Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2538/2024 07.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından xx.xx.2013-cü ildə anadan olmuş X2 və xx.xx.2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o və Cavabdeh xx.xx.2013-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsində nikah bağlamışlar. Onların birgə nikahlarından xx.xx.2013-cü il tarixdə Səma və xx.xx.2017-ci il tarixdə Sənan adlı 2 uşaq anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah münasibətləri başa çatdığından Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-470/2024 nömrəli qətnaməsi əsasında aralarında olan nikah pozulmuş, xx.xx.2013-cü ildə anadan olmuş X2 və xx.xx.2017-ci ildə anadan olmuş X3 onun yanında qalması qət edilmişdir. Hazırda o, cavabdehlə fərqli ünvanda yaşayır və uşaqlar onun yanındadır. Ötən müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış və onların saxlanması üçün ona heç bir maddi yardım göstərməmişdir. Qeyd olunan səbəbdən də o, cavabdehlə birgə nikahdan doğulmuş uşaqların maddi təminatını çətinliklə ödəmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onun maddi imkanı aşağıdır və o, öz maddi təminatlarını çətinliklə ödəyir. Hazırda onun hər ay 600 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı yoxdur. Lakin o, iddiaçı ilə birgə nikahdan anadan olmuş uşaqların maddi təminatını ödəmək vəzifəsini dərk edir. Buna görə də o, həmin uşaqların saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Sonda Cavabdeh iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ seriyalı 889508 nömrəli və AZ-İİİ seriyalı 945554 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə və X6 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Həmin uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə olunan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-470/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikah pozulmuş. xx.xx.2013-cü ildə anadan olmuş X2 və xx.xx.2017ci ildə anadan olmuş X3 İddiaçı yanında qalmaları müəyyən edilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(125)-30/2024 nömrəli qərardadından görünür ki, Cavabdeh 27 avqust 2013-cü ildə anadan olmuş X2 və 28 aprel 2017-ci ildə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmış, müvəqqəti alimentin tutulması 15 fevral 2024-cü il tarixdən Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)-470/2024 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını və cavabdeh ilə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü ildə anadan olmuş X2 və xx.xx.2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 27 avqust 2013-cü ildə anadan olmuş X2 və 28 aprel 2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 06 noyabr 2023-cü il tarixdən X5 və X6 yetkinlik yaşına çatana qədər müəyyən edilsin və aliment ödənişlərinin hesablanması zamanı Gəncə Şəhər Məhkəməsinin 16 fevral 2024-cü il tarixli 16(125)-30/2024 nömrəli qərardadı üzrə ödənilmiş aliment nəzərə alınsın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2538/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2538/2024
07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver