Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3156/2025 10.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının azaldıılmaqla dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının azaldılmaqla dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024 cü il tarixli, 2(125)-2908/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2020-cı ildə anadan olmuş X2 və xx.xx.2022 ci ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində ondan tutulan 330 manat alimentin miqdarını dəyişərək hər ay ondan 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun əvvəlki ər-arvad münasibətində olan qadın olub. Onun cavabdehlə ər arvad münasibətindən doğulmuş uşaqların hətta atası olmasına şübhəsi var. Lakin qarşı tərəfin istəyi ilə onun uşaqlarına atalığını vermiş və aliment ödəyir. Hətta o cavabdehdən olan uşaqların onun olub olmaması ilə DNK testini etdirmək fikrinə düşmüşdür. Nümayəndə ilə rəsmi nikaha daxil olaraq toyları olub evlənmişlər və birgə nikahlarından xx.xx.2024-ci il tarixdə anadan olmuş X3 adlı 6 aylıq körpələri var. Bu körpənin də hüquq və mənafeyinin nəzərə alınmasını xahiş edir. Cavabdeh ona qarşı Gəncə şəhər məhkəməsində aliment miqdarının artırılması ilə bağlı iddia qaldırmışdır. O rəsmi əmək haqqı barədə arayışı mövcud olduğunu bildirdi. O sürücü vəzifəsində fəaliyyət göstərir. Bu il yanvar ayı üçün 363 manat 28 qəpik, fevral ayı üçün 363 manat 28 qəpik, mart ayı üçün 434 manat 76 qəpik təşkil etmişdir. Cavabdeh ondan 330 manat alır və üstəlikdə obyektiv həqiqəti məhkəmədə gizlədib onun artıq gəliri olduğunu bildirmişdir. Onun birgə nikahdan xx.xx.2024-cü ildə Arif adlı bir uşağı anadan olmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 330 manat aliment tutularaq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Ailə və maddi vəziyyətində olan bu dəyişikliklərə görə onun iki nəfər uşaq üçün verdiyi hər ay 330 manat alimentin miqdarının dəyişdirilərək azaldılmasına dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində olmuşdur. Hazırda himayəsində olan 6 aylıq körpəsinində əlavə xərcləri var. Körpənin səhhətində problemi yaranmış, fizioloji sarılıq keçirdiyini bildirmişdir. Uşağın maddi təminatı, aliment verdiyi uşaqların maddi təminatından daha aşağıdır. Onun hazırda maddi vəziyəti aşağıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahtında göstərmişdir ki, hesab edir ki, uşaqlarına aliment ödəmək iddiaçının borcudur və bu baxımdan iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2024 cü il tarixli, 2(125)- 2908/2024 saylı qətnaməsindən müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2020cı ildə anadan olmuş X2 və xx.xx.2022-ci ildə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 165 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Mülki işin materiallarından müəyyən edilir ki, İddiaçı 05 may 2023-cü il tarixdə Nümayəndə ilə rəsmi nikaha daxil olmuşdur və bu nikahdan onların 28 oktyabr 2024-cü il tarixdə doğulmuş Arif adında bir uşaqları var. Məhkəmə hesab edir ki, işin faktiki halları irəli sürülən iddianın təmin olunmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2908/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş edilmiş və ondan tutulan iki uşaq üçün cəmi 330 manat alimentin miqdarının azaldılaraq, hər ay ondan iki uşaq üçün cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 2908/2024 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı hər uşaq üçün hər ay 165 manat olmaqla, uşaqlar üçün müəyyən edilən aylıq yaşayış minimumundan 81 manat daha azdır. Həmin məbləğin azaldılması isə yetkinlik yaşına çatmayan uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam inkişaf etməsinə heç də kifayət qədər yetərli olmaz və uşaqların maddi və mənəvi tələbatlarının təmin edilməsi və sağlam böyüməsinə, uşağın maraqlarının təmin edilməsinə mənfi təsir göstərər. Bu baxımdan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM-in 216-220, 235 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının azaldıılmaqla dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3156/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3156/2025
10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver