Məhkəmə qərarları › İş №2(125)-2856/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2856/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2856/2024 06.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Gəncə şəhəri 2 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və evin yüklülükdən azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Gəncə şəhəri 2 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Cavabdeh2ASC-nin Gəncə filialı ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli 45/7 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Gəncə şəhəri, Kəpəz rayonu, Əhməd Cəmil küçəsi, ev 77 ünvanında yerləşən evin yüklülükdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev X25 paylı mülkiyyət hüququ əsasında mərhum X11 tərəfindən xx.xx.2008-ci il tarixdə «Kapital bank” ASC-nin Gəncə Filialının müdiri X23 ilə, bir tərəfdən də borc alan "xxxx" X8 MMC-nin direktoru X7 arasında Gəncə şəhəri 2 saylı DNK-da 45/7 saylı ipoteka müqaviləsi bağlanmış, müqavilənin predmetinə əsasən bankla "xxxx" X8 MMC-nin direktoru X7 arasında Gəncə şəhərində bağlanılmış xx.xx.2008-ci il tarixli kredit xətli müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə, yəni verilmiş kreditin və hesablanmış faizlərin qaytarılmasının təminatı kimi onun əmlakı ipoteka ilə yüklü edilmişdir. Bankdan götürülmüş kredit vəsaiti əlbir olduğu şəxslərlə öz aralarında bölüşdürərək qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakı kimi mənim də evimi ipoteka qoyulması ilə əldə edilmiş pulu mənimsəmə yolu ilə talamışdır. Bu səbəbdən də Cavabdeh2 ASC-nin Gəncə filialının müdiri X23 və onunla əlbir olmuş digər şəxslər barəsində CM-nin 308.2-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi bu maddə ilə də yekunlaşmışdır. Mənim və digərlərinin evinin ipotekaya qoyulub 200000 manat məbləğində kreditin verilməsi görüntüsü yaradılmış, pul isə Cavabdeh2 ASC-nin Gəncə filialının rəhbəri və digər şəxslər tərəfindən mənimsənilmişdir. Ona görə də mərhum X11 tərəfindən xx.xx.2008-ci il tarixdə «Kapitalbank ASC-nin Gəncə Filialının müdiri X23 ilə, bir tərəfdən və borc alan "xxxx" X8 MMC-nin direktora X7 arasında Gəncə şəhəri 2 saylı DNK-da bağlanılmış 45/7 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdeh1na qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və evin yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. 04.12 2008-ci il tarixdə bizə məxsus ünvan 2 ünvanda yerləşən mülkə dair «Kapitalbank ASC-nin Gəncə Filialının nümayəndəsi ilə mərhum X11 tərəfindən xx.xx.2008-ci il tarixdə «Kapitalbank ASC-nin Gəncə Filialının müdiri X23 ilə arasında bağlanmış 45/7 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və evin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə və həmin iş üzrə 21 oktyabr 2014-cü il tarixli ittiham aktının surətindən görünür ki, "xxxx" ASC-nin Gəncə filialının müdiri X23 tərəfindən aldadılması ilə bağlı Azərbaycan Respublikası Prokurorluğu Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi X23 və onunla əlbir olmuş digər şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və yekunlaşmışdır. O və mərhum anası həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdır. Cavabdeh2 ASC məhkəməyə vəsatət ünvanlayaraq mülki iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin 08 fevral 2010-cu il tarixli, 2(044)-26/2010 saylı qətnaməsi ilə iddiaçı “Kapital Bank" ASC-nin cavabdehlər "xxxx" X8 MMC-nin direktoru X5, İddiaçı, X12, X1 və X15 qarşı 225 200 (iki yüz iyirmi beş min) manat məbləğində kredit borcunun ipoteka qoyulmuş, mülkiyyət hüququ X26 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Sədi küçəsində istifadədə olan 0.1247 hektar torpaq sahəsində yerləşən 5 mərtəbəli binanın 4-cü girişində 2-ci mərtəbəsində 4 otaqlı, 52 kv.m yaşayış sahəsindən ibarət 26 nömrəli fərdi yaşayış evinə, X9 və İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əhməd Cəmil küçəsində istifadədə olan 0.0302 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 32.8 kv.m yaşayış 32.6 kv.m köməkçi sahədən ibarət 77 nömrəli fərdi yaşayış evinə, X20 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsində istifadədə olan 0.0233 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60.1 kv.m yaşayış, 29.4 kv.m köməkçi sahədən ibarət 134 nömrəli fərdi yaşayış evinə, X10 məxsus, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 7-ci döngəistifadədə olan 0.0213 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 97.5 kv.m yaşayış, 209.4 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə və X16 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 4-cü döngədə istifadədə olan 0.047 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2otaqlı, 44.6 kv.m yaşayış, 46.5 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzillərdə qeydiyyatda olan şəxslərin yaşayış hüquqlarını itirməklə qeydiyyatlarının ləğv edilməsi, həmin mənzillərin açıq hərracdan satılması, satış üçün boşaldılması və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh "xxxx" X8 MMC-nin direktoru X3 tutulması barədə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə-iddiaçı X4 cavabdehlər 'Kapital Bank" ASC-yə, X24 və Gəncə şəhər 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər “Kapital Bank" ASC və "xxxx" X8 MMC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı notariat kontoruna və "xxxx" X8 MMC-yə ipoteka müqaviləsinin etıbarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X17, X13 və X14 cavabdehlər "xxxx" ASC və "xxxx" X8 MMC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair, qarşılıqlı iddia üzrə iddiaçı X18 cavabdehlər Cavabdeh2 ASC və “Zamin" X8 MMC-yə qarşı saxta yolla vətəndaşların mülkünü ələ keçirmək barədə qarşılıqlı iddialarının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 21 may 2010-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və ipoteka qoyulmuş mənzillərdə qeydiyyatda olan şəxslərin yaşayış hüquqlarının itirilməklə qeydiyyatlarının ləğv edilməsi və həmin mənzillərin boşaldılması hissəsində qətnamə ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin 08 sentyabr 2010-cu il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 21 may 2010-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Nizami Rayon Məhkəməsinin 2(044)-26/2010 saylı, 08 fevral 2010-cu il tarixli qətnaməsinə əsasən cavabdeh (ipoteka qoyan) X2 Ələsgər Abış oğlu, X7 və 2 saylı notariat kotoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-97/2023 saylı, 11 may 2023-cü il tarixli qərardadı ilə X2 Ələsgər Abış oğlu, X7 və 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan şikayət verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1747/2023 saylı, 04 iyul 2023-cü il tarixli qəradadı ilə şikayət təmin edilmədən qərardad dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı vəsatətə etiraz edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, cavabdeh ünvan 4 ünvanlayaraq məhkəmə iclaslarına onların iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdeh nümayəndəsinin iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Nizami Rayon Məhkəməsinin 08 fevral 2010-cu il tarixli, 2(044)-26/2010 saylı qətnaməsi ilə iddiaçı “Kapital Bank" ASC-nin cavabdehlər "xxxx" X8 MMC-nin direktoru X5, İddiaçı, X12, X1 və X15 qarşı 225 200 (iki yüz iyirmi beş min) manat məbləğində kredit borcunun ipoteka qoyulmuş, mülkiyyət hüququ X26 məxsus Gəncə şəhəri Kəpəz rayonu, Sədi küçəsində istifadədə olan 0.1247 hektar torpaq sahəsində yerləşən 5 mərtəbəli binanın 4-cü girişində 2-ci mərtəbəsində 4 otaqlı, 52 kv.m yaşayış sahəsindən ibarət 26 nömrəli fərdi yaşayış evinə, X9 və İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əhməd Cəmil küçəsində istifadədə olan 0.0302 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 32.8 kv.m yaşayış 32.6 kv.m köməkçi sahədən ibarət 77 nömrəli fərdi yaşayış evinə, X20 məxsus Gəncə şəhəri, Vəli Xuluflu küçəsində istifadədə olan 0.0233 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60.1 kv.m yaşayış, 29.4 kv.m köməkçi sahədən ibarət 134 nömrəli fərdi yaşayış evinə, X10 məxsus, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 7-ci döngə istifadədə olan 0.0213 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 97.5 kv.m yaşayış, 209.4 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə və X16 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi, 4-cü döngədə istifadədə olan 0.047 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2otaqlı, 44.6 kv.m yaşayış, 46.5 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzillərdə qeydiyyatda olan şəxslərin yaşayış hüquqlarını itirməklə qeydiyyatlarının ləğv edilməsi, həmin mənzillərin açıq hərracdan satılması, satış üçün boşaldılması və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh "xxxx" X8 MMCnin direktoru X3 tutulması barədə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə-iddiaçı X4 cavabdehlər 'Kapital Bank" ASC-yə, X24 və Gəncə şəhər 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər “Kapital Bank" ASC və "xxxx" X8 MMC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı notariat kontoruna və "xxxx" X8 MMC-yə ipoteka müqaviləsinin etıbarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X17, X13 və X14 cavabdehlər "xxxx" ASC və "xxxx" X8 MMC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair, qarşılıqlı iddia üzrə iddiaçı X18 cavabdehlər Cavabdeh2 ASC və “Zamin" X8 MMC-yə qarşı saxta yolla vətəndaşların mülkünü ələ keçirmək barədə qarşılıqlı iddialarının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 21 may 2010-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və ipoteka qoyulmuş mənzillərdə qeydiyyatda olan şəxslərin yaşayış hüquqlarının itirilməklə qeydiyyatlarının ləğv edilməsi və həmin mənzillərin boşaldılması hissəsində qətnamə ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin 08 sentyabr 2010-cu il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 21 may 2010-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Nizami Rayon Məhkəməsinin 2(044)-26/2010 saylı, 08 fevral 2010-cu il tarixli qətnaməsinə əsasən cavabdeh (ipoteka qoyan) X2 Ələsgər Abış oğlu, X7 və 2 saylı notariat kotoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-97/2023 saylı, 11 may 2023-cü il tarixli qərardadı ilə X2 Ələsgər Abış oğlu, X7 və 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan şikayət verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1747/2023 saylı, 04 iyul 2023-cü il tarixli qəradadı ilə şikayət təmin edilmədən qərardad dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmetə və eyni əsaslara dair mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Buna görə hazırık mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Gəncə şəhəri 2 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və evin yüklülükdən azad edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar