Məhkəmə qərarları › İş №2(125)-3355/2022

Gəncə Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(125)-3355/2022

05.12.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(125)-3355/2022 05.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, Kreditor (bundan sonra MMC) Borclu qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, m ü əy y ə n e t d i: İş üzrə Borclu 22 iyul 2021-ci il tarixli GNK5962062 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 15 ay müddətində olmaqla Kreditor MMC-dən dəyəri 1629 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1500 manat borcu qalmışdır. Qeyd edilən nisyə alqı-satqı müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1 faiz məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 450 (dörd yüz əlli) manat məbləğində faiz borcu (1500 manat x 30 gün x 1% =450 manat) yaranmışdır. İddiaçı faiz borcunu cavabdehdən cəmi 300 (üç yüz) manat məbləğində tələb edir. xx.xx.1994-cü ildə doğulmuş Borclu 22 iyul 2021-ci il tarixli, GNK5962062 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1500 manat məbləğində əsas borc, 300 manat məbləğində faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1900 manat məbləğində pulun alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş Kreditor MMC ilə Borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GNK5962062 nömrəli borc müqaviləsinə, əsasən, Borclu Kreditor MMC-dən hissəhissə ödəniş şərti ilə 1629 (bir min altı yüz iyirmi doqquz) AZN məbləğində məişət avadanlığı əldə etmiş, onun 129 (bir yüz iyirmi doqquz) AZN ilkin ödəniş etmiş və qalan 1500 (bir min beş yüz) AZN məbləği 15 ay müddətinə aylıq 100 (bir yüz) AZN olmaqla Kreditor-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilələr iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 faizədək hesablanan cərimə faizi ödəyir. İşin materiallarına əlavə olunmuş, xx.xx.2021-ci il tarixli Kreditor MMC tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Borclu xx.xx.2021-ci il tarixli, GNK5962062 nömrəli borc müqaviləsi üzrə ödənilməmiş 1500 AZN məbləğində Kreditor MMC-yə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, həmçinin tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276.1, 276.2.2, 280 və 281-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə ə m r e t d i: xx xxxxx 1994-cü ildə Gəncə şəhərində doğulmuş və Gəncə şəhəri, Nizami rayonu, X3, 2-ci mikrorayon, ev 8, mənzil 13 ünvanında qeydiyyatdan olan Borclu 22 iyul 2021-ci il tarixli, GNK5962062 nömrəli borc müqaviləsi üzrə 1500 manat əsas borc, 300 manat faiz borcu və məhkəmə xərci qismində ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu olmaqla, cəmi 1900 manat alınaraq Kreditornə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Gəncə Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar