Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-4057/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsindən azad edilmə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehin xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 görə hər ay hər uşaq üçün ödədiyi 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimenti 2024-cü ilin sentyabr ayından etibarən ödəməkdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. İşin faktiki hallarına görə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı X7 ilə cavabdeh İddiaçı arasında 02 noyabr 2009-cu il tarixdə 864 nömrə ilə Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin yetkinlik yaşına çatmamış uşaqları – xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015ci il təvəllüdlü X3 anaları X1 yanında qalmaları qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6490/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi, cavabdeh İddiaçı dövlət rüsumu hesabına 56 (əlli altı) manatın alınaraq dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-356/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı uşağın yanında qalmasının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməsi, tərəflərin nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 atası İddiaçı yanında qalması, məhkəmə xərcinə görə 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə hesab edir ki, hazırkı halda ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, formalaşmış hüquqi mövqeyə görə, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanarsa bu zaman aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılmalı, əks təqdirdə mübahisə icra qaydasında öz həllini tapmalıdır. Hesablanan aliment məbləğinin silinməsi tələbi aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə, yaxud ümumiyyətlə tələb edilən dövr üzrə aliment ödənilməli olmaması ilə əsaslandırılırsa, bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Hazırki tələbin mahiyyətindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahından doğulmuş oğlu - xx.xx.2012-ci il təvəllüdlü X2 2024-cü ilin sentyabr ayından etibarən anasının yanına getmədən fasiləsiz olaraq onun yanında qaldığını, məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə həmin övladının onun himayəsində qalmasının müəyyən edildiyini, beləliklə övladlarından xx.xx.2012-ci il təvəllüdlü X2 onun yanında, xx.xx.2015-ci il təvəllüdlü X3 cavabdehin yanında qaldığını, Yusifin saxlanılması üçün cavabdehdən aliment tələb etmədiyini, cavabdehə də qızı Ayanın saxlanılmasına görə aliment verməli olmadığını bildirərək hər iki uşağına görə ödəməli olduğu alimentdən 2024-cü ilin sentyabr ayından azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxılması yolverilməzdir və xx.xx.2012-ci il təvəllüdlü X8 barəsində qeyd edilən məsələ icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında (iddia icraatı qaydasında) baxıla bilməz. Qanunvericiliyin tələbinə görə icra mərhələsində aliment borcları məhz icra məmuru tərəfindən müəyyən olunur və mübahisə halında tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər (çünki, bu kimi hallar alimentin ödənilməsi zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır). Göründüyü kimi, iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X8 ilə birlikdə yaşadığı dövrlər üzrə yaranmış aliment borcunun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də, aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. İddiaçının hazırki tələbi məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası sahəsində qətnamə ilə müəyyən olunmuş aliment borcunun silinməsi və s. bu kimi hallarla bağlıdır. Odur ki, hazırkı ərizəyə icra icraatı qaydasında baxılmalı olduğundan iddiaçı məhkəməyə deyil, aidiyyəti üzrə icra məmuruna (icra qurumuna) müraciət etməlidir. Məhkəmə hesab edir ki, bu kimi mübahisələrin icra qaydasında həll olunması, bir tərəfdən qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olmaqla, eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin qısa müddətdə tam və hərtərfli həllinə yönəlməlidir. Odur ki, hazırkı ərizəyə icra icraatı qaydasında baxılmalı olduğundan iddiaçı məhkəməyə deyil, aidiyyəti üzrə icra məmuruna (icra qurumuna) müraciət etməlidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bununla belə, məhkəmə hazırkı vəziyyətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu halında digər övladı - xx.xx.2015-ci il təvəllüdlü X5 aliment ödəməkdən azad edilməsi barədə ayrıca, müstəqil iddia qaldıra bilər. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsindən azad edilmə” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4057/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-4057/2025
24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver