Məhkəmə qərarları › İş №2(125)-3853/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3853/2025

18.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3853/2025 18.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025ci il tarixli, 8(125)-98/2025 nömrəli qərardadına əsasən müəyyən edilmiş minimum əmək haqqının 0,88 misli həddində,yəni 352 manat sabit pul məbləğində aliment məbləğinin azaldılaraq 250 manat müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 1766/2019 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinə 25 fevral 2025-ci il tarixli 8(125)-98/2025 nömrəli qərardadına əsasən ərizə təmin edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 1766/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunması, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanması üçün İddiaçı X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinə 25 fevral 2025-ci il tarixli 8(125)-98/2025 nömrəli qərardadından verdiyi şikayətə 01 aprel 2025-ci il tarixdə baxılmış və şikayətim təmin olunmamışdır. Daha sonra həmin şikayətə Gəncə Apelyasiya Məhkəməsində baxılmış Gəncə Apelyasiya Məhkəməsinin 22 aprel 2024cü il tarixli 8(104)-54/2025 saylı qərardadına əsasən şikayəti təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinə 25 fevral 2025-ci il tarixli 8(125)-98/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daim iş yeri və əmək haqqı var. Həmçinin ikinci nikahından 01 sentyabr 2022-ci il tarixdə Səminaz Sadıqzadə adlı uşağı anadan olub. Tovuz rayon İcra və Probasiya Şöbəsində icra məmuru işləyir və aylıq əmək haqqı var. Bundan əlavə mən Tovuz şəhərində kirayədə yaşayır. Aldığı əmək haqqı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində əni 352 manat sabit pul məbləgində aliment ödəməyə imkan vermir. Daimi iş yeri var və 898 manat əmək haqqı alır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş :- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(043)-1766/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlannılması üçün cavabdeh İddiaçı hər ay 160 (bir yüz altmış) sabit pul məbləği ilə aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-98/2025 nömrəli qərardadından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1766/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunaraq, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh qıızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 8(104)-54/2025 nömrəli qərardadından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-98/2025 nömrəli qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2025-cü il tarixli, MŞG/1-MT007/2025-00617 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 14:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. AZ-İV 757174 nömrəli doğum haqqında şəhadətnaməinin surətindən görünür ki, iddiaçının ikinci nikahından xx.xx.2022-ci ildə Səlminaz adlı uşağı anadan olmuşdur. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1766/2019 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlannılması üçün cavabdeh İddiaçı hər ay 160 (bir yüz altmış) sabit pul məbləği ilə aliment tutularaq iddiaçı Cavabdeh qıızına ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə tutulan alimntin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində sabit pul məbləğində indeksasiya olunmuşdur. İddiaçı iddia etmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1766/2019 nömrəli qətnaməsi üzrə təyin olunmuş alimentin indeksasiya misli minimum əmək haqqının 0,88 misli həddində müəyyən edilmişdir. Həmin məbləğdə aliment ödəməyə maddi imkanı çatmır. İkinci nikahından 01 sentyabr 2022-ci il tarixdə Səlminaz Sadıqzadə adlı uşağı anadan olub. Tovuz rayon İcra və Probasiya Şöbəsində icra məmuru işləyir və aylıq əmək haqqı 898 manat təşkil edir. Bundan əlavə Tovuz şəhərində kirayədə yaşayır. Məhkəmə iddiaçının izahatını və mülki işin materiallarında olan sübutları araşdırıb hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirmişdir. Hazırki işdən isdən görünür ki, iddiaçının ikinci nikahından himayəsində 1 azyaşlı uşağı vardır. Bununla belə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-1766/2019 nömrəli, qətnaməsi ilə müəyyən edilmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-98/2025 nömrəli, qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlannılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)- 1766/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-98/2025 nömrəli, qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarı dəyişdirilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlannılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiasıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar