Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3997/2025 08.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İsmayılova İddiaçı Cavabdehn qarşı «aliment məbləğinin azaldılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)- 233/2025 nömrəli qərardadı ilə xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Bəhramova (Hüseynova) Vüsalə Arif qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay 150 manat həddində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X11 adlı bir uşaqları anadan olmuşdur. Onlar arasında olan ailə münasibətləri pisləşdiyindən məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuş və azyaşlı Mələyin saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra X6 müraciəti əsasında təyin edilmiş aliment məbləği Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-233/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş, xx.xx.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Bəhramova (Hüseynova) Vüsalə Arif qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bu isə faktiki olaraq, 428 manat məbləğində aliment məbləği deməkdir. O, xx.xx.2022-ci il tarixdə X7 ilə nikahlarını qeydə aldırmaqla nikaha girmişlər. Onların bu münasibətlərindən xx.xx.2018-ci il tarixdə Rüqayyə və xx.xx.2023-cü il tarixdə Asim adlı iki uşaq anadan olmuşdur. O, yük avtomobilinin sürücüsü işləyir və aylıq 400 manat məbləğində əmək haqqı alır. Onun arvadı V.M.Hüseynova isə günəmuzd işlərlə məşğul olaraq ona maddi cəhətdən dəstək olmağa çalışır. Çünki aliment öhdəliyi ilə yanaşı onun himayəsində 3 nəfər ailə üzvü vardır. Bundan başqa, ikinci nikahından anadan olmuş uşaqlar xəstədir. Onun əmək haqqından çox təyin olunan aliment məbləğini ödədikdən sonra o və ailəsinin ən zəruri ehtiyaclarını qarşılamağı mümkünsüz hala çevrilir. O bir ata kimi məsuliyyətini dərk edir və bilir ki hər üç uşağını da böyütmək, onların ehtiyaclarını qarşılamaq onun vəzifəsidir. Lakin V.A.Bayramova ilə birgə nilkadan doğulmuş uşağa valideyinlik vəzifəsi yalnız ona məxus deyil, V.A.Bayramovanın da belə vəzifələri vardır. O, ailəsinin maddi təminatını ödəyə bilmir və maddi baxımdan olduqca çətin vəziyyətdədir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, Mərkəzi Seçki Komissiyasında gözətçi kimi çalışsa da təyin olunan aliment məbləği xx.xx.2008-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, M.İddiaçı «Kəpəz» hazırlıq kurslarına repetitor hazırlıq dərslərinə gedir və sözügedən kursa hər ay 150 manat məbləğində ödəniş edir. Bundan başqa, Mələyin dişlərinin müalicəyə ehtiyacı var və bunun üçün 2.000 manat məbləğində pul vəsaiti tələb olunur. Həmçinin uşağın geyim, qida, əyləncə, təhsil və s. xərcləri kifayət qədər yüksəkdir. Buna görə də hazırda İddiaçı tərəfindən ödənilən aliment həmin uşağın saxlanması üçün yeterlidir. Həmin məbləğ azaldılsa bu onunla övladının maddi vəziyyətini pisləşdirəcəkdir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-233/2025 nömrəli qərardadından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4517/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği indeksasiya olunmuş, xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Bəhramova (Hüseynova) Vüsalə Arif qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 (bir tam yüzdə yeddi) misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İşdə olan AZ-İİ seriyalı 509766 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında olan nikah xx.xx.2022-ci il tarixdə 2 saylı Gəncə «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 18 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İV seriyalı 253521 nömrəli və AZ-İV seriyalı 922779 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X14 adlı uşaqların atası İddiaçı, anası isə X4r. İşdə olan xx.xx.2025-ci il tarixli, 001 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən fiziki şəxs X12 yanında yükdaşıyan sürücü kimi işləyir. Ümumi ştat cədvəlinə uyğun olaraq əmək haqqı 400 manat məbləğində təşkil edir. İşə əlavə edilmiş «DNK İstanbul» Hospital tərəfindən verilmiş kassa orderindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 müayinə xərcləri üçün 54 manat məbləğində ödəniş edilmişdir. İşdə olan xx.xx.2025-cü il tarixli «X13» tərəfindən verilmiş rəyin surətindən görünür ki, xx.xx.1989-cu il tarixli X3 qalxanvari vəz aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli «X20» tərəfindən verilmiş ödəniş qəbzinin surətindən görünür ki, nevropatoloqun müayinəsi ilə əlaqədar X7 tərəfindən 50 manat məbləğində ödəniş edilmişdir. İşə əlavə edilmiş «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə edilmiş çıxarışdan görünür ki, X10 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında gözətçi kimi çalışır və aylıq 400 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-4037/2014 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün alimentin təyin edilməsindən sonra İddiaçı xx.xx.2022-ci il tarixdə Əhmədova (Hüseynova) Vüsalə Məqsəd qızı ilə nikaha girmiş, həmin nikahdan xx.xx.2018-ci il tarixdə X8 və xx.xx.2023-cü il tarixdə X14 anadan olmuşdur. Bununla da İddiaçı ailə və maddi vəziyyətində dəyişlik baş vermiş, həmçinin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-4037/2014 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin məbləği Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-233/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş və həmin alimentin məbləği faktiki olaraq, 428 manat məbləğində müəyyənləşdirilmişdir (1,07 x 400 manat). Hazırda İddiaçı sürücü işləməklə, hər ay 400 manat məbləğində əmək haqqı alır. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə tərəflərin birgə nikahından doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4517/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-233/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı xx.xx.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,63 misli həddində sabit pul məbləğində aliment tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4517/2018 nömrəli, xx.xx.2018ci il tarixli qətnaməsi ilə təyin olunmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-233/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı xx.xx.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,63 (sıfır tam yüzdə əlli üç) misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3997/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3997/2025
08.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver