Məhkəmə qərarları › İş №2(125)-2142/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2142/2024

01.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2142/2024 01.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı Cavabdehnə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində pul» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, hazırki iddia tələbi ilə Cavabdeh MMC-yə qarşı cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsində - Bakı Şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmaq hüququ İddiaçı izah olunmalıdır. Belə ki, cavabdehin qeydiyyatda olduğu ünvanın «Elektron məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə yoxlanılması zamanı Cavabdeh MMC-nin (VÖEN **********) Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr., 113 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Cavabdehnə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində pul» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, hazırki iddia tələbi ilə cavabdehin qeydiyyatda olduğu Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar