Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2166/2022 04.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 31 oktyabr 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və həmin uşağın müalicəsi üçün əlavə xərc qismində hər ay 150 manat, cəmi 350 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 sentyabr 2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından 31 oktyabr 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və həmin uşağın müalicəsi üçün əlavə xərc qismində hər ay 150 manat, cəmi 350 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, 30 iyul 2000ci ildə Cavabdeh ilə nikaha girmiş və onların birgə nikahlarından 21 avqust 2001-ci ildə X4 və 31 oktyabr 2018-ci ildə X3 adlı 2 uşaqları anadan olmuşdur. Lakin onlar arasındakı münasibətlər pisləşdiyindən 2006-cı ildə onunla Cavabdeh arasındakı nikah pozulmuş və sonradan o, Cavabdehla barışdığına görə nikahlarını 30 avqust 2018-ci ildə yenidən qeydə aldırmışlar. O, Cavabdehla birgə nikah dövründə ailənin bütün maddi və mənəvi qayğıları ilə məşğul olsa da, cavabdeh ailənin maddi və mənəvi qayğılarına etinasız yanaşmışdır. Sonuncu dəfə isə 09 fevral 2022-ci il tarixdə cavabdeh mübahisə yaradaraq, birgə yaşadıqları evdən getmişdir. Onların birgə nikahlarından doğulmuş X3 isə onun himayəsində qalmışdır. Hazırda o, tibb bacısı işləsə də, yaşamaq üçün mənzili olmadığına və cavabdehlə birgə nikahdan doğulmuş X3 MSS-in hipoksik zədələnməsi, affektiv respirator sindromu, yuxu pozğunluğu xəstəliklərindən əziyyət çəkdiyinə görə onun maddi xərcləri çoxdur. Bundan başqa, onlar qazanc əldə etmək məqsədi ilə birgə nikah dövründə onun adına bankdan əldə etdikləri kredit pul vəsaiti hesabına su daşıyan yük avtomobili almışlar. Həmin krediti də hazırda o, ödəyir. Qeyd olunan səbəblərdən də o, azyaşlı övladı ilə birlikdə kirayədə yaşadığı mənzilin kirayə haqqını və azyaşlı övladının maddi xərclərini ödəməkdə çətinlik çəkir. Cavabdeh isə birgə nikahdan doğulmuş X1 üçün ona heç bir maddi yardım etmir. Halbuki, X5 birgə nikah dövründə əldə etdikləri yük avtomobili ilə su satmaqla və digər fərdi işlərlə məşğul olmaqla, kifayət qədər qazanc əldə edir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki, onunla İddiaçı birgə nikahından 31 oktyabr 2018-ci ildə anadan olmuş X3 adlı yetkinlik yaşına çatmamış bir uşaq vardır. Əvvəllər onunla İddiaçı arasında olan münasibətlər yaxşı olsa da, sonradan həmin münasibətlər pisləşmiş və faktiki ər-arvad münasibətləri başa çatmışdır. Buna görə də o, iddiaçı ilə fərqli ünvanlarda yaşayır. Onların birgə nikahlarından doğulmuş X3 bir müddət əvvəl qripə yoluxmuş və daha sonra sağalmışdır. Buna görə də X2 mütəmadi müalicəyə ehtiyacı yoxdur və əgər belə müalicəyə ehtiyac yaranarsa, o, həmin uşağın müalicə xərclərini ödəyə bilər. Digər tərəfdən o, özü heç bir yerdə işləmədiyinə görə, hətta özünün də maddi təminatını çətinliklə ödəyir. Qeyd olunan səbəbdən də onun X1 üçün iddiaçıya hər ay yalnız 100-120 manat məbləğində aliment ödəməyə maddi imkanı vardır. Sonda Cavabdeh iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 294978 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahlarını 30 avqust 2018-ci ildə Gəncə «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində qeydə aldırmışlar. İşdə olan AZ-İV seriyalı, 217538 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 31 oktyabr 2018-ci ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan «Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi» PHŞ «Gəncə şəhər Birləşmiş Xəstəxanası» X8 Nizami Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli 245 nömrəli arayışdan görünür ki, X3 MSS-in hipoksik zədələnməsi, affektiv respirator sindromu, yuxu pozğunluğu xəstəliklərindən əziyyət çəkir. İşdə olan «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh mülkiyyətində mühərrik nömrəsi «N/Z», banın tipi «çən», ban nömrəsi «XTH**********4732», avtomobil modeli «QAZ 5312 AÇ-4.2 yük», dövlət qeydiyyat nişanı «25BJ573» olan avtomobil vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Minimum aylıq əməkhaqqının məbləğinin artırılması» və «Minimum aylıq əməkhaqqının artırılması haqqında»» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2021-ci il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 300 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2022-ci ildə yaşayış minimumu haqqında» 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, X2 MSS-in hipoksik zədələnməsi, affektiv respirator sindromu, yuxu pozğunluğu xəstəliklərindən əziyyət çəkməsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə 31 oktyabr 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı tərəflərin birgə nikahından doğulmuş X2 MSS-in hipoksik zədələnməsi, affektiv respirator sindromu, yuxu pozğunluğu xəstəliklərindən əziyyət çəkməsinə dair sübutları məhkəməyə təqdim etsə də, həmin uşağın qeyd olunan xəstləliklərdən müalicə olunması üçün zəruri olan vəsaitin məbləği və həmin müalicənin hansı müddətə davam etməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, valideynlərin yetkinlik yaşına çatmamış uşaqlarını saxlamaq üçün aliment ödəmək öhdəliklərindən fərqli olaraq, onların əlavə xərclərdə iştirakı üçün belə xərclərin məbləğinin dəqiq müəyyənləşdirilməsi zəruri şərtdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi tərəflərin birgə nikahından 31 oktyabr 2018-ci ildə anadan olmuş X2 müalicəsi üçün əlavə xərc qismində hər ay 150 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutulması barədə məhkəmədə 26 sentyabr 2022-ci il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbayсan Respublikası Mülki-Prosessual Məсəlləsinin 112.1.3-сı maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə qiymətlənir. «Dövlət rüsumu haqqında» Azərbayсan Respublikası Qanunun 8.1.2-сi maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1-сi maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbayсan Respublikası Mülki-Prosessual Məсəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iş üzrə ödənilməli olan 41 manat 60 qəpik məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 31 oktyabr 2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 26 sentyabr 2022-ci il tarixdən X3 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. İddiaçı aliment tələbi üzrə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə nisbətdə dövlət rüsumu qismində 41 (qırx bir) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2166/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2166/2022
04.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver