Məhkəmə qərarları › İş №2(125)-2145/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2145/2024

22.02.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2145/2024 22.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi X1 iştirakı ilə "xxxx" Kommersiya Bankı ASC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-3926/2015 saylı əmrindən Borclu tərəfindən verilmiş etiraza baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Kommersiya Bankı ASC Borclu qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu cəmi 2108.28 ABŞ dolları və 20 manat dövlət rüsumunun alınaraq Unibank” Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-3926/2015 saylı əmri ilə ərizə təmin edilmiş, Borclu cəmi 2108.28 ABŞ dolları və 20 manat dövlət rüsumunun alınaraq Unibank” Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi əmr edilmişdir. Həmin əmrə Borclu etiraz verərək əmrin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu bildirmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-3926/2015 saylı əmri ilə ərizə təmin edilmiş, Borclu cəmi 2108.28 ABŞ dolları və 20 manat dövlət rüsumunun alınaraq Unibank” Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi əmr edilmişdir. Həmin əmr üzrə borcu ödəmiş, iddiaçının nümayəndələrinin borcunun olmaması barədə arayışı alaraq icra idarəsinə vermişdir. Əmrə etirazda əmrin surətini almadığını qeyd etsə də, əslində həmin əmrdən məlumatlı olmuş və əmr üzrə borcu tam ödəmişdir. Onun narazılığı əmrdən deyil, əmr üzrə borc ödənildiyi halda yenidən icra vərəqəsinin verilməsi ilə bağlı olmuşdur. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, etiraz geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Borclu Gəncə Şəhər Məhkəməsinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3926/2015 saylı mülki iş üzrə xx.xx.2015-ci il tarixli əmrindən məlumatlı olmuş, əmr üzrə müəyyən edilmiş borcu ödəmiş və borcun olmaması barədə arayışı icra idarəsinə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. İş materialları müəyyən olunmuşdur ki, borclu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-3926/2015 saylı əmrindən məlumatlı olsa da, qanunla müəyyən edilmiş müddət ərzində əmrə etirazını bildirməmişdir. Məhkəmə hesab edir ki, borclu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-3926/2015 saylı əmrindən verdiyi etiraz və ona əlavə edilmiş sənədlər müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-363, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Kommersiya Bankı ASC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(043)-3926/2015 saylı əmrindən Borclu tərəfindən verilmiş etiraz geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar