Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2889/2022 03.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı bağılama müqaviləsinin ləğv edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı bağılama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli dəyişmə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı ilk olaraq digər tərəfə müraciət etməli və digər tərəfin imtinasını aldıqdan sonra, və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda məhkəmədə iddia qaldırmalı olduğu halda, dəyişmə müqaviləsi üzrə digər tərəfə müraciət etmədən birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasənmüqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən ərizədə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizamasalınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən, İddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün müqavilə üzrə digər tərəfə müraciət etməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh qarşı dəyişmə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev İş №–2(076)–2430/2019 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Şəmkir Rayon Məhkəməsi 14 iyun 2019-cu ildə Şəmkir şəhərində X6 Əli oğlunun sədrliyi, Məmmədov Oruc Qalib oğlunun katibliyi ilə İddiaçı X2 cavabdehlər X3 və X1 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun araşdırılmasına açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası 15:50 dəqiqədə açılır. Sədrlik edən məhkəmə iclasını açır və iddia ərizəsini oxuyub elan edir. Bundan sonra sədrlik edən ərizəyə əlavə edilmiş sənədləri oxuyub təhlil edir, ərizənin prosessual qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilib–edilməməsi ilə məhkəməyə verilməsi məsələsini müzakirə edir. Sədrlik edən müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır və qərardadı elan edir, qərardaddan şikayət vermə qaydasını və müddətini izah edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Protokol 14 iyun 2019-cu il tarixdə tərtib edildi. Sədrlik edən: Məhkəmə iclasının katibi: X4 ünvan: Şəmkir şəhəri 107 nömrəli X9 X5 2(076)–2430/2019 ıfndg 14 iyun 2019-cu şd efkşçdş yükfkvfvgtf üıfıüt şvvşf ükşəüış mü htf üdfmü hdqtğqj ıütüvdük ışəü pukş yfnefkgdgk. Yhjğf: Yükfkvfv mü ıütüvdük süğş müküyü X5 rflşğş: Ğqıefaf Ğqıefafnum X4 ünvan: Şəmkir şəhəri 107 nömrəli X9 X5 2(076)–2430/2019 ıfndg 14 iyun 2019-cu şd efkşçdş yükfkvfvgtf üıfıüt şvvşf ükşəüış mü htf üdfmü hdqtğqj ıütüvdük ışəü pukş yfnefkgdgk. Yhjğf: Yükfkvfv mü ıütüvdük süğş müküyü X5 rflşğş: Ğqıefaf Ğqıefafnum
Məhkəmə qərarları › İş №2(125)-2889/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2889/2022
03.11.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver