Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3602/2024 05.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment borcun silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-468/2011 nömrəli icra sənədinə əsasən yığılmış 7.520 manat borcdan 2.920 manat məbləğində olan hissəsinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, cavabdehlə xx.xx.2002-ci il tarixdə faktiki ailə münasibətində olmuşlar, onların ailə münasibətlərindən xx.xx.2005-ci il tarixdə Fatimə və xx.xx.2010-cu il tarixdə Amin adlı iki uşaqları anadan olmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-468/2011 nömrəli qətnaməsinə əsasən xx.xx.2005-ci tarixdə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 40 manat cəmi 80 manat sabit pul məbləğində alimentin iddiaçıdan alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin həmin dövrdə iddiaçı ağır vərəm xəstəsi olduğu üçün sözügedən alimneti ödəyə bilməmişdir. Daha sonra o, Cavabdeh ilə 2017-ci ildə yenidən barışmışlar və təxminən iki il birlikdə yaşadıqdan sonra yenidən ayrılmışlar. Daha sonra cavabdeh 2 dəfə alimentin artırılması ilə bağlı iki dəfə məhkəməyə müraciət etmişdir. İddiaçı yeni təyin olunan məbləğlə alimenti ödəsə də, əvvəlki tarixə yığılan aliment borcu qalmışdır. Cavabdehlə aralarında əvvəlki tarixə yığılan aliment borcuna görə razılıq əldə olunsa da daha sonradan cavabdeh sözügedən aliment borcunu tələb etmişdir. Buna görə 1.000 manat məbləğində aliment borcundan ödəniş etmişdir. Hal-hazırda ümumi yığılan 7.520 manat aliment borcundan 1.000 manat etdiyi ödənişin və iki il birgə yaşadıqları dövr ərzində ödənilməli olan 1.920 manat məbləğində pul vəsaitinin cəmi 2.920 manat məbləğində pul vəsaitinin silinməsini istəyir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyərək, iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına iş üzrə icraata xitam verilməlidir. Belə ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2017-ci ildən 2019-cu ilədək keçən 2 müddətində hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcunun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. İddiaçı 2017-ci ildən 2019-cu ilədək keçən 2 müddətində övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək, həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə görə borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «aliment borcunun silinməsi» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3602/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3602/2024
05.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver