Məhkəmə qərarları › İş №2(125)-2489/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2489/2022

14.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2489/2022 14.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2013-cü təvəllüdlü X2 və xx.xx.2016-cı təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər birinə 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və iddianı qəbul etdiyini bildirmişdir. Elektron məlumat sistemindən müəyyən olunmuşdur ki, borclu Sahib Həsənağa oğlundan 100 manat aliment tutularaq İddiaçı ödənilməsi barədə xx.xx.2017-ci il tarixli, 329129/2017-10-14 nömrəli icra işi olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-5723/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən etibarən azyaşlılar Kəmalə və Nilayın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla cəmi 100 (bir yüz) manqat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməli, iddiaçıya qətnamənin icrası ilə bağlı müvafiq icra idarəsinə və ya icra sənədini vermiş məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar