Məhkəmə qərarları › İş №2(125)-2321/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2321/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2321/2024 29.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisinə və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisinə, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunaraq Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında istifadədə olan 0,009 ha torpaq sahəsində yerləşən, Cavabdeh2 mülkiyyətində olan 199,2 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsinə dair Gəncə 2 saylı notariat kontorunda verdiyi razılıq ərizəsinin etibarsız hesab edilməsinə, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi həmin qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsinə və cavabdehlər Bank "xxxx" ASC-dən və Gəncə şəhər 2 saylı notariat kontorundan yetirilmiş mənəvi zərərin ədalətli ödənilməsi müqabilində hər birindən xeyrlərinə 5000, cəmi 10000 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2321/2024 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisinə, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı notarial qaydada verilmiş razılığın etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraata notariat kontorunda verilmiş razılıq ərizəsinin etibarsız hesab edilməsi və Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi hissəsində xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Gəncə şəhəri 2 saylı notariat ofisi və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5 maddələrinə əsasən işə cavabdehlər Gəncə şəhəri 2 saylı notariat ofisinin və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı notariat ofisinə və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Gəncə şəhəri 2 saylı notariat ofisinə və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan, onun tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar