Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2812/2022 26.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün hər ay 193 manat, övladına qulluğa görə isə 100 manat miqdarında, ümumilikdə 293 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olmuş və onların faktiki nikahlarından xx.xx.2020-ci il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. O, hal-hazırda övladına tək baxır. Cavabdeh uşağın maddi ehtiyacları ilə maraqlanmamış və o, uşağın maddi ehtiyaclarını təkbaşına ödəməkdə çətinlik çəkir. xx.xx.2020-ci il tarixdə X2 3 yaşı tamam olmamışdır. Cavabdehin isə hər ay övladına qulluğa görə əlavə 100 manat ödəməyə də maddi imkanı vardır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi, vəkil X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçı ilə faktiki nikaha daxil olaraq ailə qurmuş və onların birgə faktiki nikahlarından xx.xx.2020-ci il tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. Onların birgə yaşamaları mümkün olmamış və ayrılmışlar. Birgə nikahlarından olan övladı iddiaçının himayəsindədir. O, hər ay 170 manat məbləğində aliment ödəməyə razıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X4 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, iddia tələbinin, iddiaçının övladına qulluğa görə isə hər ay 100 (yüz) manat miqdarında əlavə alimentin onun xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-2812/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2812/2022
26.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver