Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2036/2022 10.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəzəndər qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəzəndər qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəzəndər qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)609/2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlannmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) mantat sabit pul məbləğində Cavabdeh1 xeyrinə tutulmuş alimentin və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044) -1407/2022 nömrəli qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin ondan tutularaq, iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qətnamələrinin dəyişdirilməsi və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)- 609/2022-ci il tarixli qətnaməsinin İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh1 xeyrinə tutulması hissəsində alimentin miqdarı azaldılmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3.3-cü maddəsinə əsasən 3 uşağa görə qazancının yarısı, 50 faizi hissəsi miqdarında cavabdehlərin xeyrinə tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-609/2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş və İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh1 xeyrinə tutulması qət edilmiuşdir. Bundan başqa Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-1407/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2021cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq, iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Eyni zamanda Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)- 1407/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2021-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment İddiaçı Cavabdeh2 xeyrinə tutulur. O, “X13” MMC ilə xx.xx.2022-ci il tarixli müqavilə bağlamış və mühafizəçi işləməklə 420 manat əmək haqqı alır və onun əmək haqqından başqa gəliri yoxdur. O, kənddə qeydiyyatda olmasına baxmayaraq adına heç bir şəxsi təsərrüfatı yoxdur və əlavə gəlir yeri yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirdi və məhkəmədən iddia tələbinin təmin olmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 Qəzəndər qızı məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını bildirdi və məhkəmədən iddia tələbinin təmin olmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)- 1407/2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq 18 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq, iddiaçı Cavabdeh2 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-609/2022-ci il tarixli qətnaməsindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1371/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı Cavabdeh1 xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi və İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X4 vəxx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli 05/340 nömrəli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından 29 oktyabr 2018-ci il tarixdə X7 anadan olmuşdur. xx.xx.2022-ci il tarixli 05/Q-359/69 nömrəli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından 12 iyun 2016-cı il tarixdə X4 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Zağalı İnzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 341 nömrəli arayışdan görünür ki, İddiaçı Daşkəsən rayon Qazaxyolçular kəndində yaşayır və şəxsi təsərrüfatına məxsus mal-qarası yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həmdə borcudur. İddiaçı tərəfindən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-1407/2022-ci il tarixli qətnaməsinə əsasən 18 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 80 manat və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-609/2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat miqdarında tutulan alimentin azaldılması və qazancının yarısı, 50 faizi hissəsi miqdarında cavabdehlərin xeyrinə tutulması məqsədəmüvafiq deyildir. Məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-1407/2022-ci il tarixli qətnaməsinə əsasən 18 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilən 80 manat miqdarında alimentin və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(043)-609/2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat miqdarında alimentin miqdarının azaldılması və qazancının yarısı, 50 faizi hissəsi miqdarında cavabdehlərin xeyrinə tutulması azyaşlı uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam inkişaf etməsinə heç də kifayət qədər yetərli olmaz və uşaqların sağlam böyüməsinə çox ciddi təsir göstərər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəzəndər qızına qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəzəndər qızına qarşı «alimentin azaldılması» dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-2036/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2036/2022
10.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver