Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2860/2022 15.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi ilə təsdiq olunmuş barışıq sazişi əsasında müəyyən edilmiş alimentin məbləğinin azaıldılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 noyabr 2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 25 aprel 2022-ci il tarixli, MŞG/00742 saylı barışıq sazişi ilə tutulması müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, iddiaçıdan cavabdehin xeyrinə yetkinlik yaşına çatmayan, 24 sentyabr 2019cu il tarixdə anadan olmuş X2 üçün hər ay müəyyən olunmuş 300 manat sabit pul məbləğində alimentin miqdarını dəyişdirərək, hər ay 150 manat sabit pul məbləğində aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili R.F.Əliyev məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər 19 dekabr 2018-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində nikahlarını qeydə aldırmışlar. İddiaçı və Cavabdeh birgə nikahından 24 sentyabr 2019-cu il tarixdə X7 anadan olmuşdur və cavabdehlə yaşayır. Gəncə Şəhər Məhkəməsinin 2(125)- 416/2022 saylı qətnaməsi ilə tərəflərin aralarında olan nikahın pozulması qət edilmişdir. İddiaçı tərəfindən mediasiya müraciət edilmiş və 23 aprel 2022-ci il tarixdə Cavabdeh ilə barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən tərəflər X1 üçün 25 aprel 2022-ci il tarixdən başlayaraq hər ayın 25-30 tarixlərində 300 manat məbləğində alimentin ödənilməsində razılığa gəlmişlər. İddiaçının gəlirləri barışıq sazişinin bağlandığı vaxtla müqayisədə xeyli azaldığından, iddiaçı sazişlə müəyyən edilmiş öhdəliyin icrasında çətinlik yaranmışdır. Bu səbəbdən cavabdeh barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və ərizənin təmin edilməsinə dair 2(125)- 2384/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Barışıq sazişi imzalanan vaxtda İddiaçı əmək haqqı yüksək olsa da 19 iyul 2022-ci il tarixdən azalmışdır və o alimentin ödənilməsində çətinlik çəkməyə başlamışdır. Bundan başqa, onun himayəsində birinci nikahından 01 mart 2004-cü il təvəllüdlü X8 və 20 may 2008-ci il təvəllüdlü X5 vardır. İlk ailəsindən olan uşaqlarının anası vəfat etmişdir və uşaqların bütün maddi xərcləri iddiaçının öhdəliyindədir. Həmçinin İddiaçı birinci nikahından anadan olan X8 ilə 18 mart 2022-ci il tarixdə barışıq sazişi imzalamışdır və sazişə əsasən oğlu ali təhsili, həmçinin maqistr pilləsini bitirənədək 2022-ci ilin aprel ayından başlayaraq hər ayın 01-10 dək 300 manat sabit pul məbləğində alimentin ödənilməsini və 2022-ci ildən başlayaraq ildə bir dəfə universitetin yataqxana xərclərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Buna görə də X1 üçün müəyyən edilmiş aliment miqdarının azaldılmasında zərurət yaranmışdır. Sonda R.F.Əliyev iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, İddiaçı öz iddia ərizəsini onunla əsaslandırmışdır onun əməkhaqqısı 19 iyul 2022-ci il tarixdən azaldılmışdır. Eləcə də iddiaçı onun himayəsində 01 mart 2004-cü il təvəllüdlü Bayramov Ayxan oğlu və 20 may 2008-ci il təvəllüdlü X5 adlı 2 azyaşlı uşağının olduğunu qeyd etmiş və uşaqlarının bütün maddi xərclərinin onun öhdəsində olduğunu bildirmişdir. Lakin, 01 mart 2004-cü il təvəllüdlü Bayramov Ayxan oğlu artıq 01 mart 2022-ci il tarixdən yetkinlik yaşına çatmışdır, eləcə də Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada X6 təşkil etdiyi imtahandan uğur qazanaraq, ali məktəbə qəbul olunmamışdır. O, X7 ilə birlikdə kirayə tutduğu evdə yaşayır və heç bir yerdə işləmir. İddiaçı isə atası ilə birgə özlərinə məxsus 5 otaqlı mənzildə yaşayır, atasının yüksək məbləğdə təqaüd alması ailə büdcəsinə öz təsirini göstərir və onların rəsmi və qeyri-rəsmi gəlirləri mövcuddur. Sonda Cavabdeh İddiaçı əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının vəkilini və cvabadehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan 09 sentyabr 2022-ci il tarixli 05/Q-1715/70 nömrəli arayışdan görünür ki, X7 24 sentyabr 2019-cu il tarixdə anadan olmuşdur. Həmin uşağın atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(125)-416/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah pozulmuşdur. İşdə olan 25 aprel 2022-ci il tarixli, MŞG/00742 saylı barışıq sazişinin surətindən görünür ki, 24 sentyabr 2019-cu il tarixdə anadan olmuş X1 üçün 25 aprel 2022-ci il tarixdən başlayaraq hər ayın 25-30 tarixlərində 300 manat məbləğində alimentin ödənilməsini İddiaçı öz üzərinə götürmüşdür. İş materiallarında olan 18 mart 2022-ci il tarixli, MŞİH/16192 saylı barışıq sazişinin surətindən görünür ki, X8 ali təhsili və həmçinin maqistr pilləsini bitirənədək 2022-ci ilin aprel ayından başlayaraq hər ayın 01-10-dək 300 (üç yüz) manat sabit pul məbləğində alimentin ödənilməsini və 2022-ci ildən başlayaraq ildə bir dəfə universitetin yataqxana xərclərinin ödənilməsini İddiaçı öz öhdəsinə götürmüşdür. İşdə olan Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(125)- 2384/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 25 aprel 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 18 iyul 2022-ci il tarixli, 72029ş/h-001-22 nömrəli əmrindən görünür ki, polis kapitanı İddiaçı 19 iyul 2022-ci il tarixdən Gəncə şəhər BPİ-nin Post-patrul xidməti taborunun komandir müavini-Qərargah rəisi vəzifəsindən azad edilərək, həmin Baş İdarənin İctimai təhlükəsizlik idarəsinin Postpatrul xidmətinin təşkili qrupunun inspektoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2022-ci il tarixli, 120-33994-122 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Post Patrul Xidmətinin təşkili qrupunun inspektoru, polis kapitanı İddiaçı aylıq əmək haqqı 941 manat 35 qəpik, vergilər çıxıldıqdan sonra 846 manat 70 qəpik təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi əvvəlki nikahından doğulmuş digər övladınlarından birinin ali təhsil xərclərinin ödənilməsinə dair mediasiya prosesində barışıq sazişi bağlamasına və digər övladının isə onun himayəsində yaşamasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hallar iddianın tam təmin edilməsi üçün əsas deyildir. Belə ki, iddia tələbinin əsası kimi iddiaçının göstərdiyi qeyd olunan xüsusatlar onun Cavabdeh ilə birgə nikahdan doğulmuş uşağın maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Bundan başqa, «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşağın mənafeyini nəzarə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(125)-2384/2022 saylı qətnaməsi ilə təsdiq edilmiş 25 aprel 2022-ci il tarixli, MŞG/00742 saylı barışıq sazişinə əsasən tutulması müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, iddiaçıdan cavabdehin xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış və Gəncə Şəhər Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(125)-2384/2022 saylı qətnaməsi ilə təsdiq edilmiş 25 aprel 2022-ci il tarixli MŞG/00742 nömrəli barışıq sazişinə əsasən tutulması müəyyən olunan alimentin miqdarı dəyişdirilsin. İddiaçı 24 sentyabr 2019-cü il tarixdə anadan olmuş X2 üçün hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında Cavabdeh xeyrinə aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2860/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2860/2022
15.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver