Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3479/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 3500 manat əsas məbləğ, 6000 manat mənəvi ziyan və 120 manat ödənilmiş dövlət rüsumunun, cəmi 9620 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh bir dəfə nağd qaydada ondan kosmetoloji vasitələr almış, ikinci dəfə isə onunla işləmək istədiyini deyərək 4150 manat dəyərində kosmetoloji dərman vasitələri almışdır. Bununla bağlı aralarında müqavilə bağlanmışdır. Cavabdeh aldığı malların dəyərini bir ay müddətində ödəməyi öhdəsinə götürsə də, borclu olduğu 3500 manat pulu bu günədək ödəməmişdir. Hər dəfə ödəyəcəyini desə də, ödəməmişdir. Bununla bağlı polisə müraciət etmiş, cavabdeh izahatında 3500 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2024-cü il tarixli, 000021 nömrəli malların satışı müqaviləsindən görünür ki, alıcı Cavabdeh satıcı K.Sergey olmaqla "xxxx" MMC-dən 4150 manat dəyərində mal almış və dəyərini 1 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Ramal Quliyev tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı X3 izahatında X1 3500 manat məbləğində kosmetik dərmanları satmaq məqsədilə götürdüyünü, Sergeydən götürdüyü kosmetik dərmanları həkim kosmetoloqlara realizasiya üçün verdiyini və xx.xx.2025-ci ildə həkim kosmetoloqlara realizasiya üçün verdiyi kosmetik dərmanları götürərək, X2 geri qaytaracağına dair söz verdiyini göstərmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçıdan kosmetik alaraq alaraq onların dəyərini 1 ay müddətinə ödəməyi üzərinə götürmüşdür. Cavabdeh 3500 manat məbləğində borcunu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş, cavabdehdən 3500 manat məbləğində borcdan əlavə, ona dəymiş 6000 manat mənəvi ziyanın da cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçının izahatını məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; İddia tələbinin 6000 manat mənəvi ziyanın tutumasına dair məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərin nədə ifadə olunmasını əsaslandırmadığından və bununla bağlı hər hansı sübut təqdim edmədiyi üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəməyə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3500 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 55 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat pul və 55 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3479/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3479/2025
08.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver