Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2186/2025 28.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi ilə bağlı iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı heç kəsi cavabdeh kimi göstərmədən iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, aşağıdakı məzmunda xahiş etmişdir; “Həmin DYP əməkdaşı müəyyən edilməklə qanunsuz edilmiş cəriməni ləğv edəsiniz və mənə mənəvi ziyan vurduğuna görə 1000 manat təzminat ödənilməsi haqqında qərar verəsiniz. İddia ərizəsindən belə müəyyən olunur ki, İddiaçı Tovuz şəhərində olarkən nəqliyyat vasitəsini piyada keçidi üzərində saxladığından 40 manat məbləğində inzibati cərimə olunmuşdur və hazırki ərizəsində cərimənin əsassız olaraq tətbiq edildiyini iddia edir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə şəxsin inzibati xəta törətməsi ilə bağlı tətbiq edilmiş inzibati cərimənin ləğv edilməsi ilə bağlı olduğundan və bu məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddia ərizəsi geri qaytarılır. İddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsi məsələsinə gəldikdə isə iddia ərizəsi MPM-in 149-cu maddəsi ilə müəyyən edilmiş forma və məzmuna riayət edilməklə tərtib edilmədiyindən, o cümlədən ödənilməli olan dövlət rüsumu ödənilmədən verildiyindən məhkəmənin icraatına qəbul edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı inzibati cərimənin ləğv edilməsi və mənəvi ziyana görə təzminat ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-2186/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2186/2025
28.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver