Məhkəmə qərarları › İş №2(125)-263/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-263/2025

15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-263/2025 15.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus olan 1 ədəd 2 nəfərlik yataq çarpayısı, 1 ədəd divan və kreslo üçün üzlük, 1 ədəd böyük xalça, 1 ədəd kiçik xalça, 1 ədəd döşək, 2 ədəd yorğan, 4 ədəd yastıq, 1 ədəd tv altı, 6 ədəd stul, 18 ədəd cürbəcür rumka, 4 ədəd qazan, 1 ədəd çaynik, 48 ədəd boşqab(dolma, halva, göy, dərin), 1 ədəd pastel dəsti, 2 ədəd süfrə, 1 ədəd güldan, 1 ədəd su qabı, 1 ədəd qalın adyal, 1 ədəd nazik adyal, 1 ədəd uşaq sandığı, 6 ədəd yastı rumka, 6 ədəd başı zərli rumka, 12 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı, 12 ədəd çəngəl, 2 ədəd qənd qabı, 6 ədəd orta ölçülü rumka, 2 ədəd hamam məhrəbası, 2 ədəd əİ-üz məhrəbası, 1 ədəd dörd gözlü qaz pilitəsi, 1 ədəd aspirator, 1 ədəd paltaryuyanmaşın, 1 ədəd Göy rəngli fincan dəsti (6 ədədli), 6 ədəd stəkan, 6 ədəd nəlbəki, 4 ədəd bıçaq, 1 ədəd tozsoran, 1 ədəd ütü, 1 ədəd vedrə, 6 ədəd dovğa kasası, 6 ədəd kapron çömçə, 1 ədəd böyük çömçə, 1 ədəd dəm çaynikinin İddiaçı məxsus ünvan 1 ünvanından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X3 Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuş və ailə qurduqdan sonra cavabdehlə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yaşamağa başlamışlar. Cavabdeh cehiz əşyalarını həmin evə gətirmişdir. Cavabdehlə ailə qurduqdan sonra mehriban yaşamışlar. Lakin, sonradan aralarında olan narazılıqların sonunda oğlu ilə boşanmaq qərarına gəlmiş və ayrılmışlar. Hazırda cavabdeh ayrılmaq qərarına gəlmiş olsa da, ona məxsus evdə yaşayır. Ona görə də bir mülkiyyətçi kimi cavabdehin ona məxsus evdən çıxmasını istəyir. Cavabdeh məxsus olan cehiz əşyaları da onun evindədir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, yaşadıqları ev yeni tikilidir. O, həmin evə gəlin köçmüşdür. Evin tavanını, təmirini, mətbəxini, hamamını gəlin gələndən sonra tikmiş və təmir etmişlər. Yəni həmin evdə onun da əməyi çoxdur. Bu gün də evin yaşanılası olması üçün əlindən gələni edir. 16 ildir o evdə gəlindir. Qeyd etdiklərini uşaqları, anası, qardaşı, qonşuları da təsdiq edə bilər. Evi təmir edənlərdən biri qaynanasının bibisi oğlanları Həsənəli və Muraz adlı şəxslərdir. Son dəfə evin çardağını dəyişdirməyə görə pulu onlara o, öz əli ilə vermişdir. Məhlədə qab-qaşıq yumaq üçün moydadırı o, düzəltdirmişdir. Evin və aynabəndin yenidən təmirini də o etdirmişdir. Döşəmə və qapıların da təmiri onun dövründə olmuşdur. Onu da demişdir ki, evin pəncərələrini son 3-4 ildə təmir etdirmişlər. Evin qabağını talvar etdirərək, yaşayış otaqlarını təmir etdirmiş, hamamın metlak-kafelini döşətdirmişdir. Mətbəx mebelini keçən ili yığdırmışlar. Evə televizor, çörək bişirən, mikrosoba, soyuducunu birlikdə almışlar. Qapı və pəncərələrin pərdələrini yeni təzələmişlər. Onu da qeyd etmişdir ki, uşaqlarının üçü də həmin evdə doğulub, biri də uşaqlıqdan əlildir. Atası vəfat edib, anasının da yanında yaşamağa şərait yoxdur. O, üç uşaqla harada yaşaya bilər, özü də bilmir. Əşyalarını yerləşdirməyə ev yoxdur. Ona görə də iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş, iddianın rədd edilməsi barədə olan etirazın dəlillərinə uyğun olan izahat vermiş, həmçinin qeyd etmişdir ki, onun ailəsinin bərpa edilməsi mümkün deyildir, buna görə də boşanmaq barədə qərara gəlmişdir, iddiaçı ilə bir evdə yaşamaq da onun üçün çətindir. Ailə münasibətlərinin pozulması səbəbindən onun anası artıq iki ildir ki, onun yaşadığı bu evə gəlmir. Özünün də mövqeyi belədir ki, rahat yaşamaq üçün bu evdən köçüb başqa yerdə yaşamalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Qərb küçəsi 69A saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan, nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 xx.xx.2011-ci ildə X3 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, nikahdan sonra ona Məmmədova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmədə tərəflərin izahatları və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən edild ki, Cavabdeh xx.xx.2011-ci ildə iddiaçının oğlu X3 ilə rəsmi nikah bağlamışlar. Onların birgə nikahlarından üç övladları olmuşdur. Cavabdeh evlənərkən iddiaçının istifadəsində olan mübahisəli evə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yığmışdır. İddiaçının oğlu X3 ilə Cavabdeh arasında olan ailə münasibətləri pozulduğundan onlar faktiki olaraq ayrılmışlar və rəsmi nikahın pozulması üçün məhkəməyə müraciət etmişlər. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin özünün və ona məxsus olan əşyalarının mülkiyyətində olan evdən çıxarılması barədə iddia qaldırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyəçisi kimi hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisənin düzgün həlli üçün hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə 2009-cu ildə köçsə də, iddiaçının oğlu ilə 2011-ci ildə rəsmi nikaha daxil olduğundan həmin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi müvafiq olaraq tətbiq edilməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə köçən vaxt həmin mənzil iddiaçının qanuni istifadəsində olmuş, cavabdehlə iddiaçının oğlu rəsmi nikaha daxil olmaqla evlənmişlər, bir müddət birgə ailə şəraitində yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Hazırda isə tərəflər arasında ailə münasibətləri pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehin iddiaçının ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan arvad “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin ərin əmək qabiliyyəti olan arvadı saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi olan qaynanası (iddiaçı) ilə birlikdə sonuncunun mülkiyyətində olan evdən onun ailə üzvü kimi istifadə etmək hüququ mövcud deyildir və iddiaçı cavabdehi mənzillə təmin etmək öhdəliyi daşımır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının mülkiyyətində olan evin yaşayış sahəsinin tərkib hissəsindən onunla bərabər istifadə etmək hüququ olmadığından, onun cehiz əşyalarının mübahisəli evdə qalması iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından pozulmasına səbəb olur. Məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya məxsus evin yaşayış sahəsindən istifadə etmək hüququna malik olmadığı müəyyən edildiyindən, iddiaçının cavabdehə qarşı iddiası tam təmin edilməli, Cavabdeh və ona (cavabdehə) məxsus 1 ədəd 2 nəfərlik yataq çarpayısı, 1 ədəd divan və kreslo üçün üzlük, 1 ədəd böyük xalça, 1 ədəd kiçik xalça, 1 ədəd döşək, 2 ədəd yorğan, 4 ədəd yastıq, 1 ədəd tv altı, 6 ədəd stul, 18 ədəd cürbəcür rumka, 4 ədəd qazan, 1 ədəd çaynik, 48 ədəd boşqab(dolma, halva, göy, dərin), 1 ədəd pastel dəsti, 2 ədəd süfrə, 1 ədəd güldan, 1 ədəd su qabı, 1 ədəd qalın adyal, 1 ədəd nazik adyal, 1 ədəd uşaq sandığı, 6 ədəd yastı rumka, 6 ədəd başı zərli rumka, 12 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı, 12 ədəd çəngəl, 2 ədəd qənd qabı, 6 ədəd orta ölçülü rumka, 2 ədəd hamam məhrəbası, 2 ədəd əİ-üz məhrəbası, 1 ədəd dörd gözlü qaz pilitəsi, 1 ədəd aspirator, 1 ədəd paltaryuyanmaşın, 1 ədəd Göy rəngli fincan dəsti (6 ədədli), 6 ədəd stəkan, 6 ədəd nəlbəki, 4 ədəd bıçaq, 1 ədəd tozsoran, 1 ədəd ütü, 1 ədəd vedrə, 6 ədəd dovğa kasası, 6 ədəd kapron çömçə, 1 ədəd böyük çömçə, 1 ədəd dəm çaynikindən ibarət cehiz əşyaları iddiaçının qanuni istifadəsində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh və ona məxsus olan 1 ədəd 2 nəfərlik yataq çarpayısı, 1 ədəd divan və kreslo üçün üzlük, 1 ədəd böyük xalça, 1 ədəd kiçik xalça, 1 ədəd döşək, 2 ədəd yorğan, 4 ədəd yastıq, 1 ədəd tv altı, 6 ədəd stul, 18 ədəd cürbəcür rumka, 4 ədəd qazan, 1 ədəd çaynik, 48 ədəd boşqab(dolma, halva, göy, dərin), 1 ədəd pastel dəsti, 2 ədəd süfrə, 1 ədəd güldan, 1 ədəd su qabı, 1 ədəd qalın adyal, 1 ədəd nazik adyal, 1 ədəd uşaq sandığı, 6 ədəd yastı rumka, 6 ədəd başı zərli rumka, 12 ədəd çay qaşığı, 12 ədəd xörək qaşığı, 12 ədəd çəngəl, 2 ədəd qənd qabı, 6 ədəd orta ölçülü rumka, 2 ədəd hamam məhrəbası, 2 ədəd əİ-üz məhrəbası, 1 ədəd dörd gözlü qaz pilitəsi, 1 ədəd aspirator, 1 ədəd paltaryuyanmaşın, 1 ədəd Göy rəngli fincan dəsti (6 ədədli), 6 ədəd stəkan, 6 ədəd nəlbəki, 4 ədəd bıçaq, 1 ədəd tozsoran, 1 ədəd ütü, 1 ədəd vedrə, 6 ədəd dovğa kasası, 6 ədəd kapron çömçə, 1 ədəd böyük çömçə, 1 ədəd dəm çaynikindən ibarət cehiz əşyaları İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar