Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2745/2025 05.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı ştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X1 birgə nikahından 08 noyabr 2006-cı il tarixdə X6, 22 oktyabr 2007-ci il tarixdə X3, 16 avqust 2014-cü il tarixdə X4 adında üç uşaq anadan olmuşdur. İş materiallarında olan, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(043)-1536/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, 08 noyabr 2006-cı il tarixdə doğulmuş X6, 22 oktyabr 2007-ci il tarixdə doğulmuş X3 və 16 avqust 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05 aprel 2021-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının(başqa gəlirlərinin)1/2 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan, Gəncə Şəhər Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2(125)-2680/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, 08 noyabr 2006-cı il tarixdə doğulmuş X6, 22 oktyabr 2007-ci il tarixdə doğulmuş X3 və 16 avqust 2014-cü il tarixdə doğulmuş X2 anaları İddiaçı yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3 uşağın saxlanması üçün müəyyən edilən bütün gəlirlərin ½ hissəsi həcmində alimentin sabit pul məbləğində alimentlə əvəzlənməsinə, hər uşaq üçün minimum əmək haqqı məbləğinin 0,85 misli miqdarında alimentin mediasiyada iştirak üçün təklif məktubunun göndərildiyi xx.xx.2025-ci il tarixdən tutulmasına, uşaqların təhsil haqqının yarısının Cavabdeh alınıb ona verilməsinə və 55 manat ödənilmiş mediasiya xərcinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahdan üç övladı anadan olmuşdur. Cavabdeh ilə ayrılmışlar. Uşaqlar onun himayəsində qalmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(043)-1536/2021 nömrəli qətnaməsinə əsasən 08 noyabr 2006-cı il tarixdə doğulmuş X6, 22 oktyabr 2007-ci il tarixdə doğulmuş X3 və 16 avqust 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05 aprel 2021-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının(başqa gəlirlərinin)1/2 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi qət edilən zaman cavabdeh hərbçi olmuşdur. Hazırda təqaüddədir. Lakin bundan başqa, fərdi əməklə də məşğuldur. Bir müddət BazarStore-də işləmiş, bunu icra məmuru bilən kimi uşaqların saxlanması üçün aliment verməmək üçün işdən çıxmışdır. Hazırda Bakı şəhərində kafe işlədir. Vergi orqanında qeydiyyata düşməkdən və hər hansısa bir əmək müqaviləli işdə işləməkdən imtina edir ki, uşaqları üçün aliment verməsin. Və ya təqaüd hesabına, qazancından qat-qat aşağı həcmdə aliment versin. Hazırda birgə nikahdan doğulmuş uşaqlarından ikisi tələbədir. X12 “Azərbaycan” Universitetinin “Dövlət və İctimai münasibətlər” fakültəsində, qızı X10 Dövlət Univesitetinin “tarix” fakültəsində ödənişli əsaslarla təhsil alırlar. Oğlu üçün 3000 manat, qızı üçün 2000 manat təhsil haqqı ödəyir. Üstəlik, oğlu Bakı şəhərində qalır, onun üçün kirayə ev tutmuşdur, ayda 270 manat kirayə pulu verir. Onun orada qalması sanki iki evə baxmaq kimidir. Hər gün oğlu nəqliyyata, yeməyə 15 manat pul xərcləyir. Hazırda cavabdeh cəmi 3 uşağa 228 manat aliment ödəməklə öz valideynlik vəzifəsini icra etmiş hesab edir. O, bu məbləğdə alimentlə uşaqlarını saxlaya bilmir. Hesab edir ki, cavabdeh uşaqların təhsili ilə əlaqədar əlavə xərcə cəlb edilməlidir. Tərəflərin izahatları; Məhkəmədə iddiaçı X5 iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iştirak etmiş, ona qarşı irəli sürülən iddianı qismən etiraf edərək, hər uşağa hər ay yaşayəş minimumu həddində aliment təyin edilməsinə etirazının olmadığını, ancaq uşaqların təhsil haqqını ödəmək üçan maddi imkanının olmadığını bildirmiş, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(043)-1536/2021 nömrəli qətnaməsi ilə müəyyən edilən alimentin ödəniş qaydası dəyişdirilməli, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlayaraq 22 oktyabr 2007-ci il tarixdə doğulmuş X3 və 16 avqust 2014-cü il tarixdə doğulmuş X4 adında yetkinlik yaşına çatmayan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə 248 (iki yüz qırx səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manat məbləğində müəyyən edilməsini, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılmaları üçün cavabdehdən tutulmalı olan aylıq alimentin məbləği hər ay hər bir uşaq üçün 248 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarına əlavə edilmiş, “8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, 246 manat məbləği 400 manat məbləğinin (yuvarlaqlaşdırılmış) 0,62 mislini (yəni, 248 manat)təşkil edir. İddiaçı ərizəsində Cavabdeh 3 uşağın saxlanması üçün müəyyən edilən bütün gəlirlərin ½ hissəsi həcmində alimentin sabit pul məbləğində alimentlə əvəzlənərək, hər uşaq üçün minimum əmək haqqı məbləğinin 0,85 misli miqdarında alimentin tutulmasını xahiş etsə də, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlardan 08 noyabr 2006-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatmışdır. 22 oktyabr 2007-ci il tarixdə doğulmuş X3 və 16 avqust 2014-cü il tarixdə doğulmuş X2 isə yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə minimum əmək haqqı məbləğinin 0,85 misli miqdarında alimenti ödəməyə cavabdehin maddi imkanının olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Аilə Məcəlləsinin 78-ci maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, alimentin iddiaçının tələbinə uyğun olaraq sabit pul məbləğində tutulmalı olmasını, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə hazırda 248 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddia alimentin sabit pul məbləğində tutulması barədə, yəni alimentin müəyyən edilən məbləğinin dəyişdirilməsi barədə deyil, məhz yeni qaydada tutulması barədə qaldırıldığından, alimentin tutulmasının başlanması da iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır. İddianın valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbi hissəsini məhkəmə əsaslı saymır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsindən bəhs edən 81-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göründüyü kimi, həmin qanun normasında uşaqdan ayrı yaşayan valideynin yetkinlik yaşına çatmış və təhsil alan övladına görə, əlavə xərclərə cəlb edilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 yanvar 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qərara gəlir ki, iddia valideynin uşağa görə əlavə xərclərə cəlb edilməsi tələbi hissəsində rədd edilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (248 manat x 2 x 12 ay)=5952 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu 59.52 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 49.76 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən ilkin mediasiya sessiyasına çəkdiyi xərcin və ödədiyi dövlət rüsumunun əvəzini tələb etməmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(043)-1536/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin ödəniş qaydası dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 22 oktyabr 2007-ci il tarixdə doğulmuş X3 və 16 avqust 2014-cü il tarixdə doğulmuş X4 adında yetkinlik yaşına çatmayan hər bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşağa görə minimum əmək haqqı məbləğinin 0,62 mislinə uyğun sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması iddia ərizəsinin məhkəməyə verildiyi 07 aprel 2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 59.52 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-2745/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2745/2025
05.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver