Məhkəmə qərarları › İş №2(125)-2110/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2110/2024

24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2110/2024 24.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahlarından dünyaya gəlmiş 04 avqust 2022-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay onun xeyrinə 100 (bir yüz) manat sabit pul məbləğinin tutulmasına, həmçinin, mediasiya xərci olaraq ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 05 yanvar 2013-cü il təvəllüdlü X9 və 04 avqust 2022-ci təvəllüdlü X6 adında 2 (iki) övladları dünyaya gəlmişdir. Cavabdeh ilə bir müddət normal yaşadıqdan sonra cavabdehlə aralarında narazılıqlar olmuş, xasiyyətləri uyğun gəlmədiyindən cavabdehlə aralarında olan ər-arvad münasibətlərinə son qoymaq məcburiyyətində qalmışdır. Bu səbəbdən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Sonradan cavabdehlə barışaraq ailə münasibətlərini bərpa etmişlər. Faktiki olaraq ailə münasibətləri davam etmişdir. Hazırda cavabdehlə ailə münasibətlərində problem yaranmışdır. Cavabdeh ilə heç bir əlaqəsi yoxdur. Cavabdehlə ayrıldıqları bu müddət ərzində cavabdeh uşağına könüllü maddi və mənəvi yardım göstərməmişdir. Hazırda azyaşlı uşaqla birlikdə maddi çətinlik çəkir. Odur ki, azyaşlı uşağının saxlanması üçün cavabdehdən 04 avqust 2022-ci il təvəllüdlü X1 üçün aliment tələbi vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirdi ki, İddiaçı ilə faktiki ailə münasibətlərindən doğulmuş Məhəmməd adlı uşağın saxlanılması üçün hər ay 100 (bir yüz) manat aliment verməyə razıdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; 11 oktyabr 2023-cü il tarixli, ******* nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 11 oktyabr 2023-cü il tarixli, ******* nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İV seriyalı, 757383 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 04 avqust 2022-ci il tarixində doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. AZ-İİ seriyalı, 986994 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05 yanvar 2013-cü il tarixində doğulmuşdur. Atası: Cavabdeh, anası: X2r. “İlkin mediasiya prosesindən iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/1- nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 30 noyabr 2023-cü il tarixdə saat 09:00- keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı 55 (50 manat ims xərci, 5 manat poçt xərci) manat xərci ödəmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-336/2019 nömrəli, 08 aprel 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Qasımova (Bədəlova) Səmayə Rayəddin qızı ilə Cavabdeh arasında 20 aprel 2012-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 215 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 05 yanvar 2013-cü il tarixdə anadan olmuş X7 nikah pozulmasından sonra iddiaçı Qasımova (Bədəlova) Səmayə Rayəddin qızının himayəsində saxlanılması, Cavabdeh 05 yanvar 2013-cü il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment iddiaçı Qasımova (Bədəlova) Səmayə Rayəddin qızının xeyrinə tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin faktiki ər-arvad münasibətlərindən 04 avqust 2022-ci il təvəllüdlü X6 doğulmuşdur. İddiaçı “aliment” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, tərəflər arasında razılıq əldə edilmədiyi üçün iddiaçı “aliment” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddiaçı tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə həmçinin, uşağın mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşağın sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşağın atasından ayrı olaraq anası ilə birlikdə yaşamasını və uşağın saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, həmçinin cavabdehin iddiaçının tələb etdiyi aliment məbləği illə razılşamasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 04 avqust 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu 28 fevral 2024-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, qeyd edir ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi üçün müəyyən edilmiş məbləği ödəmişdir. Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmiş və mediasiya xərcini ödəməmişdir. Mediasiya xərci iddiaçı tərəfindən ödədildiyindən ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, 04 avqust 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar