət İsmayılova (Əhmədova) Tacirə Edvar qızı ilə normal ailə münasibətlərində olsalar da daha sonra münasibətləri pisləşmiş və azyaşlı Əsnad doğulmazdan əvvəl aralarında olan ailə münasibətlərinə son qoyulmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında xx.xx.2015-ci il təvəllüdlü Əsnadın onun qızı olması müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan 110 manat sabit pul məbləğində alimentin tutularaq İsmayılova (Əhmədova) Tacirə Evdar qızına ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-1113/2021 nömrəli qətnaməsi əsasında Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)- 1000/2018 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü İsmayılova (Əhmədova) Əsnad Məhəbbət qızının yetkinlik yaşına çatanadək saxlanması üçün ondan İsmayılova (Əhmədova) Tacirə Edvar qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1390/2020 nömrəli qətnaməsi icra olunduqdan sonra yerdə qalan qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən edilmişdir. Sözügedən qətnamə qəbul edildikdən sonra İsmayılova (Əhmədova) X5 Emin Abbas oğlu ilə evlənmiş və xx.xx.2021-ci il tarixdə nikahlarını qeydə aldırmışdır. Göründüyü kimi İsmayılova (Əhmədova) Tacirə Evdar qızı başqa şəxslə rəsmi nikaha daxil olmuş, həmin şəxslə birgə yaşamağa başlamış və birgə təsərüffat idarə etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İsmayılova (Əhmədova) Tacirə Evdar qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bundan başqa İsmayılova (Əhmədova) Tacirə Edvar qızı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olan etirazında, iddianı qəbul etməyərək bildirmişdir ki, onun başqa şəxslə nikahda olması iddiaçının bir ata kimi öz uşağını saxlamaq vəzifəsindən azad etmir. Uşaqların saxlanması, onların maddi tələbatlarının təmin edilməsi hər iki valideyinin vəzifəsidir.Hazırda birgə ailə münasibətlərindən anadan olmuş X3 onun himayəsində olduğundan onun bütün qayğıları, təlim-tərbiyəsi ilə məşğul olmaq yükü də onun üzərinə düşür.Ona görə də bununla yanaşı uşağın bütün maddi ehtiyaclarının onun üzərinə qoyulması olduqca əsassızdır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli, 37 nömrəli doğum haqqında arayışdan görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 atası ananın göstərişinə əsasən X1, anası isə Cavabdeh kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 36 nömrəli nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah xx.xx.2021-ci il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 49 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-1113/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-1000/2018 nömrəli qətnaməsi ilə xx.xx.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1390/2020 nömrəli qətnaməsi icra olunduqdan sonra yerdə qalan qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh faktiki ailə münasibətlərindən xx.xx.2015-ci il tarixdə X3 adlı 1 uşaq anadan olmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında xx.xx.2015-ci il təvəllüdlü Əsnadın İddiaçı qızı olması müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı 110 manat sabit pul məbləğində alimentin tutularaq İsmayılova (Əhmədova) Tacirə Evdar qızına ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 1113/2021 nömrəli qətnaməsi əsasında Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-1000/2018 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü İsmayılova (Əhmədova) Əsnad Məhəbbət qızının yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı İsmayılova (Əhmədova) Tacirə Edvar qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1390/2020 nömrəli qətnaməsi icra olunduqdan sonra yerdə qalan qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən aliment öhdəliyinə xitam verilməsini xahiş etmiş, iddiasını cavabdehin yenidən nikaha daxil olması və azyaşlı uşağın da cavabdeh və onun yeni ailəsinin himayəsində yaşaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə uşaqlarının saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; aliment ödənilən uşaq övladlığa götürüldükdə; aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Qanunvericiliyinin qeyd olunan hüquq normalarının tələbindən göründüyü kimi aliment öhdəliklərinə xitam verilmə əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113-cü maddəsi ilə dəqiq müəyyənləşdirilmişdir. Lakin həmin normada birgə nikahdan doğulmuş uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsinə həmin uşağın yanında yaşadığı valideynin yenidən nikaha girməsi ilə xitam verilməsi nəzərdə tutulmamışdır. Həmçinin mülki işin məhkəmə təsqiqi zamanı xx.xx.2015ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-1113/2021 nömrəli qətnaməsi ilə İddiaçı tutulub Cavabdeh ödənilməsi qət edilmiş alimenti öhdəlikərinə xitam verilməsinə dair digər əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh İsmayılova (Əhmədova) Tacirə Evdar qızına qarşı «aliment öhdəliklərinə ixtam verilməsi» tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh İsmayılova (Əhmədova) Tacirə Evdar qızına qarşı «aliment öhdəliklərinə xitam verilməsi» tələbi barədə iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1882/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1882/2024
28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver