Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3296/2024 25.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4912/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılaraq xx.xx.2008-ci il təvəllüdlü Mehdinin, xx.xx.2009-cu il təvəllüdlü Səmədin və xx.xx.2015-ci il təvəllüdlü Saqibin yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat alimentin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə ərizə təqdim edərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 4912/2018 nömrəli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində təyin edilmiş alimentin məbləğinin azaldılaraq hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci ildə Mehdi, xx.xx.2009-cu ildə Səməd və xx.xx.2015-ci ildə Saqib adlı 3 uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4912/2018 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqları analarının himayəsində saxlanılmış və hər uşaq üçün 154 manat olmaqla, cəmi 462 manat məbləğində aliment kəsilmişdir. X12 Limanında işləmiş və alimenti vaxtlı-vaxtında ödəmişdir. Hazırda işdən azad edildiyindən təyin edilmiş aliment məbləğini ödəyə bilmir. Cavabdehlə ayrıldıqdan sonra 2022-ci ildə barışmış, ancaq nikahlarını rəsmiləşdirməmişlər. Barışdıqdan sonra birgə münasibətlərindən xx.xx.2023-cü il tarixdə Kövsər adlı uşaqları anadan olmuşdur. Onun saxlanılması üçün də 100 manat məbləğində aliment ödəməyə heç bir etirazı yoxdur. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul edib, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, 3 uşaq üçün təyin edilmiş aliment məbləğinin azaldılmasına heç bir etirazı yoxdur, ancaq Kövsər adlı uşaqlarının saxlanılması üçün də aliment tutulmasını tələb edir. Cavabdehlə nikahları pozulduqdan sonra yenidən barışmış, ancaq hazırda ayrılmışdırlar. Sistemdə evli olaraq qeyd edildiyi üçün 4-cü uşaqlarına münasibətdə atalıq müəyyən edilməmişdir. Özü müəllimə işləyir. Uşağı nitq qüsurlu olduğuna görə təqaüd alır, birgə nikah dövründə yaşadıqları ev də onda qalmışdır. Hər uşaq üçün 100 manat olmaqla aliment təyin edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4912/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsi tərəfindən 268 nömrə ilə qeydə alınmaqla xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə doğulmuş X3, xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2015-ci ildə doğulmuş X5 anaları-iddiaçı Cavabdeh yanında qalması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. AZ-İ 477688 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində pozulmuşdur. AZ-İİ 060034 nömrəli, AZ-İİ 322619 nömrəli, AZ-İİİ 661784 nömrəli və AZ-İV 895342 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə Mehdi, xx.xx.2009-cu ildə Səməd, xx.xx.2015-ci ildə Saqib və xx.xx.2023-cü ildə Kövsər adlı uşaqları anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, MŞG/2024-00175 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra tərəflər prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İlkin mediasiya xidmətinin göstərilməsinə 55 manat mediasiya xərcini ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4912/2018 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə doğulmuş X3, xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2015-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Təyin olunmuş 462 manat məbləğində alimenti işdən azad edildiyinə görə ödəyə bilmədiyini əsas gətirərək ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə müraciət edərək alimentin miqdarının azaldılmasını tələb etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianı qəbul edib, qarşılıqlı iddia ərizəsi verərək xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırıb hüquq normaları baxımından qiymət verərib hesab edir ki, hər iki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq hesab edir ki, hər iki iddia tələbi təmin edilməklə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4912/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı azaldılaraq, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməklə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilməli, eləcə də xx.xx.2023-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, qarşılıqlı iddia ərizəsi üzrə ödənilməmiş 32 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qətnamə qarşılıqlı iddia üzrə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Hər iki iddia təmin edilsin. xx.xx.2018-ci ildə doğulmuş X3, xx.xx.2009-cu ildə doğulmuş X4 və xx.xx.2015-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4912/2018 nömrəli qətnaməsi əsasında hər uşağa görə tutulan 154 manat alimentin miqdarı azaldılaraq, hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. xx.xx.2023-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilməmiş 32 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə qarşılıqlı iddia üzrə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3296/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3296/2024
25.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver