Məhkəmə qərarları › İş №2(125)-3745/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3745/2025

10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3745/2025 10.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əlavə xərc» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 3 yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 xəstəliyi ilə əlaqədar 3 yaşına çatanadək əlavə xərc qismində 150 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Onların birgə ailə münasibətlərindən xx.xx.2023-cü il tarixdə X5 anadan olmuşdur. Cavabdehlə bir müddət münasibətləri yaxşı olsa da daha sonra münasibətləri pozulmuş, aralarında daimi mübahisələr yaranmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 1855/2025 nömrəli qətnaməsinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023cü il tarixdə anadan X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. R.F.Qarayev bir ata kimi məsuliyyətini dərk etmir və birgə ailə münasibətindən anadan olmuş uşağın saxlanmasında ona alimentdən başqa hər hansı maddi dəstək göstərmir. Halbuki, azyaşlı Gündüz uşaq vaxtından bud çanağından əziyyət çəkir və korset geyimlərdən istifadə edir. Azyaşlı uşağın müalicəsini, dərman xərclərini təyin olunan alimentlə qarşılamaq olduqca çətindir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin bundan başqa xx.xx.2025-ci il tarixdə məhkməyə daxil olan etiraz ərizəsində Cavabdeh iddianı qəbul etmədiyini və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İV seriyalı 922508 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 1855/2025 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il tarixdə anadan X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Tibb Univesitetinin X2 xx.xx.2024-cü il tarixli X4 xx.xx.2025-ci il tarixli müayinə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 bud oynaq başlarında sümükləşmə nüvələri normadan kiçik ölçüdədir və sümükləşmə nüvələrinin inkişafının ləngiməsi müşahidə edilir. İşdə olan «Sano» Psixologiya və Nitq Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 35 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixində «Sano» Psixologiya və Nitq Mərkəzinin müalicəvi idman mütəxəssisi Sənan Müslümov tərəfindən müayinədən keçib. Aparılan ilkin müayinə zamanı əzələ boşluğu,ayaq içə dönməsi müşahidə olunub. Uzun müddətli terapiyaya gəlməyi tövsiyə olunur.xx.xx.2025-ci il tarixdən müalicəvi idman seanslarına gəlir və hal-hazırda davam edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X3 laboratoriya nəticələrinə görə 188 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi Ticarət və Xidmət üzrə X7 Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 22 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində Ticarət və Xidmət üzrə X7 Mərkəzinə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul olunmuşdur. Onun kart hesabına köçən aylıq əməl haqqı 451 manat 70 qəpik təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin öyrənilən normalarının tələbindən göründüyü kimi (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Hazırki halda tərəflərin birgə münasibətlərindən xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 bud oynaq başlarında sümükləşmə nüvələri normadan kiçik ölçüdədir və sümükləşmə nüvələrinin inkişafının ləngiməsi müşahidə edilir. Belə ki, azyaşlı uşaq bununla bağlı müalicə alır və müxtəlif terapiyalarda olur. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödəyir. Halbuki, tərəflərin birgə münasibətindən doğulmuş uşağın maddi xərclərinin ödənilməsi hər iki valideynin vəzifəsidir. Belə olan halda cavabdehin birgə münasibətindən anadan olmuş uşağın müalicə xərclərinə görə əlavə xərc qismində pul vəsaiti ödəməsinə zərurət yaranmışdır. Buna görə də məhkəmə qanunvericiliyin qeyd olunan normalarının tələbini və mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il tarixdə anadan olmuş X5 3 yaşına çatanadək həmin uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc qismində 80 (səksən) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il tarixdə anadan olmuş X5 3 yaşına çatanadək həmin uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc qismində 80 (səksən) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin olunmasın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar