Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3755/2023 03.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Əliyeva X5 Tofiq Aslan oğlu ilə faktiki nikaha girsə də, tərəflər nikahlarını qeydə aldırmamışlar. Tərəflərin birgə münasibətindən 05 mart 2022-ci il tarixdə X8 adlı 1 uşaq anadan olmuşdur. Hazırda həmin uşaq İddiaçı himayəsindədir. Gəncə Şəhər Məhkəməsinin qətnaməsinə əsasən cavabdehin X1 atası olması faktı müəyyən edilmişdir. Hazırda İddiaçı cavabdehlə birgə nikahından anadan olmuş uşağı azyaşlı olduğuna görə, İddiaçı işləməkdə çətinlik çəkir. Buna görə də, İddiaçı uşağın 3 yaşına çatanadək saxlanması üçün aliment təyin edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, onun İddiaçı ilə nikahdan kənar münasibətləri olmuşdur. Həmin münasibətlərdən 05 mart 2022-ci il tarixdə X8 adlı 1 uşaq anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin qətnaməsinə əsasən onun X1 atası olması müəyyən olunmuşdur və o, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində aliment ödəyir. İddiaçı iddiası tamamilə əsassızdır. Belə ki, onun heç bir zaman iddiaçı ilə rəsmi ər-arvad münasibətləri olmamışdır. Hətta o, 04 sentyabr 2015-ci il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 22 iyul 2016-cı il tarixdə X6 və 18 may 2018-ci il tarixdə X7 adlı 2 uşaq anadan olmuşdur. O, X2 ilə birlikdə yaşayır. Belə olan halda isə qanunvericiliyə əsasən onun iddiaçıya qarşı ər kimi heç bir öhdəliyi yaranmır. Onunla İddiaçı arasında olmuş nikahdan kənar münasibətlər onun iddiaçının təminatı üçün uşaq 3 yaşına çatanadək aliment ödəməsinə əsas yaratmır. Sonda Cavabdeh iddianınrədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İV seriyalı 782187 nömrəli nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 05 mart 2022-ci il tarixdə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3531/2021 nömrəli, 01 oktyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X4 arasında olan nikah pozulmuşdur. İşdə olan 21 iyun 2023-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh ilə X2 04 sentyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan 22 iyul 2016-cı il tarixdə X6 və 18 may 2018-ci il tarixdə X7 adlı 2 uşaq anadan olmuşdur. Cavabdeh həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat aliment ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 051600 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 nikahlarını 04 seüntyabr 2015-ci ildə Səadət sarayı Bakı nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 915 nömrəli ilə qeydə aldırmışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Həmin Məcəllənin 11.1-ci maddəsinə görə nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə görə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Qanunvericiliyin öyrənilən normalarının tələbindən göründüyü kimi ər-arvadın birbirinə qarşı hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Hazırki halda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərəflər arasında nikahın bağlanmasının dövlət qeydiyyatı aparılmamış, bununla da onların bir-birinə qarşı ər-arvadın hüquq və vəzifələri, eləcə də bir-birindən aliment tələb etmək hüququ yaranmamışdır. Digər tərəfdən isə Cavabdeh 04 sentyabr 2015-ci il tarixdən X2 ilə nikahdadır və həmin nikah hazırki tarixədək heç vaxt pozulmamışdır. Buna görə də məhkəmə qanunvericiliyin qeyd olunan normalarının tələbini və mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3755/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3755/2023
03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver