Məhkəmə qərarları › İş №2(125)-3076/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3076/2025

25.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3076/2025 25.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbi barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər ümumi övlaları xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının dəyişdirilərək minimum əmək haqqının 0.3 misli həddində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-136/2025 nömrəli qərardadına əsasən, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(044)-964/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş; xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.53 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İddiaçı mahiyyət etibarilə birgə nikahdan doğulmuş Nərminin yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.53 misli həddindən minimum əmək haqqının 0.3 misli həddinədək azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə, 2025-ci ilin yanvar ayının birindən minimum aylıq əmək haqqının məbləğinin 400 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab edir ki, hazırki iddia qiymətinin 1104 manat olduğu müəyyən edilir. Belə ki, iddiaçı alimentin məbləğinin, cari il üçün müəyyən edilmiş minimum aylıq əmək haqqı nəzərə alınmaqla 0.53 misli həddindən 0.3 misli həddinədək azaldılmasını xahiş etmişdir və həmin məbləğin bir illik məcmusu 1104 manata bərabərdir (400x0.53=212, 212x12=2544) (400x0.3=120, 120x12=1440) (2544-1440=1104). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, yəni 31.04 manat dövlət rüsumu ödəməli idi. Lakin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməsini və ya dövlət rüsumunu ödəməkdən azad edilmə üçün əsas olmasını təsdiqləyən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar