Məhkəmə qərarları › İş №2(125)-3022/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3022/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3022/2024 24.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı aliment borcunun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan tutulmalı olan aliment məbləğinin xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixə kimi olan hissəsinə dair, yəni 3 il 3 ay müddətinə yığılan 4680 manat məbləğində borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 6370 manat aliment borcunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə evliliklərindən xx.xx.2015-ci il təvəllüdlü X7 adlı 1 övladları anadan olmuşdur. Cavabdehlə evləndikdən sonra xeyli müddət birlikdə xoşbəxt yaşamışdırlar. Evli olduqları müddətdə dəfələrlə aralarında narazılıqlar olmuş və ayrılmışdırlar. Sonradan cavabdeh aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün ondan hər ay 120 manat məbləğində aliment tutulması qət edilmişdir. xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixə kimi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yerləşən Bakı İstintaq Təcridxanasında cəza çəkmişdir və həmin müddət ərzində vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən X2nə etap olunmuş və həmin müəssisədə müalicə olunmuşdur. 3 il 3 ay müddətində həbsdən azad olunduqdan sonra isə Gəncə şəhərində yerləşən vərəm dispanserinə qeydiyyata düşmüş və hər ay orada müalicə olunmuşdur. Məhz bu səbəblərdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun çıxış edib əlavə olaraq göstərdi ki, oğlu İddiaçı oğurluq üstündə tutulub həbs edilmişdir. Xəstədir, hal-hazırda da Bakıda müalicə alır. Heç yerdə işləmir. Cavabdeh uşağı ilə görüşməsinə belə şərait yaratmır. İlkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2018-ci ildə məhkəməyə müraciət etməsi nəticəsində cavabdehdən aliment tutulması qət edilmişdir. Ancaq 6 il müddətində cavabdeh aliment borcunu ödəməmiş, 2024-cü ilin aprel ayında cəmi 2030 manat ödəniş etmişdir. Cavabdehin xəstə olması onu uşağın saxlanılması üçün aliment ödəməkdən azad etməməlidir. Az-azda olsa aliment borcunu ödəməsinə razıdır. Uşağın saxlanılmasında maddi baxımdan çətinlik çəkir, özü heç yerdə işləmir. Qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İV 485933 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə Məryəm adlı uşaqları anadan olmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(045)-49/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2015-ci il təvəllüdlü X3 anası X4 yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 120 manat məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən Goranboy rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü həbs edilmiş şəxs İddiaçı hazırda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən Goranboy rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, həbs edilmiş şəxs xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən X1 saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 92 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli Bakı ACM-nin hökmü ilə ARCM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən 03 il 09 ay müddətinə azadlıqdan məhrum edilmiş, İMM-də xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək cəza müddətini çəkmiş, və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vərəmli Pasiyentin X5 surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gəncə şəhəri Z.Məmmədov adına Birləşmiş Xəstəxananın vərəm şöbəsində sol ağ ciyərin fibroz kavernoz vərəmi diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2024-cü il tarixli, MŞG/1-00693 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdə, saat 10:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya xidmətinin göstərilməsinə görə 55(əlli beş) manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli, MŞG/1-01162 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə, saat 12:20-də keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiya xərci qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(045)-49/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay 120 manat aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. İlkin iddia üzrə İddiaçı həbs olunduğunu, eləcə də həbsdə olduğu müddətdə vərəm xəstəliyindən əziyyət çəkdiyini, həbsdən azad olunduqdan sonra da hazırki vaxta kimi müalicə aldığını və işsiz olduğunu əsas gətirərək 3 il 3 ay müddətinə yığılan 4680 manat aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə ilkin iddia tələbini qəbul etməyib, 2018-ci ildən başlayaraq 6 il müddətində cavabdehin aliment borcunu ödəmədiyini, yalnız 2024-cü ilin aprel ayında cəmi 2030 manat ödəniş etdiyini, cavabdehin xəstə olmasının onu uşağın saxlanılması üçün aliment ödəməkdən azad etmədiyini və uşağın saxlanılmasında maddi baxımdan çətinlik çəkdiyini əsas gətirərək ödənilməmiş 6370 manat aliment borcunun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırıb hüquq normaları baxımından qiymət verərək hesab edir ki, hər iki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Aliment üzrə borcları ödəməkdən azad edilmədən bəhs edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsindən əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi qanunvericilik aliment ödəməli şəxsin alimenti ödəməkdən azad edilməsinə o halda yol verir ki, aliment borcu şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəlsin və ailə və maddi vəziyyəti bu borcları ödəməyə imkan verməsin. Lakin iddiaçı cəzaçəkmə və müalicə müəssisəsində olduğu müddətdə yaranmış aliment borcunu ödəməkdən azad edilməsini tələb etsə də, ailə vəziyyəti və maddi imkanının olmaması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Bununla yanaşı qanunvericilik aliment borcunun ödənilməsindən azad etməni aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəlməsi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsinin müəyyən edilməsi ilə şərtləndirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi 6370 manat pul məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentlə bağlı yaranmış borc olmaqla, qətnamənin icrası qaydasında həll olunan məsələ olduğundan qarşılıqlı iddia tələbi də əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilkin iddia üzrə ödənilmiş 50 manat dövlət rüsümü ilkin iddiaçıya aid edilməli və ilkin iddia üzrə ödənilməmiş 16,8 manat dövlət rüsumu ilkin İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia üzrə ödənilməmiş 83,7 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Hər iki iddia tələbi əsassız olduğundan təmin olunmasın. İlkin iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu ilkin iddiaçıya aid edilsin və ilkin iddia üzrə ödənilməmiş 16,8 manat dövlət rüsumu ilkin İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin, qarşılıqlı iddia üzrə ödənilməmiş 83,7 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar