Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2050/2024 28.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə **********640 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ilə Cavabdeh 0,0294 ha hissəsini 15000 manata satdığı AN-N ******* alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun cavabdehə 15000 manat məbləği qarşı tərəfə qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, Cavabdeh qızna qarşı arasında bağlanmış müqavilənin ləğvi barədə verdiyi iddia ərizəsinə Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın reyestr nömrəsi **********49 nömrəli, xx.xx.2023-cü il tarixdə verilmiş **********1 qeydiyyat nömrəsi olan Çıxarışın da ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Kəpəz rayonu, Avtozavod yolu ünvanında olan Gəncə şəhəri İHB-nin xx.xx.1993-cü il tarixli 46 saylı sərəncamına və Həmkarlar Təşkilatının xx.xx.1993-cü il tarixli 09 saylı protokol qərarından çıxarışa əsasən 400 kvadratmetr torpaq sahəsi X3 kitabında xx.xx.2013-cü il tarixdə 2861 nömrə ilə uçota alınıb, verilmiş kadastra əsasən mülkiyyətində olan torpaq sahəsinin ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2019 tarixdə, **********640 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ilə Cavabdeh 0,0294 ha hissəsini 15000 manata satmışdır. Aldığı məbləğin 500 manatı nağd, 14500 manat məbləği isə notarial qaydada almışdır. Ona aid olan 400 kvadratmetr torpağın bölgüsündə anlaşılma olmadığına görə dəfələrlə şifahi söhbət aparıb razılığa gələ bilməmişdir. Ona görə də alqı-satqı etdiyi 0,0294 hissənin küçəyə çıxış hissəsinin ona məxsus olan 0,0001 hissəsini zəbt edərək, istifadəsinə yararsız vəziyyət yaratdığına görə əvvəlcədən aralarında razılaşdığı 0,0001 hektara ödəyəcəyi 5000 manat məbləği ona verməməsinə əsasən onun iştirakı olmadan öz bildiyi kimi ağır konstruksiyadan istifadə edərək yarı tikili sərhəd barısını çəkdiyinə əsaslanaraq bütün halları şəxsi müstəvidə razılaşmadığı üçün məhkəməyə müraciət edir. Qeyd etdiyi ardıcıllıqlar və müştərinin şəxsi sövdələşmədən öz xeyri üçün istifadə etməsi Azərbaycan Respublikası Prosessual maddələrinə ziddir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, ehtiyacı olduğu üçün ona məxsus olan Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən, ümumi sahəsi 0,0294 ha olan torpaq sahəsini 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində Notariat Ofisində bağlanmış 14 avqust 2023-cü il tarixli, AN-İ, ******* nömrəli 4Ə-1690 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 15000 manata Cavabdeh satmışdır. Lakin cavabdeh ona məxsus ərazini də zəbt edərək küçəyə çıxış hissəsinin ona məxsus olan hissəsində sərhəd çəkmişdir. Torpağın ona aid olan hissəsində, anlaşılma olmadığından dəfələrlə cavabdehlə söhbət aparmışdır. Lakin bu danışıqlar heç bir nəticə verməmişdir. O, cavabdehin ona məxsus olmuş torpaqda apardığı bütün quruculuq işlərini ödəməyə razı olsa da cavabdeh onun təklifi ilə razılaşmır. Satdığı torpağın kənarında olan torpaq sahəsi faktiki olaraq onun istifadəsində olsa da, həmin ərazi bələdiyyənin mülkiyyətindədir. Onun məqsədi budur ki, cavabdehə satdığı torağı ondan geri almaqla istifadəsində olan torpağın sənədləşməsinə nail olsun. Əks halda o, istifadəsində qalmış torpaq sahəsini sənədləşdirə bilməyəcəkdir. Cavabdehə qalan torpaq sahəsini almasını təklif etsə də, cavabdeh nə həmin torpağı almaq istəyir, nə də onun satmış olduğu torpağı geri qaytarır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya məxsus olan olan Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən, ümumi sahəsi 0,0294 ha olan torpaq sahəsini 15000 manata 14 avqust 2023-cü il tarixli, AN-İ, ******* nömrəli 4Ə-1690 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 15000 manata almışdır. Torpaq sahəsini aldıqdan 6-7 ay sonra iddiaçı ilə aralarında mübahisə yaranmağa başlamışdır. Belə ki, özünə məxsus ərazini hasarlamışdır. Lakin, iddiaçı bununla razılaşmamış və pulu geri qaytarmaq şərti ilə ona satdığı ərazini geri verməsini istəmişdir. Alqı-satqı müqaviləsi notarial qaydada bağlanmış, müqavilənin ləğvi ilə bağlı heç bir şərt mövcud deyildir. İddiaçı ilə aralarında mübahisə yarandığına görə iddiaçı alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi tələbini irəli sürmüşdür. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində Notariat Ofisində bağlanmış 14 avqust 2023-cü il tarixli, AN-İ, ******* nömrəli 4Ə-1690 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı Gəncə şəhəri, Avtozavod yolu ünvanında yerləşən, ümumi sahəsi 0,0294 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Alıcının” mülkiyyətinə verir. Satıcı İddiaçı (tam hissə, 0,0294 ha torpaq sahəsini) alıcı Cavabdeh satdı. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2019 tarixdə İddiaçı verilmiş **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən tam mülkiyyət üzrə, 0,0294 ha; Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş xx.xx.2023 il tarixli, qeydiyyat nömrəsi **********FC33104 olan arayışa əsasən müqavilə bağlananadək Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgənikiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı(lar) daşınmaz əmlakı 14500 manat 00 qəpik (on dörd min beş yüz manat sıfır qəpik) qiymətinə satdı(lar), alıcı(lar) isə həmin qiymətə aldı(lar). Alıcı Cavabdeh satıcı İddiaçı satdığı tam hissəni (0,0294 ha) ondan 14500 manat 00 qəpik (on dörd min beş yüz manat sıfır qəpik) qiymətinə aldı. A 418376 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı Gəncə şəhər İHB-nin xx.xx.1993-cü il tarixli, 46 saylı sərəncamına və Həmkarlar Təşkilatının xx.xx.1993-cü il tarixli 09 saylı protokol qərarından çıxarışa əsasən 400 kvadratmetr bağ evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X3 kitabında xx.xx.2013-cü il tarixdə 2861 nömrə ilə uçota alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər şöbəsi tərəfindən verilmiş 08 aprel 2013-cü il tarixli, PS-13-115 nömrəli İddiaçı istifadəsində olan torpaq sahəsinə “torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına dair rəydən görünür ki, ayrılmış torpaq sahəsinin istifadə vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Gəncə şəhər İHB-nin xx.xx.1993-cü il tarixli, 46 saylı sərəncamına və Həmkarlar Təşkilatının xx.xx.1993-cü il tarixli 09 nömrəli protokol qərarından çıxarış əsasına əsasən Avtozavod qəsəbəsi ərazisində bağ evi tikintisi üçün İddiaçı verilmiş 400,0 kvadratmetr torpaq sahəsi Nizami rayonu ərazisində olmaqla, İddiaçı istifadəsindədir. Ayrılmış torpaq sahəsi Gəncə şəhərinin 6-cı qiymət zonasında yerləşir. Ona görə İddiaçı istifadəsində olan 400,0 kvadratmetr torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi etiraz etmir. xx.xx.2023-cü il tarixli, **********49 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, (köhnə qaydada ünvan 4 ünvanında yerləşən 0,0294 ha torpaq sahəsi tam pay olmaqla, Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X2 tərəfindən verilmiş 18 may 2012-ci il tarixli 115/3 nömrəli arxiv arayışından görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 46 saylı sərəncamından çıxarış: Farforist bağçılıq yoldaşlığına əlavə torpaq sahəsinin ayrılması haqqında. Farforist bağçılıq yoldaşlığının xx.xx.1993-cü il tarixli a-42 Nömrəli məktubunu və torpaq sahələrinin naməlum şəxslər tərəfindən zəbt edilib tikinti işləri aparılmasının qarşısını almaq məqsədi ilə Avtozavod yolu ərazisində yerləşən 7.1 (yeddi tam onda bir) ha yararsız dərə və çuxur olan torpaq sahələri bağ sahələri üçün Farforist bağçılıq yoldaşlığına verilsin. Torpaq sahəsinin yer üzərində ölçülüb və Farforist bağçılıq yoldaşlığının lazımi sənədlərlə təmin edilməsi şəhərin Baş memarı Ə.Z.Məmmədova tapşırılsın. 02 fevral 2024-cü il tarixli, ******* nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki İddiaçı ona məxsus olan Gəncə şəhəri Avtozavod yolu ünvanında yerləşən 0,0294 ha torpaq sahəsini 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində Notariat Ofisində bağlanmış 14 avqust 2023-cü il tarixli, AN-İ, ******* nömrəli 4Ə-1690 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 15000 manata Cavabdeh satmışdır. Hal-hazırda İddiaçı cavabdeh ilə arasında bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı mübahisə ilə bağlı mülki qanunvericiliyin zəruri olan hüquq normalarını da qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ilə arasında 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində Notariat Ofisində bağlanmış 14 avqust 2023-cü il tarixli, AN-İ, ******* nömrəli 4Ə-1690 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etsə də müqavilənin ləğvinə səbəb olacaq sübutları məhkəməyə təqdim edə bilməmiş, yalnız formal mülahizələr irəli sürmüşdür. Bu səbəbdən iddiaçının tələbi əsassız olmaqla təmin edilə bilməz. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, qeyd olunan alqı-satqı müqaviləsi səlahiyyətli şəxslərin iştirakı ilə onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması şərti ilə bağlanmışdır. Hansı ki, qeyd olunan alqı-satqı müqaviləsində satıcı qismində İddiaçı alıcı qismində isə Cavabdeh iştirak etmiş, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmiş və müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun notarial qaydada təsdiqlənmişdir. Məhkəmə həmçinin qeyd edir ki iddiaçı və cavabdeh mübahisəli torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərini yerinə yetirmişdir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında cavabdehin ona mübahisəli torpaq sahəsinə görə 15000 manat məbləğində pul ödədiyini bildirmiş iddiaçı da sözügedən torpaq sahəsini cavebdehə satmışdır. Cavabdeh də öz növbəsində mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün qəbul etmə vəzifəsini icra etmiş, mülkiyyət hüququnu xx.xx.2023-cü il tarixli, **********49 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarış əsasında rəsmiləşdirmişdir. Başqa sözlə İddiaçı mübahisələndirdiyi alqı-satqı müqaviləsi artıq lazımınca icra olunmuşdur. Məhkəmə onu da qeyd etməyi lazım bilir ki, alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəfindən irəli sürülmüş tələb əsaslı olmadığından həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbi də özü-özlüyündə əsassızdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə edir ki, iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2050/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2050/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver