Məhkəmə qərarları › İş №2(125)-2261/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2261/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2261/2024 29.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun üzrlü səbəbdən silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 il 6 ay müddətində həbsdə olan müddətdə əsassız olaraq 2800 manata qədər yığılmış aliment borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2954/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş Zəhra və xx.xx.2012-ci ildə anadan olmuş Yusif adlı uşaqların saxlanılması üçün təyin olunmuş alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilmişdir. Həbsdə olduğu müddətdə əsassız olaraq 2800 manat borc yığılmışdır. Tutulmamışdan qabaq hər ay alimenti vaxtında ödəmişdir. Daha sonra həbs olunduğuna görə işləyə bilməmiş və borc yığılmışdır. Həbsdən çıxdıqdan sonra 1200-1300 manat müavinət almışdır ki, həmin pulu da aliment borcuna ödəmişdir. Nikahları pozulduqda, eləcə də aliment artırıldıqda həbsdə olmuşdur. Cavabdeh ona qarşı qərəzli mövqedədir, bütün gün onunla bağlı 102 xidmətinə zənglər edir. Uşaqlardan biri il yarımdır ki, özünün yanındadır, ancaq ona görə də aliment borcu yığılmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1 həftə əvvəl uşaqla bağlı məhkəmələri olmuşdur, həmin məhkəmə iclasında iddiaçı özü iştirak etmiş və firmada işlədiyini etiraf etmişdir. Həbsdə olduğu müddətdə də aliment ödəyə bilərdi. Öz xoşluğu ilə ödəməmişdir. 1-ci dəfə aliment tutulduqda ona görə hər uşağa 110 manat məbləğində aliment kəsilmişdir ki, həbsxananın maaşı ilə alimenti ödəyə bilsin. İddiaçının yanında qalan uşağa görə ailment hesablanmamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-Gəncə Şəhər Məhkəməsinin 2(125)-2954/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2008-ci ildə anadan olmuş X1 və xx.xx.2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1518/2021 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə tutulan 110 manat alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq İddiaçı alınaraq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-238/2021 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək üzərində qəti olaraq 01 il 05 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(104)-121/2022 nömrəli qərarının surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-238/2021 nömrəli hökmündən məhkum İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-238/2021 nömrəli hökmü dəyişdirilmiş, “8 Noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən məhkum İddiaçı barəsində amnistiya tətbiq edilərək onun cəzası 6 ay azaldılmış və İddiaçı üzərində qəti olaraq 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli məhkumluq haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 02 ay 03 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur,11 iyun 2022-ci ildə cəza müddəti başa çatmışdır. xx.xx.2023-cü il tarixli, 02747 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh məxsus kart hesabına hər dəfə müxtəlif məbləğlər olmaqla ödənişlər edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2954/2022 nömrəli qətnaməsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X1 və xx.xx.2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1518/2021 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə tutulan 110 manat alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq İddiaçı alınaraq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı həbs olunmamışdan əvvəl hər ay alimenti vaxtında ödədiyini, sonra isə həbs olunduğu üçün işləyə bilmədiyini, buna görə də aliment borcunun yığıldığını əsas gətirərək aliment borcunun üzrlü səbəbdən silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının həbsdə olduğu müddətdə də cəzaçəkmə müəssisəsində işləməklə aliment ödəmək imkanında olduğunu lakin alimenti ödəmədiyini və hazırda da yaranmış borcunu ödəmək imkanında olduğunu göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Aliment üzrə borcları ödəməkdən azad edilmədən bəhs edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsindən görünür ki, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi qanunvericilik aliment ödəməli şəxsin alimenti ödəməkdən azad edilməsinə o halda yol verir ki, aliment borcu şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəlsin və ailə və maddi vəziyyəti bu borcları ödəməyə imkan verməsin. Lakin iddiaçı cəzaçəkmə müəssisəsində olduğu müddətdə yaranmış aliment borcunu ödəməkdən azad edilməsini tələb etsə də, maddi imkanının olmaması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmış, həmçinin məhkəmə tərəfindən aliment borcunun ödənilməsindən azad etmə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəlməsi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsinin müəyyən edilməsi ilə şərtləndirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment borcunun üzrlü səbəbdən silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 48 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı aliment borcunun üzrlü səbəbdən silinməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 48 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar