Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2621/2022 06.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün, hər ay hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması və hər uşağın xx.xx.2020-ci il tarixdən onun himayəsində olduğuna görə, bu müddəti də əlavə edərək aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə faktiki olaraq 2008-ci il tarixdə ailə qurmuş və xx.xx.2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X8 və xx.xx.2014-cü il tarixdə X9 adlı iki uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmamış və nikahları pozulmuş, birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X8 onun himayəsində, xx.xx.2014-cü il tarixdə anadan olmuş X9 isə cavabdehin himayəsində saxlanılmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə anadan olmuş X9 onun himayəsinə verilmiş və hazırda hər iki uşaq onun himayəsindədir. Cavabdeh məhkəmədən sonra Türkiyəyə getmiş və bu müddət ərzində uşaqlarla heç bir əlaqəsi olmamış, uşaqlara maraqlanmamış və heç bir vasitə ilə əlaqə saxlamamışdır. Uşaqların normal yaşamaları və böyümələri üçün daima maddi və mənəvi qayğı zəruridir. O, avtomobillərin yuyulması servisində xidmət göstərir və onun qazandığı pulla uşaqlarının arzuolunan səviyyədə böyütmək mümkün deyildir, uşaqların saxlanması üçün alimentə çox ehtiyacı vardır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Rzayeva (Allahverdiyeva) Aynur Rəfayıl qızının nikahları 30 mart 2018-ci il tarixdə 67 nömrəli akt qeydi ilə pozulmuşdur. xx.xx.2016-cı il tarixdə Gəncə ASAN xidmət Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X3 birgə nikahlarından 10 sentyabr 2014cü il tarixdə X9 anadan olmuşdur. xx.xx.2015-ci il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X3 birgə nikahlarından 17 fevral 2009-cu il tarixdə X8 anadan olmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-6710/2017 nömrəli qətnaməsindən görünür ki, X7 ilə cavabdeh İddiaçı arasında 26 noyabr 2014-cü il tarixdə Gəncə ASAN xidmət mərkəzində 2576 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından 17 fevral 2009-cu il tarixdə anadan olmuş Allahverdiyeva (Rzayeva) Günay Vüsal qızı atası İddiaçı və 10 sentyabr 2014-cü il tarixdə anadan olmuş X9 anası Rzayeva (Allahverdiyeva) Aynur Rəfayıl qızının yanında saxlanılması qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-1684/2020 nömrəli qətnaməsindən görünür ki, 10 sentyabr 2014-cü il tarixdə anadan olmuş X6 atası İddiaçı yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə iddia tələbinin hər uşağın xx.xx.2020-ci il tarixdən onun himayəsində olduğuna görə, bu müddəti də əlavə edərək aliment tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia tələbi qimsən təmin edilməli, Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il arixdə anadan olmuş X1 üçün, hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il arixdə anadan olmuş X1 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-2621/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2621/2022
06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver