Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4067/2024 03.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kirayə müqaviləsinin ləğv edilməsi və kirayə borcunun ödənilməsi» tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «kirayə müqaviləsinin ləğv edilməsi və kirayə borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Gəncə şəhəri, Kəpəz rayonu, Mebel Fabriki Ərazisi, Məhəllə 1, Sahə 21 ünvanında yerləşən ümumi sahəsi 236,8 kvadratmetr olan fərdi yaşayış evinə dair aralarında bağlanmış 07 noyabr 2023-cü il tarixli, reyestrdə 3M-712 nömrə ilə qeyd edilmiş kirayə müqaviləsinin ləğv edilməsi, krayə verilmiş evin (otaqların) onun sahibliyinə qaytarılması, eləcə də cavabdehdən 1038,96 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 07 noyabr 2023-cü il tarixdə notarial qaydada fərdi yaşayış evinin kirayə müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Mebel Fabriki Ərazisi, Məhəllə 1, sahə 21 ünvanında yerləşən ümumi sahəsi 236.8 kvadratmetr olan fərdi yaşayış evinin 1ci mərtəbəsində yerləşən otaqlarını kirayə vermişdir. Müqavilənin müddəti 5 il, aylıq kirayə haqqı isə 200 manat müəyyən edilmişdir. Qeyd olunan tarixdən evi kirayəçi cavabdehə təhvil vermiş və o, orada yaşamağa başlamışdır. Deməsinə görə ailəsi ilə birlikdə yaşayır. O, isə ailəsi ilə birlikdə təxminən xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasına getmişdir. Cavabdeh ümumən ödənişləri gecikdirməklə ödəniş etmişdir. Son dörd aylıq kirayə pulunu isə lazımi qaydada ödəməmişdir. Belə ki, onun 2024-cü ilin fevral ayından 50 manat borcu qalmış, mart ayı üçün 200 manat, aprel ayı üçün 200 manat, may ayı üçün 200 manat və iyun ayı üçün də 200 manat, cəmi 850 manat ödənilməmiş kirayə haqqı borc olaraq qalmışdır. Həmçinin müqavilənin şərtlərinə görə kommunal xidmətlərdən istifadəyə görə haqqları da kirayəçi ödəməli idi. Lakin, kommunal xidmət haqlarını da tam ödəmədiyi üçün borcu yaranmışdır. O, mənzili ona təhvil verərkən kommunal xidmətlərə görə heç bir borcu qalmamışdır. Cavabdeh kirayəçinin təbii qazadan istifadəyə görə 80,96 manat, sudan istifadəyə görə 36 manat, internetdən istifadəyə görə isə 72 manat (4x18) borcu qalmışdır. Həmin kommunal xərclərdən 72 manat internet borcunu məcbur olub internet bağlanmasın deyə artıq özü öz hesabına ödəmişdir. Yekun olaraq cavabdehin ona ödəməli olduğu məbləğ 1038,96 manat təşkil edir. Onlar 09 iyun 2024-cü il tarixdə Rusiyadan Gəncə şəhərinə həmin mənzilə gəlmişlər. Gəldikdə cavabdehi mənzildə tapa bilməmiş, lakin onun istifadəsinə verilmiş otaqların giriş qapısı bağlıdır və açarı onda qalmışdır. Onlar cavabdehlə əlaqə saxlamış, borclarını ödəməsini tələb etmiş, danışıb razılaşmaq, müqaviləyə razılıq əsasında xitam vermək, açarları təhvil verməsi üçün onlarla görüşməsini təklif etmişlər, lakin cavabdeh onları dəfələrlə aldadaraq görüşməyə gəlməmişdir. Cavabdeh tez-tez telefon nömrəsini dəyişir. Dostu vasitəsi ilə telefon nömrəsini alıb əlaqə saxladıqda borcunu ödəyəcəyi barədə yalan vədlər verir, lakin heç bir ödəniş etmir. Nəticədə məcbur olub məhkəməyə müraciət edir. Bundan başqa kirayə müqaviləsinin şərtlərinə görə kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda kirayə verən kirayə hüquq münasibətlərinə xitam vermək hüququna malikdir. Müqavilənin ləğvinə dair pretenziya məktubu ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh hər hansı münasibət bildirməmişdir. Bundan sonra İddiaçı məhkəməyə «iddia tələbinin həcminin artırılması» barədə ərizə verərək, bildirmişdir ki, Cavabdeh ona məxsus evdə qaldığı müddətdə əl-üz yuyanı (tülpanı) və evin qıfılını sındırmışdır. Buna görə də əl-üz yuyanı (tülpan) quraşdırmağa 80 manat, qıfıla isə 20 manat ödəmişdir. Ona görə də əl-üz yuyan (tülpan) və qıfılın ödənişi olan 100 manat da olmaqla, cəmi 1038,96 + 100 = 1138,96 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmənin 05 noyabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmənin 03 dekabr 2024-cü il tarixinə saat 14:10-a təyin edilmiş iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə ərizə göndərərək, onun yoldaşı ilə Bakı-Samara reysinə əvvəlcədən alınmış biletləri olduğu üçün onun 03 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməməsi üzrlü hesab edərək, onun iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı ilə onun arasında 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində Notariat Ofisində 07 noyabr 2023-cü il tarixli, 3M-712 reyestr nömrəli kirayə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı ona məxsus olan Gəncə şəhəri, Mebel fabriki ərazisi, məhəllə-1, sahə 21 ünvanında yerləşən ümumi sahəsi 236.8 kvadratmetr olan fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən yaşayış otaqlarını ona kirayə vermişdir. O da öz növbəsində hər ay 200 manat kirayə haqqı ödəmək vəzifəsini üzərinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq, 3 ay – noyabr, dekabr və yanvar aylarında sözügedən ünvanda kirayədə qalmış həmin ayların kirayə haqqını ödəmişdir. İddiaçı ilə arasında bağlanmış kirayə müqaviləsini ləğv etdirmək istəmiş, lakin, iddiaçı Rusiya Federasiyasında olduğundan müqaviləni ləğv etmək mümkün olmamışdır. Buna baxmayaraq, 2024-cü ilin uyun ayıənın axırına kimi kirayə götürdüyü ev onun sərəncamında olmuşdur. Yəni kirayə g[twrdwyw evin açarı onda olmuş və arabir həmin evə gedib gəlmişdir. Qeyd edir ki, kirayəyə götürdüyü evin kombisi yaxşı işləmədiyi üçün ev soyuq olmuşdur. Hal-hazırda iddiaçı ondan əsassız olaraq pul tələb edir. Kirayədə qaldığı müddətdə Gəncə şəhəri, Mebel fabriki ərazisi, məhəllə-1, sahə 21 ünvanında internet xidmətindən istifadə etmiş və buna görə yaranan xidmət haqqını ödəməmişdir. İddiaçıya yalnız kommunal xərclərlə bağlı borcu vardır. Həmçinin mart və aprel ayı üçün kirayə haqqını da ödəyə bilər. Həmin pulu isə hissə-hissə ödəyə bilər. Odur ki, ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 04 sentyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Mebel fabriki ərazisi, məhəllə-1, sahə 21 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh arasında 07 noyabr 2023-cü il tarixli, 3M-712 reyestr nömrəli, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində Notariat Ofisində bağlanmış kirayə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən (müqavilənin bəndlərindən) görünür ki: - 1. kirayəyə verən Gəncə şəhəri, Mebel fabriki ərazisi, məhəllə-1, sahə 21 ünvanında yerləşən ümumi sahəsi 236.8 kvadratmetr olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni kirayəyə verir. Kirayə verən İddiaçı ümumi sahəsi 236.8 kvadratmetr olan fərdi yaşayış evinin yalnız birinci mərtəbəsində yerləşən yaşayış otaqlarını kirayəçi Cavabdeh kirayəyə verdi. - 2. Kirayəyə verilən əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Kirayə verənə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə İddiaçı verilmiş **********19-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən tam mülkiyyət üzrə 236.8 kvadratmetr. - 3. Kirayə müddəti xx.xx.2028 il tarixədək müəyyən edilir və onun bitməsinə 1 il müddətinə uzadılmış hesab edilir. - 4. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi **********CM33104 olan arayışa əsasən müqavilə bağlananadək Gəncə şəhəri, Mebel fabriki ərazisi, məhəllə-1, sahə 21 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - 5. Kirayə verilən sahənin istifadəsinə görə kirayə götürən Cavabdeh kirayə verən İddiaçı aylıq 200 manat 00 qəpik kirayə haqqı verir. - 6. Fors-major hadisədən sığortalanma Kirayəçilərin vəzifəsidir. - 7. Kirayəçi kirayəyə götürdüyü əmlakı ikinci əldən kirayəyə verə bilməz. - 8. Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə əsasən müvafiq olaraq həyata keçirilir. - 9. Kirayəçi Kirayə verənin razılığı olmadan kirayəyə verənin razılığı olmadan götürülən sahədə təmir-tikinti işləri apara bilməz. - 10. Tərəflərin razılığına əsasən Kirayə verən hər ay aylıq kirayə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. - 11. Kirayə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri Kirayəçi tərəfindən həyata keçirilir. - 12. Kommunal (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən, əlavə vergi haqları Kirayəçi tərəfindən ödənilir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 12 iyun 2024-cü il tarixli xəbərdarlıq məktubunda Cavabdeh xx.xx.2023-cü il tarixdə bağlanmış kirayə müqaviləsinə əsasən 4 aylıq kirayə pulu: fevral ayı 50 manat, mart ayı 200 manat, aprel ayı 200 manat, may ayı 200 manat və iyun ayı 200 manat, kommunal xidmətlər qaz 80,96 manat, su 36 manat və internet borcu 4x18=72 manat olmaqla, cəmi 1038,96 manat pulu ödəməli olduğu, kirayədən çıxmaq üçün Asan xidmətə onunla birgə gedərək müqaviləni ləğv etməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 10 iyun 2024-cü il tarixli bildirişdən görünür ki, **********00100 abonent kodu olan İddiaçı X3 80,96 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, abonent kodu **********000 olan İddiaçı Azərsu ASC Gəncə Sukanal TSC-yə 36,00 manat borcu vardır. xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli qəbzlərdən görünür ki, online qaydada 4 dəfə aylıq 18 manat olmaqla, cəmi 72 manat internet üçün ödəniş edilmişdir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, 04 sentyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19- 10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Gəncə şəhəri, Mebel fabriki ərazisi, məhəllə-1, sahə 21 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə cavabdeh arasında 07 noyabr 2023-cü il tarixli, 3M-712 reyestr nömrəli, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində Notariat Ofisində kirayə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən kirayəyə verən İddiaçı ümumi sahəsi 236.8 kvadratmetr olan fərdi yaşayış evinin yalnız birinci mərtəbəsində yerləşən yaşayış otaqlarını kirayəçi olan Cavabdeh kirayəyə vermiş, kirayə verilən sahənin istifadəsinə görə kirayə götürən Cavabdeh kirayə verən İddiaçı aylıq 200 manat kirayə haqqı verməli idi. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçının bildirməsinə görə cavabdeh kirayə müqaviləsi üzrə müəyyən olunmuş 4 aylıq kirayə haqqını - hansı ki, 2024-cü ilin fevral ayı üçün qalıq qalan 50 manat, mart ayı üçün 200 manat, aprel ayı üçün 200 manat, may ayı üçün 200 manat və iyun ayı üçün 200 manat olmaqla cəmi 850 manat məbləği iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, uzun müddətdir ki, ödəmir. Həmçinin, iddiaçı cavabdehdən ona məxsus evdə kirayədə qaldığı müddətdə müqavilədə nəzərdə tutulan və ödəmədiyi kommunal xərclər olan 80,96 manat qaz, 36 manat su və 72 manat internet borcunu da tələb edir. Cavabdeh kirayə müqaviləsinin şərtlərinə əməl etmədiyi üçün iddiaçı «kirayə müqaviləsinin ləğv edilməsi və kirayə borcunun ödənilməsi» tələbinə dair məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra «iddia tələbinin həcminin artırılması» barədə ərizə verərək, Cavabdeh əl-üz yuyanı (tülpanı) və evin qıfılını sındırdığı və buna görə də onun tərəfindən əl-üz yuyanı (tülpan) quraşdırmağa 80 manat, qıfıla isə 20 manat olmaqla cəmi 100 manat ödəniş olunduğunu əsas gətirərək həmin məbləğlərində cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ərizə ünvanlayaraq, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini izahatına uyğun olaraq qismən qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 692.2.1-ci maddəsinə əsasən kirayəçi müqavilə öhdəliklərinin pozulmasına təqsirli olduqda kirayə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin “kirayə borcu” hissəsini araşdıraraq qeyd edir ki, mülki işdən müəyyən olunur ki, İddiaçı 07 noyabr 2023-cü il tarixli, 3M-712 reyestr nömrəli Kirayə Müqaviləsi üzrə öhdəliklərini tam icra edərək, evini kirayə üçün cavabdehə təhvil vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdən 2024-cü ilin iyul ayına qədər iddiaçıya məxsus Gəncə şəhəri, Mebel fabriki ərazisi, məhəllə-1, sahə 21 ünvanında yaşamış, lakin 07 noyabr 2023-cü il tarixli, 3M-712 reyestr nömrəli, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində Notariat Ofisində bağlanmış Kirayə Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, 2024-cü ilin fevral ayından qalıq qalan 50 manat və aylıq 200 manat olmaqla 4 ay (mart, aprel, may, iyun) üçün kirayə pulunu (200x4+50=850 manat) ödəməmişdir. Cavabdehin kirayə haqqını ödəməməsi nəticəsində iddiaçı müqavilə bağlanarkən hər ay əldə edəcəyini ümid etdiyi 850 manat kirayə haqqından məhrum olmuşdur. Halbuki, cavabdeh bağlanmış kirayə müqaviləsi üzrə iddiaçıya hər ay kirayə pulu ödəməli olmasına dair vəzifələrin daşıyıcısıdır. (Kirayə müqaviləsi 5-ci bənd) Həmçinin, məhkəmə araşdırması zamanı göstərilən iddia tələbini təkzib edən, yəni, sözügedən kirayə haqlarının ödənilməsi barədə hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, tərəflər arasında 07 noyabr 2023-cü il tarixli, 3M-712 reyestr nömrəli Kirayə Müqaviləsinin tələbləri müqavilə üzrə tərəf olan Cavabdeh tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliyinin yerinə yetirilərək, ödənilməmiş aylar üçün kirayə haqqlarını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, həmçinin, iddianın “kirayə müqaviləsinin ləğv edilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, müqavilə şərtinə riayət etməməsi ilə əlaqədar müqavilənin ləğv ediləcəyi barədə pretenziya məktubu göndərilmişdir. Buna görə də iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə borcun ödənilməsi, əks təqdirdə müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə cavabdehə pretenziya məktubu (xəbərdarlıq) göndərdiyindən, buna baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etmədiyindən, beləliklə cavabdehin kirayə borcunu vaxtında ödəməməsi iddiaçıya əhəmiyyətli zərər vurduğundan, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı olmaqla iddia tələbi bu hissədə qanuni və əsaslı olduğundan tərəflər arasında bağlanmış kirayə müqaviləsi ləğv edilməlidir. Məhkəmə onu da qeyd edir ki, işə məhkəmədə baxılan dövrdə iddiaçı tərəfindən cavabdehə kirayə verilmiş ev hazırda onun sahibliyinə qayıtdığı üçün iddia tələbinin “evin (otaqların) qaytarılması” hissəsində təmin olunması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə, daha sonra iddiaçının cavabdehdən kommunal xidmətlər olan 80,96 manat qaz, 36 manat su və 72 manat internet borcunu tələb etməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı və cavabdeh arasında bağlanmış 07 noyabr 2023-cü il tarixli, 3M-712 reyestr nömrəli Kirayə Müqaviləsinin 12-ci bəndinə əsasən kommunal (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən, əlavə vergi haqları Kirayəçi tərəfindən ödənilir. Lakin Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında kirayədə qaldığı müddət ərzində Gəncə şəhəri, Mebel fabriki ərazisi, məhəllə-1, sahə 21 ünvanında internetdən istifadə etdiyini və internet haqqını ödəmədiyini bildirmişdir. O cümlədən iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024cü il tarixli qəbzlərə əsasın online qaydada 4 dəfə aylıq 18 manat olmaqla, cəmi 72 manat internet üçün ödəniş edilmişdir. Belə olduğu halda, cavabdeh kirayədə yaşadığı dövrdə internetdən istifadəyə görə vaxtaşırı ödənilməli olan öhdəliyini icra etmədiyinə və cavabdehdən tərəfindən ödənilməli olan 72 manat məbləğində pul iddiaçı tərəfindən ödənildiyindən iddiaçı 72 manat internet üçün ödədiyi haqqı cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş 10 iyun 2024-cü il tarixli X4 tərəfindən İddiaçı ünvanlanmış bildirişdə qazdan istifadəyə görə 80,96 manat və xx.xx.2024-cü il tarixli Azərsu ASC Gəncə Sukanal TSC tərəfindən İddiaçı ünvanlanmış bildirişdə isə sudan istifadəyə görə 36,00 manat borc olduğu bildirilsə də, İddiaçı su və qaz borcunu ödəməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı ödəmədən sonra sözügedən məbləğləri reqres qaydasında tələb edə bilərdi. Buna görə də iddiaçının kommunal xidmətlər olan 80,96 manat qaz və 36 manat su pulunu cavabdehdən tələb etməsi əsassızdır. Məhkəmə son olaraq iddiaçının cavabdehdən əl-üz yuyan (tülpanı) quraşdırmağa görə ödədəyi 80 manat və qıfıla görə ödədiyi 20 manat olmaqla cəmi 100 manat məbləğində pul tələb etməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iş materialları ilə sözügedən əl-üz yuyanın (tülpan) və qıfılın cavabdeh tərəfindən yararsız hala salınmasına dair heç bir mötəbər və əsaslı dəlillərlə sübuta yetirilmədiyindən iddianın qeyd olunan hissəsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 07 noyabr 2023-cü il tarixli, 3M-712 reyestr nömrəli, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin Notariat Ofisində bağlanmış kirayə müqaviləsi ləğv edilməli, Cavabdeh ödənilməmiş kirayə haqqının əvəzi qismində 850 (səkkiz yüz əlli) manat, internet xidmətindən istifadəyə görə yaranmış borcun əvəzi qismində 72 (yetmiş iki) manat olmaqla, cəmi 922 (doqquz yüz iyirmi iki) manat məbləğində pul alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə o cümlədən hesab edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 07 noyabr 2023-cü il tarixli, 3M-712 reyestr nömrəli, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin Notariat Ofisində bağlanmış kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh ödənilməmiş kirayə haqqının əvəzi qismində 850 (səkkiz yüz əlli) manat, internet xidmətindən istifadəyə görə yaranmış borcun əvəzi qismində 72 (yetmiş iki) manat və məhkəmə xərci qismində ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu olmaqla, cəmi 1022 (bir min iyirmi iki) manat məbləğində pul alınaraq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-4067/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4067/2024
03.12.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver