Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2506/2022 17.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dəyişiklik və qanuni aydınlıq gətirilməsi tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona aliment maraqlıdır ifadələrini deyən icra məmurunun əməlləri və fəaliyyətinin araşdırılaraq təqdim etdiyi qanuni sənədləri nəzərə alaraq inkassonun dayandırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin onun pensiyasına yönəldilməsi barədə icra məmurunun qərarından narazı qalmasıdır. Məhkəmə qeyd edir ki, icra məmurunun qərarından və hərəkətsizliyindən iddia icratı qaydasında deyil icra məmurunun qərarından şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Eyni zamanda həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə göstərilənləri nəzərə alaraq hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dəyişiklik və qanuni aydınlıq gətirilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dəyişiklik və qanuni aydınlıq gətirilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(125)-2506/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2506/2022
17.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver