Məhkəmə qərarları › İş №2(125)-3202/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3202/2023

30.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3202/2023 30.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əli oğlunun sədrliyi Bayramova Zöhrə Oktay qızının katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və evə köçürülmə tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, süd pulunun və cehiz əmlakdan ibarət daşınar əşyaların cavabdehdən alınaraq ona verilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, mübahisəli ev Göygöl rayonunda yerləşir. Halbuki, Mülki Prossesual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi İddiaçı X1 tələbi yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və evə köçürülməsindındən ibarətdir ki, həmin tələb mübahisəli evdən artıq mövcud istifadə hüququnun cavabdeh tərəfindən pozulmasının aradan qaldırılması ilə bağlı olduğundan və İddiaçı X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və evə köçürülmə tələbinə dair iddia ərizəsi Mülki Prossesual Məcəllənin 39.1ci maddəsinin tələblərinə uyğun olaraq aidiyyatı üzrə Göygöl rayon Məhkəməsində baxılmalı oduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarırmalıdır. Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və evə köçürülmə tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra aidiyyatı qaydalara riayət etməklə ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar