Məhkəmə qərarları › İş №2(125)-3991/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3991/2025

23.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3991/2025 23.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Cavabdeh qarşı “aliment hesablanmasının dayandırılması və sair” tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2478/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, tərəflərin nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3 atası İddiaçı yanında qalması; xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Hüseynova (Əzizova) Gülnar Nəsib qızından İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,42 (sıfır tam yüzdə qırx iki) misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Hazırkı iş üzrə İddiaçı cavabdeh Hüseynova (Əzizova) Gülnar Nəsib qızına qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin 2( 125)- 4792/2024 saylı 01 oktyabr 2024-ci il tarixli qətnaməsi ilə xx.xx.2011 -ci il təvəllüdlü X1 üçün ondan alınaraq Cavabdeh ödənilən alimentin dayandırlması və uşaq iddiaçının himayəsində olduğu vaxtdan sonra, 2025-ci ilin fevral, mart , aprel və may ayları üçün tutulan alimentin ümumi məbləği olan 940 (doqquz yüz qırx) manat pulun, ilkin mediasiva sessiyası üçün ödədiyi 55 manatın və 50 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehdən tutulması qət edilmiş alimentin uşaq onun yanına gəldiyi vaxtdan, yəni 30 yanvar 2025-ci il tarixdən hesablanaraq tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2011 -ci il təvəllüdlü X3 yəni 30 yanvar 2025ci il tarixdən faktiki olaraq iddiaçının himayəsindədir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı birgə nikahdan doğulmuş uşağın faktiki olaraq onun himayəsində olmasına əsaslanaraq, həmin uşağın saxlanılması üçün aliment tutulmasının dayandırılmasını, uşağın himayəsində olduğu vaxtdan tutulmuş alimentin geri qaytarılmasını və qarşı tərəfdən həmin uşağın saxlanılması üçün iddiaçının xeyrinə aliment tutulmasını xahiş etmişdir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, həmin uşaq atanın himayəsində saxlanılmaqla sabit pul məbləğində aliment tutulmuşdur. Belə olan halda, atanın himayəsinə verildikdə uşağın saxlanılması üçün ananın xeyrinə aliment hesablanması əsası aradan qalxmış, həmin alimentin hesablanması dayandırılmışdır. Bununla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə uşağın saxlanılması üçün atanın xeyrinə aliment tutulmuşdur. Beləliklə, eyni tərəflər arasında eyni predmetə dair eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, bu barədə iddia yolverilməzdir və imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “aliment hesablanmasının dayandırılması və sair” tələblərinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar