Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3033/2025 23.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,9 misli sabit pul məbləğində alimentin və ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında «aliment və əlavə xərclərin ödənilməsi tələbi»nə dair mübahisəyə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4910/2024 nömrəli qətnaməsi olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4910/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərclərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməmiş və bununla da həmin mübahisəyə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4910/2024 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6282/2024 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərclərin ödənilməsi» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-2464/2024 nömrəli qərardadından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-6282/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yeni iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3033/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3033/2025
23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver