Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3851/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Abbasova(Məmmədova) Saidə Teyyub qızına qarşı alimentin miqdarının azaldılmaqla dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abbasova(Məmmədova) Saidə Teyyub qızına qarşı alimentin miqdarının azaldılmaqla dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abbasova (Məmmədova) Saidə Teyyub qızı ilə birgə nikahlarından 25 iyun 2017-ci il tarixdə anadan olmuş X1 üçün aliment məbləğinin 220 (iki yüz iyirmi) manat məbləğinə azaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Abbasova (Məmmədova) Saidə Teyyub qızı ilə 2016-cı il tarixdə rəsmi qaydada ailə qurmuşlar. Onların birgə nikahlarından 25 iyun 2017-ci il tarixdə X5 adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh Abbasova (Məmmədova) Saidə Teyyub qızı ilə aralarında daima narazılıqlar olurdu. Bu səbəbdən cavabdehlə aralarında olan ailə münasibətinə son qoymuşdur. Belə ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-1762/2018 saylı 05 aprel 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından 25 iyun 2017-ci il tarixdə anadan olmuş X1 üçün 50(əlli) manat sabit pul məbləğində aliment kəsilmişdir. Abbasova (Məmmədova) X6 şəhər Məhkəməsinə alimentin indeksasiyası ilə bağlı müraciət emişdir. Gəncə şəhər Məhkəməsinin 8(125)- 137/2025 saylı 26 fevral 2025-ci il tarixli qərardadı ilə Abbasova (Məmmədova) Saidə Teyyub qızının ərizəsi təmin edilmiş və tələbkarın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 (bir tam yüzdə on səkkiz) misli həddində 472 (dörd yüz yetmiş iki) manat sabit pul məbləğində aliment kəsilmişdir. Hazırda Gəncə şəhər Məhkəməsinin 8(125)-137/2025 saylı 26 fevral 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş alimenti ödəyə bilmir. Heç bir yerdə işləmir, əmək haqqı aldığı heç bir müəssisə yoxdur. Həmçinin qeyd edir ki, himayəsində astma xəstəsi olan anası vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Abbasova(Məmmədova) Saidə Teyyub qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdeh Abbasova(Məmmədova) Saidə Teyyub qızının iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hazırkı mübahisə üzrə iddiaçı Gəncə şəhər Məhkəməsinin 8(125)-137/2025 saylı 26 fevral 2025-ci il tarixli qərardadı ilə ondan Abbasova (Məmmədova) Saidə Teyyub qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 (bir tam yüzdə on səkkiz) misli həddində 472 (dörd yüz yetmiş iki) manat sabit pul məbləğində alimentin tutulmasının onun hüquqlarını pozduğunu, heç bir yerdə işləməməklə bərabər heç bir yerdən də gəlir əldə etmədiyini, himayəsində xəstə anasının olmasını, birgə nikahlarından 25 iyun 2017-ci il tarixdə anadan olmuş X1 üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasının uşağın saxlanılması üçün kifayət etdiyini bildirərək, cavabdeh Abbasova (Məmmədova) Saidə Teyyub qızı ilə birgə nikahlarından 25 iyun 2017-ci il tarixdə anadan olmuş X1 üçün aliment məbləğinin 220 (iki yüz iyirmi) manat məbləğinə azaldılmasını xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1762/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı hər ay sabit pul məbləğilə 154 (bir yüz əlli dörd) manat alimentin tutularaq cavabdehlə birgə nikahdan doğulmuş 25 iyun 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi, İddiaçı X5 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-137/2025 saylı qərardadı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1762/2018 nömrəli, 05.04.20 ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği indeksasiya olunmuş, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Abbasova (Məmmədova) Saidə Teyyub qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 (bir tam yüzdə on səkkiz) misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, Gəncə şəhər Məhkəməsinin 8(125)-137/2025 saylı 26 fevral 2025-ci il tarixli qərardadı ilə Abbasova (Məmmədova) Saidə Teyyub qızının xeyrinə tutulması qərara alınmış, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 (bir tam yüzdə on səkkiz) misli həddində 472 (dörd yüz yetmiş iki) manat sabit pul məbləğində alimentin İddiaçı ödəməyə maddi imkanının olduğunu təsdiq edən hər hansı bir məlumat nə iş materiallarında, nə də Elektron Məhkəmə İnformasiya sistemində aşkarlanmamışdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 (bir tam yüzdə on səkkiz) misli həddində 472 (dörd yüz yetmiş iki) manat sabit pul məbləğində alimentin İddiaçı tutulması qanunamüvafiq sayılmamalıdır. Çünki, həmin məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddindən çox yüksəkdir və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun deyildir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manat məbləğində müəyyən edilməsini, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün İddiaçı tutulmalı olan aylıq alimentin məbləği mövcud vəziyyətə uyğun olaraq, Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumuna uyğun məbləğdə- hər ay 246 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarına əlavə edilmiş, “8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, 246 manat məbləği 400 manat məbləğinin, 0,61.5, yəni, yuvarlaqlaşdırılmış 0,62 mislini təşkil edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh aliment alan tərəf kimi məhkəmə xərcini ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərci onun özünə aid edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən ilkin mediasiya sessiyasına çəkdiyi xərcin əvəzini tələb etməmişdir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Gəncə şəhər Məhkəməsinin 8(125)-137/2025 saylı 26 fevral 2025-ci il tarixli qərardadı ilə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı 25 iyun 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment tutularaq Abbasova(Məmmədova) Saidə Teyyub qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3851/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3851/2025
22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver