Məhkəmə qərarları › İş №2(125)-3185/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3185/2022

28.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3185/2022 28.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 2005ci il təvəllüdlü X2 və 20 dekabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları 06 dekabr 2004-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində qeydə alınmış, birgə nikahdan 20 may 2005-ci il təvəllüdlü X4 və 20 dekabr 2008-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə birlikdə yaşamalarına baxmayaraq ailəsinə maddi cəhətdən köməklik etmir, uşaqların qayğısına qalmır. O, heç bir yerdə işləmir, maddi cəhətdən çətinlik çəkir. Cavabdeh rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur, maddi vəziyyəti yaxşıdır və yüksək məbləğdə aliment ödəməyə imkanı çatır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək cavabdehlə nikahları pozulmasa da faktiki olaraq 2022-ci ilin aprel ayından ayrı yaşadıqlarını, uşaqların onun himayəsində olduğunu və oğlu Hüseynin hazırda Türkiyə Respublikasında təhsil aldığını, cavabdehin isə uşaqların saxlanmasında iştirak etməkdən boyun qaçırdığını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, aliment ödəmək üçün maddi imkanı yoxdur. O, iddiaçının şikayəti əsasında azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və bu səbəbdən də heç bir yerdə işləyə bilmir. Onun heç bir məbləğdə aliment ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 137094 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 06 dekabr 2004-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Rəsulov, arvada Rəsulova soyadı verilmişdir. Əsli məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 20 may 2005-ci il təvəllüdlü X2 və 20 dekabr 2008-ci il təvəllüdlü X1 ataları Cavabdeh, anaları İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı cavabdehin gəlirləri barədə hər hansı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə alimentin miqdarının müəyyən edilməsi üçün uşaqların saxlanılması üçün yaşayış minimumu məbləğini, uşaqların əvvəlki təminatının mümkün qədər maksimal saxlanmasını əsas götürür, eləcə də iddiaçının uşaqların gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşaqları saxlamasını nəzərə alır. Qeyd edilənlərə əsasən, iddia qismən təmin olunmalı, 20 may 2005-ci il təvəllüdlü X2 və 20 dekabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat miqdarında aliment tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respubliaksı Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. İş üzrə məhkəmə xərci ödənilməli dövlət rüsumundan ibarətdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Hazırkı iddianın qiyməti 4200 manatdır (tələb olunan 350 manat aliment məbləğinin bir illik məcmusu). İddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (86 %), ödənilməli olan 62 manat dövlət rüsumunun 53 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 20 may 2005-ci il təvəllüdlü X2 və 20 dekabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün sabit pul məbləği ilə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh 53 (əlli üç) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar