Məhkəmə qərarları › İş №2(125)-2362/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2362/2022

29.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2362/2022 29.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Bayramov Eİmar Musa oğluna qarşı iş üzrə Açar sözlər: (ailə münasibətləri üzrə mübahisələr- alimentin təyin edilməsi tələbinə dair iddia) X11 Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında 29 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı X6 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən xx.xx.2017-ci il tarixdə doğulmuş X1 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək hər birinin saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat ümumilikdə 500 manat sabit pul məbləğində alimentin tutularaq, onun xeyirinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İş sənədlərindəki nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh arasında 16 may 2022-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 115 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır.

3. İş sənədlərindəki qeydiyyat orqanının doğum haqqında şəhadətnamələrindən görünür ki, Cavabdeh X1 və X4 atasıdır.

4. Məhkəmədə icraat - iddia ərizəsi və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

5. İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə doğulmuş X1 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək hər birinin saxlanılmaları üçün hər ay 250 manat cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq, onun xeyirinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 16 may 2016-cı ildə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il tarixdə X5 və xx.xx.2019-cu il tarixdə X7 olmuşdur. Cavabdehlə nikahları bağlandığı xx.xx.2016-cı tarixdən Cavabdeh ailəsinə qarşı laqeyd yanaşmışdır. Artıq bir ailə kimi mehriban şəkildə bir yerdə yaşaya bilmədikləri üçün hazırda maddi imkanı uşaqlara baxmağa yol vermədiyindən cavabdehdən alimentin tutulmasına dair iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh Gəncə şəhəri Regional Ədliyyə İdarəsində məsləhətçi-iqtisadçı vəzifəsində işləyir. Aylıq əmək haqqı, əmək haqqına əlavə və il ərzində 5 dəfə əmək haqqının 50 faiz və 100 faiz həcmində mükafat alır. Lakin uşağlarına qarşı laqeyd yanaşır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.

7. İddiaya qarşı cavabdehin yazılı etirazı məhkəməyə daxil olmamışdır.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri və ya gəlməməsinin mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı X2 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq:

9. Ailə Məcəlləsi 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

10. Mülki Prosessual Məcəllə: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi:

11. Məhkəmə hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Mübahisənin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəf cavabdehdən aliment tələb etmiş bununla bağlı Mediasiya Sessiyasına müraciət etmiş cavabdeh dəvət edilməsinə baxmayaraq iştirak etməmişdir. İddiaçının aliment tələbinə cavabdeh yazılı etiraz təqdim etməmişdir. Məhkəmə, Cavabdeh xx.xx.2017-ci il tarixdə doğulmuş X1 və xx.xx.2019-cu il tarixdə doğulmuş X12 yetkinlik yaşalarına çatanadək hər birinin saxlanılmaları üçün hər ay 200 manat cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir.

12. Yuxarıda göstərilənləri rəhbər tutaraq və nəzərə alaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək hər uşaq üçün hər ay 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq, X3 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar