Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3104/2025 07.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində müəyyən edilən alimentin tutulma üsulunun dəyişdirilməsi və Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə hər uşağa görə hər ay 500 (beş yüz) manat olmaqla, cəmi 1000 (bir min) manat sabit pul məbləğində aliment müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh qarşı nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iddiası Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-282/2024 nömrəli qətnaməsinə əsasən təmin edilmiş, onunla Cavabdeh arasında xx.xx.2016-cı ildə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 174 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan xx.xx.2017-ci ildə anadan olmuş X2 və xx.xx.2019-cu ildə anadan olmuş X1 yanında saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi, həmçinin Cavabdeh iş üzrə ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, borclunun VÖEN olduğu üçün onun gəlirinin müəyyən edilməsi mümkün deyil. Belə ki, icra məmuru borclunun gəlirinin müəyyən edilə bilmədiyini əsas gətirərək, alimenti tutulmasının mümkün olmadığını şifahi olaraq bildirir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, əlavə olaraq bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-282/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə Murad və Sultan adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin, cavabdehin gəlirləri sabit deyildir. Buna görə də qətnamənin icrası zamanı icra məmuru cavabdehin gəlirlərini müəyyən edə bilmir. Bu da alimentin ödənilməsini qeyri-mümkün edir. Ona görə də alimentin tutulma üsulunun dəyişdirilərək sabit pul məbləğində tutulmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; - Gəncə Şəhər Məhkəməsinin 2(125)-282/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016cı ildə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 174 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2019-cu ildə anadan olmuş X5 anaları İddiaçı yanında saxlanılmaları, xx.xx.2017-ci ildə anadan olmuş X2 və xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh iş üzrə ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməsi və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. - İİİ-TH seriyalı, 769251 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 09 oktyabr 2019-cu il tarixdə doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. - İİİ-TH seriyalı, 650785 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 22 iyun 2017-ci il tarixdə doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞG/MT033/2025-00156 nömrəli arayışdan görünür ki, arayış vətəndaş İddiaçı “alimentin icra üsulunun dəyişdirilməsi” tələbinə dair müraciəti əsasında tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə tərəfindən müəyyən olunan hallar: Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 22 iyun 2017-ci il təvəllüdlü Sultan və 09 oktyabr 2019-cu il təvəllüdlü Murad adlı 2 uşaqları doğulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-282/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı ildə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 174 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2019-cu ildə anadan olmuş X5 anaları İddiaçı yanında saxlanılmaları, xx.xx.2017-ci ildə anadan olmuş X2 və xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh iş üzrə ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməsi və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Lakin, cavabdehin gəlirləri qeyri-müntəzəm olduğu üçün iddiaçı Gəncə Şəhər Məhkəməsinin 2(125)-282/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin tutulması üsulunu dəyişdirərək, hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Buna baxmayaraq, iddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etmədiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Lakin məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə uşaqların saxlanılmaları hər iki tərəfin valideynlik borcudur və məhkəmə alimentin yeni məbləğini müəyyən edərkən ilk növbədə uşaqların yaşını, sağlamlıq, saxlanma xərclərinin artmasını və digər mənafelərini nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, 22 iyun 2017-ci il təvəllüdlü Sultan və 09 oktyabr 2019-cu il təvəllüdlü Murad adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 240 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddə - 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddə - 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-cü maddə - 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir) Beləliklə məhkəmənin yekun qənaətinə əsasən, iddia qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-282/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi məbləğində müəyyən edilən alimentin tutulma üsulu dəyişdirilməli və xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən icra edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mediasiya təşkilatının arayışından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş xərc tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay iki uşaq üçün cavabdeh tərəfindən ödənilməli 480 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 5760 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 77.6 (yetmiş yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-282/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi məbləğində müəyyən edilən alimentin tutulma üsulu dəyişdirilsin. xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. Alimentin tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Cavabdeh 77.6 (yetmiş yeddi manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3104/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3104/2025
07.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver