Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2384/2022 17.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflər arasında 25 aprel 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı Cavabdeh 24 sentyabr 2019-cu ildə doğulmuş X1 üçün Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən müəyyən olunmuş 300 (üç yüz) manat alimentin hər ay alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə 1 saylı Mediasiya Təşkilatının MŞG/00742 saylı 25 aprel 2022-ci il tarixli barışıq sazişinə əsasən Cavabdeh ilə nikahda olduqları vaxt birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 (üç yüz) manat olmaqla, xx.xx.2022-ci il tarixdən hesablanaraq hər ayın 25-dən 30-dək ödəməyi uşağın atası Cavabdeh öz üzərinə götürmüşdür. Aralarında olan nikah Gəncə Şəhər Məhkəməsinin 2(125)-416/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixində ***-***-**-** nömrəsindən ona mesaj göndərərək bildirmişdir ki, o, alimentin azaldılması üçün məhkəməyə müraciət etmişdir və məhkəmənin qəbul etdiyi qərarı nə vaxt alsa o vaxtı da aliment ödəyəcək. Cavabdeh bilərəkdən, qərəzli olaraq təyin edilmiş alimenti ödəməkdən boyun qaçırır, fikirləşmir ki, onun uşağı böyüyür, tələbatları artır, eləcə də allergiya xətəliyindən əziyyət çəkir, müalicəsi vacibdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, AZ-İV seriyalı 309929 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 24 sentyabr 2019-cu ildə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 2(125)-416/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci ildə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 181 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan İddiaçı və Cavabdeh arasında 25 aprel 2022-ci il tarixli MŞG/00742 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, 2.1 Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 üçün aliment təyin olunması ilə bağlı 1-ci tərəf, yəni İddiaçı 2-ci tərəf yəni uşağın atası Cavabdeh onların birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşın çatanadək saxlanması üçün aliment təyin edərək hər ay 300 (üç yüz) manat olmaqla, xx.xx.2022-ci il tarixdən hesablanaraq, hər ayın 25-dən 30-na dək ödəməyi 2-ci tərəf yəni uşağın atası Cavabdeh öz üzərinə götürür. 2.2 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3 Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birləri ilə bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5 Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.6 Tərəflər razılığa gəldilər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355-26.1.2ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə həmin Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Lakin mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında 25 aprel 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin digər hissələri qanuna zidd deyildir və barışıq sazişinin həmin hissələri mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında 25 aprel 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı və Cavabdeh arasında 25 aprel 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Tərəflərin birgə nikahından 24 sentyabr 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun;
2. Alimentin tutulması 25 aprel 2022-ci il tarixdən başlayaraq X2 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zaman İmanov