Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3477/2024 17.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz, qızıl zinət əşyaları və ya onun dəyəri tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona məxsus cehiz əşyalarının və ya 6608 manat dəyərinin, qızıl-zinət əşyalarının və ya 3930 manat dəyərinin, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin və 72 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, cavabdehlərin övladı Coşqun Şirəliyevlə 2023-cü ildə qeyri-rəsmi ailə qurub qayınatası, Cavabdeh1 məxsus Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Demək olar ki, cavabdehin övladı ilə bir ailədə yaşamağı mümkün olmadığından toylarından 6 ay sonra valideynlərinə məxsus evə gəlmişdir. O, cavabdehlərə məxsus evdən çıxmamışdan qabaq cavabdehlər tərəfindən qızıl-zinət əşyaları əlindən alınmışdır. Qızıl-zinət əşyalarını və heç bir cehiz əşyalarını götürə bilməmişdir. Cavabdehlər qızıl-zinət və cehiz əşyalarını qaytarmırlar. Belə ki, guya Rusiya Federasiyasında atasının onlara borcu olduğu üçün ona məxsus qızıl-zinət və cehiz əşyalarını qaytarmırlar. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edib aşağıdakı qızıl-zinət, cehiz əşyalarını tələb edir:
1. Mətbəx mebeli -2000 manat;
2. Soyuducu - 1800 manat;
3. 1 ədəd paltaryuyan - 1500 manat;
4. Qaz sobası və tüstü borusu — 200 manat;
5. 4 ədəd çılçıraq — 550 manat;
6. 1 ədəd tozsoran — 250 manat;
7. 1 ədəd çörək sobası - 150 manat;
8. 1 ədəd xalça — 130 manat;
9. Servis boşqab dəsti — 250 manat;
10. Bıçaq dəsti — 50 manat;
11. Mətbəx üçün ərzaq qabları - 65 manat;
12. Karniz—50manat;
13. 4 dəst xurustal stəkan- 150 manat;
14. 4 dəst nəlbəki- 30 manat;
15. Şirəli çaydan çaynik dəsti— 55 manat;
16. 3 dəst pastel — 120 manat;
17. Çəngəl və qaşıq dəsti —60 manat;
18. Tort qabı - 20 manat;
19. 2 ədəd limon qabı - 35 manat;
20. 10 ədəd qənd qabı —70 manat;
21. 6 ədəd duz qabı — 12 manat;
22. Blendr-5manat;
23. 2 dəst stəkan məhrabası- 36 manat Qızıl-zinət əşyaları:
1. 1 ədəd nişan üzüyü, çəkisi 3,5 qram, 585 əyarlı, dəyəri - 550 manat;
2. 1 ədəd nişan üzüyü brilliant qaşlı, çəkisi 5 qram, 585 əyarlı, 1.6 karatlı, dəyəri - 800 manat;
3. 1 ədəd boyunbağı klonla, sırğa sallama dəst, çəkisi 9 qram, 585 əyarlı, dəyəri - 1000 manat;
4. 1 ədəd brilliant qaşlı üzük, çəkisi 3.2 qram, 585 əyarlı, dəyəri - 400 manat;
5. 1 ədəd boyunbağı klonla, çəkisi 5.3 qram, 585 əyarlı, dəyəri- 500 manat;
6. 1 ədəd üzük sadə qaşlı, çəkisi 2.5 qram, 585 əyarlı, dəyəri - 230 manat;
7. 1 ədəd üzük sadə qaşlı, çəkisi 2.2 qram, 585 əyarlı, dəyəri - 200 manat;
8. 1 ədəd üzük sadə qaşlı, çəkisi 2.7 qram, 585 əyarlı, dəyəri - 250 manat; Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) iddia ərizəsinin məzmununa uyğun izahat verdi və cavabdehin iştirakı olmadan mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə etdi ki, cavabdehlər cehiz əşyalarını qaytarmaq üçün ondan qızıl-zinət əşyalarını istəmişdir, o da iddia ərizəsində qeyd etdiyi 8 adda qızıl-zinət əşyasını cavabdehlərə versə də, sonradan nə iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarını, nə də qızıl-zinət əşyalarını geri qaytara bilməmişdir. Belə ki, cavabdehlər toy üçün kredit götürdüklərini, xərcə düşdüklərini bildirərək qeyd etdiyi cehiz və qızıl-zinət əşyalarını qaytarmaqdan imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, iddiaçının nümayəndəsi (anası) ilə yanbayan qonşudur. İddiaçının cavabdehlərin gəlini olduğunu, lakin ailəsi ilə daim narazılıqları yarandığını bilirdi. Qonşuları Fazilə ona qızının ailəsində söz-söhbət olduğunu, qızı Ceyranın səhər tezdən heç bir əşyasını götürmədən bibisigilə getdiyini bildirərək bunu aydınlaşdırmaq üçün qızı Ceyranın qayınanasının, yəni cavabdehlərin evinə getməyi xahiş etmişdir, o da, həmin gün anası, həmçinin həmin gün evdə qonaq olan xalası oğlu ilə birlikdə xalası oğlunun maşını ilə Faziləni də götürərək cavabdehlərin evinə getmişdir. Evə gedən zaman Ceyranın evdə olmadığını görmüşlər. Xalası oğlu Nadir onlara Ceyranın gedərkən özü ilə qızıl-zinət əşyalarını götürübgötürmədiyini yoxlamaq üçün evə baxmağı təklif etmişdir. Onların təklifi həmçinin, evdə həmin vaxt tək olan Cavabdeh2 iştirakı ilə evə baxmışlar, evin yataq otağında şifonerin içərisində olan mücrünün içərisində bütün qızıl-zinət əşyalarının olduğunu görmüşlər. Cavabdeh2 Faziləyə toy üçün xeyli xərc çəkdiyini, borclarının olduğunu bildirərək qızılzinət əşyaları onda qalarsa, Fazilənin cehiz əşyalarını götürə biləcəyini bildirmişdir. Fazilə bununla razılaşmamış, nə iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarını, nə də cehiz əşyalarını götürməmişdir. İddia ərizəsində qeyd olunan qızılları görmüşdür, onların bir qismi toyda, bir qismi isə ad günündə taxılmışdır. Həmçinin evdə olarkən iddia ərizəsində qeyd olunan cehiz əşyalarının da iddiaçı evi tərk etdikdən sonra cavabdehlərdə qaldığını görmüş, həmin evdən heç bir əşyanı götürmədən çıxmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, digər Şahid1 onun xalası qızıdır. Xalası qızının evində olarkən xalası qızı ona qonşusu Fazilənin qızının ailəsində söz-söhbət olduğunu, cavabdehlərin evinə getməyin lazım olduğunu bildirmişdir. O da, xalası, xalası qızı Nərgizi və qonşu Faziləni də götürərək cavabdehlərin evinə getmişlər. Evə getdikdə evdə təkcə Cavabdeh2 idi. İddiaçının anası və cavabdeh Rəna arasında xeyli mübahisələr olmuşdur. O, təklif etmişdir ki, iddiaçı Ceyranın gedərkən özü ilə qızıl-zinət əşyalarını götürüb-götürmədiyini yoxlamaq üçün evə baxsınlar. Həmin evə gedərkən niyyət qızıl-zinət əşyaları və cehiz əşyalarının götürülməsi olmamışdır. Evin yataq otağında şifonerin içərisində olan mücrünün içərisində çoxlu qızılzinət əşyalarının olduğunu, həmçinin evdə olan cehiz əşyalarını görmüşdür, iddiaçı evi tərk edərkən həmin əşyaların heç birini özü ilə götürməmişdir. Həmçinin onlar evdən heç bir əşyanı götürmədən çıxmışlar. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238.1-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində qızıl-zinət əşyaları ilə birlikdə özünün çəkilmiş 5 ədəd fotoşəkilini, həmçinin cehiz əşyalarına dair 1 ədəd “CD” disk əlavə etmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Könüllü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 863 nömrəli arayışdan görünür ki, Süleymanova X1 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ev təsərrüfatlarının uçotu kitabında qeydiyyatda durur, hazırda Könüllü kənd ərazisində yaşayır. İş materiallarında olan, Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti başçısının Könüllü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 92 nömrəli arayışdan görünür ki, Süleymanova X2 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ev təsərrüfatlarının uçotu kitabında qeydiyyatda durur, lakin uzun illərdir ki, nümayəndəliyin ərazisində yaşamır. İş materiallarında olan, "xxxx" MMC-nin (VÖEN – **********) qiymətləndirici eksperti, həmçinin direktoru X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis mülahizəsindən görünür ki, xx.xx.2023-cü il tarixli, 2734 saylı vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, qızıl-zinət əşyalarının qiymətləndirilməsi həyata keçirilmişdir və hazırkı dövrdə orta bazar qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir:
1. 1 ədəd nişan üzüyü, çəkisi 3,5 qram, 585 əyarlı, dəyəri - 550 manat;
2. 1 ədəd nişan üzüyü brilliant qaşlı, çəkisi 5 qram, 585 əyarlı, dəyəri - 800 manat;
3. 1 ədəd boyunbağı klonla, sırğa sallama dəst, çəkisi 9 qram, 585 əyarlı, dəyəri - 1000 manat;
4. 1 ədəd brilliant qaşlı üzük, çəkisi 3.2 qram, 585 əyarlı, dəyəri - 400 manat;
5. 1 ədəd boyunbağı klonla, çəkisi 5.3 qram, 585 əyarlı, dəyəri- 500 manat;
6. 1 ədəd üzük sadə qaşlı, çəkisi 2.5 qram, 585 əyarlı, dəyəri - 230 manat;
7. 1 ədəd üzük sadə qaşlı, çəkisi 2.2 qram, 585 əyarlı, dəyəri - 200 manat;
8. 1 ədəd üzük sadə qaşlı, çəkisi 2.7 qram, 585 əyarlı, dəyəri - 250 manat; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı X4 ilə 2023-cü ildə faktiki ailə münasibətlərinə daxil olaraq evlənmiş, cavabdehlərin sahibliyində olan Şəmkir rayon, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evində gəlin olmuşdur. Toy zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Həmçinin iddiaçıya valideyinləri tərəfindən cehiz əşyaları da hədiyyə olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd edilən 23 adda cehiz əşyalarını və 8 adda qızıl-zinət əşyasını, həmin əşyalar olmadıqda isə onların dəyərini tələb edir. İşin halları ilə müəyyən edilir ki, tərəflər ailə həyatı qurarkən iddiaçıya hədiyyə olaraq qızıl-zinət və cehiz əşyaları alınmışdır. iddiaçı ailə qurandan 6 ay sonra mənzili tərk edərkən ona məxsus qızıl-zinət və cehiz əşyaları cavabdehlərə məxsus ünvanda qalmışdır. Həmin əşyaların mövcudluğu, iddiaçıya məxsus olması və onların iddiaçının faktiki ayrılığından sonra cavabdehlərdə qalması iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri, habelə işin digər materialları, o cümlədən iddiaçının təqdim etdiyi fotoşəkillər, cehiz əşyalarına dair 1 ədəd “CD” diskdəki video yazı ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Göründüyü kimi, iddiaçıya məxsus olan və iddia ərizəsində göstərilən 23 adda cehiz, 8 adda qızıl-zinət əşyaları o, faktiki ayrıldıqdan sonra cavabdehlərin qanunsuz sahibliyində qalmışdır. Ona görə, məhkəmə iddia tələbinin həddini və qızıl-zinət əşyalarının dəyəri barədə mütəxəssis mülahizəsini də nəzərə alaraq hesab edir ki, iddiaçıya məxsus olan, iddia ərizəsində göstərilən 23 adda cehiz, 8 adda qızıl-zinət əşyaları naturada, bu mümkün olmadıqda isə onların dəyəri cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar sözügedən 23 adda cehiz və 8 adda qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyində qaldığını, onların dəyərinin iddia ərizəsində qeyd edilən məbləğdə olduğunu təsdiq edir, cavabdehlər məhkəməyə iddia tələbini təkzib edəcək hər hansı sübut təqdim etməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən xüsusən nəzərə alır ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Bu baxımdan məhkəmə göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutları nəzərə almaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edir. MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. İddiaçı məxsus olan 2000 manat dəyərində mətbəx mebeli, 1800 manat dəyərində soyuducu, 1500 manat dəyərində bir ədəd paltaryuyan, 200 manat dəyərində qaz sobası və tüstü borusu, 550 manat dəyərində dörd ədəd çilçıraq, 250 manat dəyərində bir ədəd tozsoran, 150 manat dəyərində bir ədəd çörək sobası, 130 manat dəyərində bir ədəd xalça, 250 manat dəyərində servis boşqab dəsti, 50 manat dəyərində bıçaq dəsti, 65 manat dəyərində mətbəx üçün ərzaq qabları, 50 manat dəyərində “karniz”, 150 manat dəyərində dörd dəst xrustal stəkan, 30 manat dəyərində dörd dəst nəlbəki, 55 manat dəyərində şirəli çaydan çaynik dəsti, 120 manat dəyərində üç dəst “pastel”, 60 manat dəyərində çəngəl və qaşıq dəsti, 20 manat dəyərində tort qabı, 35 manat dəyərində iki ədəd limon qabı, 70 manat dəyərində on ədəd qənd qabı, 12 manat dəyərində altı ədəd duz qabı, 5 manat dəyərində “blendr”, 36 manat dəyərində iki dəst stəkan məhrəbası, bu mümkün olmadıqda isə onların dəyəri, həmçinin 550 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış (3,5 qram çəkidə) bir ədəd nişan üzüyü, 800 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış (5 qram çəkidə, brilliant qaşlı (1,6 karat)) bir ədəd nişan üzüyü, 1000 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış (9 qram çəkidə) bir ədəd boyunbağı “klonla”, sırğa sallama dəst, 400 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış (3,2 qram çəkidə) bir ədəd brilliant qaşlı üzük, 500 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış (5,3 qram çəkidə) bir ədəd boyunbağı “klonla”, 230 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış (2,5 qram çəkidə) bir ədəd sadə qaşlı üzük, 200 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış (2,2 qram çəkidə) bir ədəd sadə qaşlı üzük, 250 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış (2,7 qram çəkidə) bir ədəd sadə qaşlı üzük naturada, bu mümkün olmadıqda isə onların dəyəri, eləcə də məhkəmə xərcinin əvəzi olaraq 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə, Gəncə Şəhər Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən:Fuad Fərhadov