Məhkəmə qərarları › İş №2(125)-3556/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3556/2025

04.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3556/2025 04.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçı X1, cavabdeh X11 və etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı X1 cavabdeh X13 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X4 cavabdeh X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X7, xx.xx.2014-cü ildə anadan olmuş X12 və xx.xx.2020-ci ildə anadan olmuş X14 18 yaşına çatanadək saxlanması üçüm hər ay hər birinə 250 manat olmaqla, cəmi 750 manat alimentin və ödənilmiş 55 manat mediasiya xərcinin cavabdeh X2 pul məbləği şəklində alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəməyə ərizə təqdim edərək, uşaqların hər birinə görə 136 manat olmaqla, cəmi 408 manat məbləğində alimentin cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından xx.xx.2010-cu ildə Nəzrin, xx.xx.2014-cü ildə Həsən və xx.xx.2020-ci ildə Amir adlı uşaqları anadan olmuşdur. 6 aydır ki, uşaqlar onun himayəsində olmaqla cavabdehlə ayrılmışdırlar. Bu müddət ərzində cavabdeh uşaqların saxlanılması üçün heç bir köməklik göstərməmişdir. Uşaqların saxlanılması üçün maddi baxımdan çətinlik çəkdiyini göstərərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X15 iddianı qəbul edərək, hər uşağa görə 136 manat məbləğində aliment ödəməyə razı olduğunu göstərdi. Məhkəmə iclasında cavabdeh X11 etibarnamə üzrə nümayəndəsi və vəkili X9 cavabdehin əmək haqqı nəzərə alınmaqla hər uşaq üçün 136 manat məbləğində aliment təyin olunaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 448061 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2009-cu ildə X21 51 nömrə ilə qeydə alınmışdır. AZ-İİ 350647 nömrəli, AZ-İİİ 322348 nömrəli və AZ-İV 457965 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə Nəzrin, xx.xx.2014-cü ildə Həsən və xx.xx.2020-ci ildə Amir adlı uşaqları anadan olmuşdur. xx.xx.2025-ci il tarixli, MŞG/MT033/2025-00256 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh X15 xx.xx.2025-ci il tarixdə, saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı X4 ilkin mediasiya xidmətinin göstərilməsinə görə 55 manat məbləğində mediasiya xərcini ödəmişdir. Cavabdeh tərəfindən təqdim olunan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 13-5-2/3-102/2025 nömrəli arayışdan görünür ki, X15 "xxxx" MMC-nin X6 Texnoloji proseslərə və məhsulun keyfiyyətinə nəzarət şöbəsində əlvan metallurgiya məhsullarının nəzarətçisi vəzifəsində çalışmaqla, əmək haqqı 638 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.4-cü bəndi yeni redaksiyada verilmiş, həmin bəndin 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Qeyd olunan qərarın 8.4-2-ci yarımbəndəində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti(borclunun qəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh uşaqların maddi cəhətdən təminatlarını ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların maddi təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2010-cu ildə anadan olmuş X7, xx.xx.2014-cü ildə anadan olmuş X12 və xx.xx.2020ci ildə anadan olmuş X14 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh X8 X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,34 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, iş üzrə cavabdeh X8 dövlət rüsumu hesabına 68,96 manat alınaraq dövlət büdcəsinə, 55 manat mediasiya xərci alınaraq iddiaçı X3 ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. xx.xx.2010-cu ildə anadan olmuş X7, xx.xx.2014-cü ildə anadan olmuş X12 və xx.xx.2020-ci ildə anadan olmuş X14 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh X8 X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,34 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh X8 iş üzrə ödənilmiş 55 manat mediasiya xərci alınaraq iddiaçı X1 xeyrinə, dövlət rüsumu hesabına 68,96 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar