Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3305/2024 11.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimenti ödəməkdən azad edilmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Məhkəməsinin 2(125)-5908/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, yəni onun aliment ödəməkdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçının Gəncə Şəhər Məhkəməsinin 2(125)-5908/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5908/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddiasının təmin edilməsi, tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 24 may 2007-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra anası Cavabdeh yanında saxlanılması, 21 iyul 2023-cü il tarixdən başlayaraq, 24 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə birgə nikahlarından doğulmuş 24 may 2007-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması, 21 iyul 2023-cü il tarixdən başlayaraq 24 may 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmişdir. X1 hazırda və həmişə onun yanında qalır və Gəncə şəhəri 17 saylı orta məktəbin 11-ci sinfində oxuyur. Həyat yoldaşı Mehriban isə Bakıda işləyir və yaşayır. Həmçinin, o insult xəstəsidir, yerindən dura bilmir, heç bir yerdə işləmir. Əgər qızı onun yanında qalırsa, o nəyə görə cavabdehə aliment verməlidir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul etmir və onun əsassız hesab edir. Belə ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş Məmmədova Zahidə 11-ci sinifdə oxuduğundan onun tədris aldığı orta məktəbi dəyişdirə bilməmişdir. Bir müddətdən sonra məktəb tələb etdiyindən Gəncə şəhərində atasının yanında qalmağa məcbur olmuşdur. Belə ki, 2-ci rübdən, yəni fevral ayından qızını atasının yanına göndərmişdir. Ondan xahiş etmişdir ki, uşağa heç bir aliment verməsin, əvəzində uşağın bütün tələbatlarını yanında qaldığı müddətdə ödəsin. Həmçinin, uşağın hazırlıqlarının da dəyərini ödəsin. Lakin İddiaçı bundan imtina etmişdir. Onun övladı yalnız həmin evdə qalmış, səhər və axşam yemək yemişdir. Səhər evdən məktəbə getmiş, məktəbdən çıxdıqdan sonra isə hazırlıqlara getmiş və axşam evə qayıtmışdır. Günorta yeməyi üçün uşağa əlavə pul verilməmiş, evdən nahar üçün yemək qoyulmamışdır. Hazırlıq pulları iddiaçı tərəfindən ödənilməmişdir. Uşağın bütün tələbatları, yol pulu, hazırlıq pulu, kitab-dəftər, qələm pulu, geyimləri onun tərəfindən təmin edilir. İddiaçı tərəfindən qızına bir qələm belə alınmamışdır. Ona 2023-cü ilin iyul ayından aliment verilməli olsa da, lakin İddiaçı alimenti verməməsi, üstəlik birgə nikahdan olan 16 yaşlı qızına yad münasibət göstərməsi səbəbindən, müxtəlif orqanlara şikayət etmişdir. Onun şikayətindən sonra iddiaçının pensiyasına tutmalar yönəldilmişdir. Bundan sonra, İddiaçı ona qarşı uşağın yanında qalmasına əsaslanan hazırkı iddianı qaldırmışdır. Onu da bildirmişdir ki, qızı 14 iyun 2024-cü il tarixədək, yəni dərs ilinin sonunadək atasına məxsus olan evdə qalacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçının anasıdır, oğlu hazırda yataq xəstəsidir, 5 ildir ki, onun qayğısına özü qalır. İki nəvəsi var – 2005-ci il təvəllüdlü Xədicə və 2007-ci il təvəllüdlü Zahidə. Xədicə Bakıda universitetlərin birinə qəbul olmuşdur. Zahidə 1-ci sinifdən 17 nömrəli məktəbə gedir və atasının yanında qalırdı. Hazırda uşaq, məktəbinin bitməsi ilə əlaqədar anasının yanındadır. Həmçinin hesab edir ki, həm də iddiaçı xəstə olduğundan aliment ödəməkdən azad edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, birgə nikahdan doğulmuş uşaqları məhkəmə qətnaməsi ilə ona verilmişdir, qızı Zahidə məktəbə getmək üçün 2023-cü ilin dekabr ayından imtahanları bitənə kimi müvəqqəti atasının yanında qalmışdır. Uşağın hazırlığa getməsi üçün bütün pulları özü göndərmişdir. Qızı Zahidə məktəb qurtarandan, yəni iyun ayından onun yanındadır. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan X3 verilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 17 nömrəli tam orta məktəbin 108 nömrəli, 15 mart 2024-cü il tarixli arayışdan görünür ki, o 2023/2024-cü tədris ilində Gəncə şəhər 17 nömrəli orta məktəbin 11-ci sinfində oxuyur. İş materiallarına iddiaçı tərəfindən özünün 1 ədəd fotoşəkili əlavə edilmişdir. İş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş İddiaçı məxsus giriş tarixi xx.xx.2020-ci il, çıxış tarixi xx.xx.2020-ci il olan epikrizdən görünür ki, ona beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində törənən beyin infarktı diaqnozu qoyulmuşdur. Diaqnozun şərhi sağ orta beyin arteriyası hövzəsində işemik insult, sol tərəfli hemiplegiyadır. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı ümumi xəstəlik üzrə 2-ci qrup əlil olmaqla 220 manat məbləğində pensiya alır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin rəsmi nikahlarından iki uşaq – Xədicə və xx.xx.2007-ci il təvəllüdlü Zahidə adlı uşaqları anadan olmuşdur. Xədicə yetkinlik yaşına çatmışdır. Tərəflərin arasında münasibətlərin pozulması səbəbindən aralarında olan rəsmi nikah məhkəmə qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmamış uşaq – Zahidə Cavabdeh yanında saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5908/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hazırda iddiaçı insult xəstəliyi ilə əlaqədar, eyni zamanda uşağın onun yanında qalması əsası ilə aliment ödəməkdən azad edilməsini xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 113.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. 113.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; aliment ödənilən uşaq övladlığa götürüldükdə; aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Məhkəmə araşdırılması zamanı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment borcundan azad edilməsi və ya aliment öhdəliklərinə xitam verilməsi üçün iddiaçının ailə və ya maddi vəziyyətində yuxarıda qeyd edilən halların olması müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı aliment üzrə yaranmış borcun onun xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, iddiaçının təqdim etdiyi sübutlar onun alimenti ödəyə bilməyəcək qədər ağır xəstə olmasını təsdiq etmir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının səhhətində, ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmaması, eləcə də uşağın mənafeyi nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi tələbatlarının təmin edilməsi üçün iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin (MPM) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin prosessual qənaət prinsipi baxımından qeyd etməyi zəruri hesab edir ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia üzrə iddiaçı tələbini həm də onunla əsaslandırır ki, uşaq məhkəmə qətnaməsi ilə anasının himayəsinə verilsə də onun yanında qalmış və məktəbə onun yanından getmişdir, ona görə də hesab edir ki, uşağın onun yanında qaldığı müddətdə aliment ödəmək öhdəliyindən azad olunmalı, yəni yaranmış aliment borcu silinməlidir. Məhkəmə qeyd edir ki, bu əsas üzrə tələb məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələdir. İddiaçı həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Belə ki, Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Məcəllənin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, habelə cavabdeh aliment alan tərəf kimi məhkəmə xərcini ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərci onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimenti ödəməkdən azad edilmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3305/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3305/2024
11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver