Məhkəmə qərarları › İş №2(125)-2507/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2507/2022

10.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2507/2022 10.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mustafayev Mustafa Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi(məsləhətçi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə ailə münasibətləri pozulduğu üçün aralarında olan nikahın pozulması, birgə nikahdan olan uşaqlarının onun himayəsində qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Gəncə Şəhəri 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya təşkilatında saziş imzalayaraq 2022-ci ilin iyul ayından başlayaraq hər ayın 05- 10 tarixlərində xx.xx.2011-ci il təvəlüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2020ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa ayda 70 manat sabit pul məbləğində aliment ödəyəcəyini öz öhdəliyinə götürmüşdür. Lakin Cavabdeh aliment borcunu ödəməməklə öhdəliyini yerinə yetirmir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxs Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəlüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. İşdə olan Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh və İddiaçı mediasiya sesiyasında barışıq sazişi bağlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəlüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 2022-ci ilin iyul ayından başlayaraq hər ayın 05-10 tarixlərində hər uşağa görə hər ay 70 manat, cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi və digər məsələlər barədə razılığa gəlmişlər. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-809/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 20 iyul 2011-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 507 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Məhkəmə barışıq sazişinin təsdiq edilməsi barədə ərizəçinin tələbinin əsaslı olduğunu qəbul edir və hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəlüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-809/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahdan doğulmuş uşaqlar isə hal-hazıradək ərizəçinin himayəsindədir. Ərizəçi aliment tələbi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və tərəflərin arasında xx.xx.2022-ci il tarixli M 00209 reyestr nömrəli barışıq sazişi bağlanmışdır. Cavabdeh “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinin tələblərinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, Cavabdeh xx.xx.2011-ci il təvəlüdlü X2 və xx.xx.2014cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 2022-ci ilin iyul ayından başlayaraq hər ayın 05-10 tarixlərində hər uşağa görə hər ay 70 manat, cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsinə dair barışıq sazişi məcburi icra ediməsi üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Cavabdeh və İddiaçı arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixdə bağlanmış Cavabdeh xx.xx.2011-ci il təvəlüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 2022-ci ilin iyul ayından başlayaraq hər ayın 05-10 tarixlərində hər uşağa görə hər ay 70 manat, cəmi 210 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsinə dair barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar