Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2443/2024 01.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 220 manat olmaqla, cəmi hər ay 440 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 3 yaşı tamam olanadək İddiaçı hər ay 150 manat alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2019-cu ildə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Surxay və xx.xx.2022-ci il tarixdə Sunay adlı uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, aralarında münasibətlər pozulmuş, həmin vaxtdan cavabdeh uşaqlara qayğı göstərməmişdir. 2023-cü ilin sentyabr ayından bəri uşaqlar onun himayəsində olmaqla cavabdehlə ayrılmışdırlar. Cavabdeh mart ayına kimi uşaqların zəruri ehtiyaclarını ödəmiş, mart ayında aralarında söz-söhbətlər olduqdan sonra uşaqlarla da maraqlanmamışdır. Uşaqları Sunayın nevroloji problemləri vardır. Müalicə üçün Bakıya aparmaq lazımdır, ancaq maddi imkanı çatmır. Cavabdehin imkanı yaxşıdır, əlavə gəliri də vardır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, hazırda müqaviləylə işləyir, 853 manat əmək haqqı alır. Gələn il müqaviləsinin vaxtı bitəcəkdir. İki uşaq üçün cəmi 400 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır, ancaq əlavə 150 manat ödəməyə imkanı yoxdur. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ 320406 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2019-cu il tarixdə Gəncə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 504 nömrə ilə qeydə alınmışdır. AZ-İV 377519 nömrəli və AZ-İV 804396 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə Surxay və xx.xx.2022-ci ildə Sunay adlı uşaqları anadan olmuşdur. Cavabdehtərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli,105 nömrəli arayışdanq görünür ki, cavabdeh N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmaqla bütün növ tutmalara tutulduqdan sora 853,50 manat əmək haqqı alır. xx.xx.2024-cü il tarixli, MŞG/MT033/2024-00076 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdə, saat 11:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. İlkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərc tam ödənilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş X3 məxsus müayinə vərəqələrindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Loğman klinikasında neyrosonoqrafiya və rentgen müayinəsində olmuş, qanın ümumi analizi verilmişdir. Müalicə həkimi Zülfiyyə İbrahimova tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli tövsiyə vərəqələrindən görünür ki, xəstə X5 üçün müxtəlif dərman preparatları tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi cavabdeh uşaqların saxlanmasında maddi cəhətdən köməklik etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «X6» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, cavabdehin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların maddi təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 3 yaşı tamam olanadək hər ay 150 manat alimentin Cavabdeh tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin olunmalıdır. Belə ki, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad maddi cəhətdən birbirinə kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi tərəflərin xx.xx.2022-ci ildə anadan olmuş azyaşlı uşaqları Sunay körpə olmaqla 3 yaşına çatmamışdır və Loğman klinikasında müalicəsi hal-hazırda davam etdirilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunaraq azyaşlı Sunaya 3 yaşınadək qulluq edilməsinə görə hər ay 100 manat aliment alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 80 manat alınaraq dövlət büdcəsinə ödənilməli, iş üzrə ödənilmiş mediasiya xərcinin yarısı 25 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci ildə anadan olmuş X1 və xx.xx.2022-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat və xx.xx.2022-ci ildə anadan olmuş X2 3 yaşına çatanadək hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin . İş üzrə ödənilmiş mediasiya xərcinin yarısı, 25 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 80 (səksən) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2443/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2443/2024
01.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver