Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2743/2025 11.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 246 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminə verilmiş sorğu nəticəsində əldə edilmiş məlumatın nəticəsi olaraq, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3475/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, X4 və Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilmişdir: «Birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat olmaqla, 2024-cü ilin mart ayından başlayaraq hər ayın 1-dən 5-ə kimi olan tarixdə ata Cavabdeh tərəfindən ana X1 adına olan bank kartı hesabına ödənilməsinə dair tərəflər qarşılıqlı razılaşma əldə etdilər». Hazırkı iş üzrə iddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulmasını xahiş etmişdir. Lakin daha əvvəl məhkəmə qətnaməsi ilə, mediasiya prosesində bağlanılmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilmişdir. Belə olan halda, eyni tərəflər arasında eyni əsaslarla eyni predmetə dair çıxarılmış qətnamə olduğundan, hazırkı iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2743/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2743/2025
11.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver